Soyuq İsveçrə “sınağı”

Budəfəki səyahətimin şüarı:
“Tanrı məni cəzalandırmaq üçün İsveçrəyə göndərdi” 🤪

20 saatlıq aclıq, BlaBlaCar’ın sifarişi ləğv etməyi, buna görədə Bern şəhərinə gedə bilməməyim və əvəzinə Zurixə yola düşməyim, orada isə Couchsurfing’in anidən evə qəbul etməməyi və Zurixdə bir gecə 0-2 dərəcə soyuqda çöldə qalmaq, Lokau’da bir skamya tapmışdım ki oturum yemək yeyim, elə bir qısmat 😁 yemişdim ki, mənimlə üzbəüz evdən bir qadının çıxaraq şəklimi çəkib “İ am calling police” deməyi ilə işıq sürəti yığıb dağın başına tərəf bir əlimdə ağır çanta bir əlimdə canım norveç balığı dağıla-dağıla necə qaçmışamsa, sonda balığın özünün yox ədviyyatlarının qalmağı, Lindau şəhərində mastercard/visa ilə ödəniş qəbul olunmadığı üçün “bir balaca” da aclığın dibinə düşməyim, Lindau – Munxen qatarında polisin 40 dəfə pasport / bilet kontrol etməyi nəticəsində yata bilməməyim və heçnə anlamadım bu çoxsaylı yoxlanışdan…

77388413_2667049636689683_8958781663211421696_o

370 AZN / 4 şəhər 3 ölkə / 7 gün / Noyabr 2019

Deməli bu səyahətimdə ilk dəfə idi ki, yalnız təyyarə biletlərini əvvəlcədən almışdım vəssalam gediş-gəliş cəmi 40 AZN (Kutaisi – Basel / Munich-Kutaisi)
Qalan hərşeyi yerində aldım və ilk dəfə planı pozaraq Münxendən olan geri dönüşü təxirə salıb yol aldım doğma “last station” Budapeştə 😁 Bura getməkdə ən əsas məqsəd dostuma sürpriz etmək idi 😉

79329110_2667051180022862_2192158656567443456_o

1. İSVEÇRƏ: Zurix
2. AVSTRİYA: Bregenz, Lokau
3. ALMANİYA: Lindau, Munich

Nəqliyyat vasitələri və xərcləri: 230 AZN

 WIZZAIR: Kutaisi – Basel 17 AZN
 WIZZAIR: Budapeşt – Baku, 66 AZN
 WIZZAIR: Munich – Kutaisi, 23 AZN
🚍 FLİXBUS: Basel – Zurix, 14 AZN
🚍 FLİXBUS: Zurix – Bregenz, 20 AZN
🚍 FLİXBUS+Regiojet: Munich – Budapest, 40 AZN
🚄 Qatar (OBB): Lochau – Lindau, 4 AZN
🚄 Qatar (DBB): Lindau – Munich, 48 AZN (Bayern ticket – bu biletlə Bayern ərazisində – Ulm, Lindau, Memmingen, Munxen və s. şəhərlərdə metro və qatardan 9am-3am arası limitsiz istifadə etmək olar)

Yerləşmə: Hostellər və xərcləri: 141 AZN
– Isveçrə
🏨 Backpack hostel, 65 AZN / 1gecə, Zurix

– Almaniya
🏨 Euro youth hostel, 46 AZN / 2 gecə, Munxen

– Macarıstan
🏨 Unity hostel , 30 AZN / 2 gecə, Budapeşt

78297247_2667053786689268_5634556441592332288_o

Deməli çatdım Isveçrənin BASEL şəhərinə, yazdım ki BlaBlaCar şoferinə hardasan qadan alım bəs nə vaxt gəlirsən 😁 Dediki qaqa sən 1 nəfərsən sərf eləmirsən (elə bil Maştağa, Bilgəhə gedən manatlıq taksi zaddı 😂) Pahoooo qaldıq pis vəziyyətdə, Bernə gedən qatarın qiyməti 36 $ olduğunu görüb dedim flixbus hara mən ora 😅 Berndəki ev sahibinə dedim ki bəs mən gələmmiyəcəm bu şofer mənə atdı, dedi no problem. Nəysə o şoferi yad edə edə aldım flixbus bileti və Zurixə yola düşdüm, acından da can verirəm🤬 Zurixə çatıb ev sahibinə yazıram ki, gəldime gəldim adresi atın görüm, mənə nə yazsalar yaxşıdır ? Biz evdən indi çıxası olduq çox üzr istəyirik, mən də dedim ayıb söhbətdir, sözü belə olmaz 😱 Bunlar nə danışır a kişi, çöldə neyniyəcəm bu norveç soyuğunda mən (baxmayaraqki soyuğu sevirəm)?! Aclıqdan soyuğu vapşe hiss edirəm özüdə nəyi var 😬
Üz tutdum qatar stansiyasına 2 saat orda qaldıqdan sonra polis gəldiki stansiya bağlanır çölə çıxmalısız. İlahi bu nə temadı🤪 Nəysə çıxdım bayıra Zurixin mərkəzində 2-3 kruq vurmuşam artıq, barmaqlarımın ucu buz bağlayıb əlimi hiss eləmirəm, getdim biraz gəzəndən sonra gördümki bir ATM bölməsi var, içərisində də bir qız yatıb dedim əla bir isti yer tapdım nəhayət, ordada 2 saat falan keçirəndən sonra səhər ilk açılan restorana daxil oldum, ac adam təəssüf ki qiymətləri yox yeməyi gördüyü üçün məğlubiyyətə uğradı 😁 2 keks və 1 çay cəmi 21 AZN 🤫 heçnə, çoxda şey eləmirəm 🤪 Zurixi gecə o qədər gəzmişdim ki, səhər gəzəndə artıq ürəyim bulanırdı, o çətin “vaxtlarım” yadıma düşürdü.

79845572_2667050843356229_7221553445944164352_o

Avstriyada hər şey əla keçdi, Lokau və Bregenzə mütləq baş çəkin, Hər ikisini 1 günə sığdırmaq mümkündür.

Almaniya barədə isə, Lindau kiçik və əhalisi az ola bir şəhərdir, Konstanz (Almanca, Bodennsse) gölünün sahilində yerləşir. Bu şəhərə gəlsəniz mütləq surətdə üzərinizdə nəğd pul götürün. Kart çox məhduddur burda. Munxeni heç sevmədim, böyük, əhalisi çox bir şəhər, tipik avropa şəhəri, eynən Paris.

Deməli mən Munxendən artıq geri qayıtmalı idim, səhər yuxudan durub tez getməli idim Memmingen aeroportuna. Həmin vaxt dostum da orda idi, dedim gedim ona bir jest edim 😁 Dedim vapşe getmirəm, nəsə heç getmək qayıtmaq istəmirdim ümumiyyətlə, girdim flixbus saytına baxdım Budapeşt reysinə aldım ilk bileti getdime ver əlini Budapest, hələ hələ Bakıya ucuz bilet tapmisdim😎

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Royal Planck

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s