Yunanıstan – Afina bələdçisi

Afinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Aviabilet.

Yunanıstana, xüsusilə də Afinaya getmək lap balacalıqdan arzum idi. Ölkənin antik tarixi, adaları, dənizləri, təbiəti hər zaman maraq dairəmdə idi. Ancaq Yunanıstana gedib çıxmaq o qədər də ucuz deyildi. Düzdür Kutaisidən 20-30 avroya gedib çıxmaq olar. Ancaq Gürcüstanla quru sərhədimizdə barbar davranış, vaxt itkisi, yorğunçuluq kimi səbəblərə görə Kutaisinin üstündən birdəfəlik xətt çəkmişəm.

Biraz araşdırma aparandan sonra ucuz biletlər tapdım. Bakı-Sofiya (Buta airways) 29 avro, Sofiya-Afina (Ryanair) 15 avro. Tarixlər də üst-üstə düşürdü. Üstəgəl həm Bolqarıstanı, həm də Yunanıstanı tura daxil etmək olur.

78768687_10217706095058985_8255534889374318592_n

Viza.

Deyilənlərin tam əksinə gülərüzlü konsulla görüş. Heç bir sual soruşmadı, cəmi 2-3 dəqiqə vaxtımız getdi, o da şəkil çəkdirməklə, barmaq izlərinin götürülməsi üçün.

İki gündən sonra zəng etdilər ki, hər üçünüz viza almısınız.

Əsas sürpriz də oldu ki, viza 1 illik multi oldu.

Afina havalimanı “Eleftherios Venizelos” səliqəli, müasir, geniş bir sözlə rahatdır. Pasport kontroldan (personal çox professionaldır) cəmi bir neçə saniyəyə keçdik. Burdan şəhərin mərkəzinə həm metro (10 avro), həm də avtobuslar (95 nömrəli, 6 avro) var. Taksi ilə getmək 40 avroya başa gəlir.

Otel, ev.

Afinada qalmaq üçün ən uyğun yerlər Omonia, Plaka, Syntagma və Monastirakidir. Bu yerlər Afinanın mərkəzi Akropolisin ətrafıdır və hər yerə yaxındır. Qiymətlər də normaldır. Təxminən 30 avroya iki-üç nəfərin qalacağı, hər şəraiti olan ev və ya otel tapmaq olar.

Yemək.

Afinada qiymətlər qərbi avropa ilə müqayisədə ucuzdur. Həm marketlər, həm də restoranlarda ucuzluqdur. Ən yadda qalan yeməkləri Kalmar qızartması oldu. Akropolisə çıxan yolda (ancaq piyada mümkündür) adı yadımda qalmayan restoran var. Zeytun ağaclarının altında zevs məbədinə baxa-baxa yunan musiqisi və dadı yaddan çıxmayan Kalmar qızartması. Xidmətə söz ola bilməz. Qiymət də ucuz.

Afinanın mərkəzi də bir çox avropa şəhərləri kimi miqrant istilasına uğrayıb. O dərəcəyə çatıb ki, şəhərin mərkəzində ərəb, hindu dillərində yazılan reklamlar da görünür. Küçə ticarəti də onların əlindədir. Marixuana isə günorta vaxtı da xeyli insan tərəfindən istifadə olunur.

Ancaq Akropolisə yaxınlaşdıqca hər şey dəyişir. Elə təəssürat yaranır ki, eradan əvvəlki illərdəsən. 2400 il əvvəl tikilən Parthenon lap təpənin üstündədir. Demək olar ki, Afinanın hər yerindən görünür. Ancaq piyada çıxmaq mümükündür. Aşağıda mütləq təbii portağal şirəsi içib sonra çıxmaq lazımdır, yoxsa adam çox yorular. Girişdə satılır. Bilet 20 avro. Bu qiymətə Parthenon, Erecthenion, Hephasteus kimi tikililəri və ümumilikdə kompleksi (Akropolis) gəzmək olar.

78648992_10217706094178963_7383556640231915520_o.jpg

Muzey sevənlər üçün National Archaeological Museum giriş 10 avro. Burda istədiyiniz qədər tarixi əsərlər görəcəksiniz. Şəhərdə çox sayda muzey var. Hamısını gəzmək üçün xeyli vaxt lazımdır.

Monastiraki bizim 8-ci kilometr (vasmoy) bazarı kimi bir yerdir. Burada 10, 15 avroya Burberry, Gucci, Ralph Lauren və s. brendlərin məhsullarını almaq olar.

79135028_10217706105339242_4423601201442979840_o

Ermou küçəsinə isə Afinanın Neftçilər prospekti ya da Port Bakusu demək olar.

Kifissia. Bura Afinanın milyonerlər məhəlləsidi. Bahaçılıq, villalar, sakitçilik.

Pirey. Bura Afinanın Kubinkası ya da sovetskisi demək olar.

Syntagma meydanı yaxınlığında isə uşaqlar üçün çox maraqlı ola biləcək National Garden var. Bura 1836-cı ildə kraliça Amaliya tərəfindən inşa etdirilib, şəhərin ən yaşıl hissəsidir. İçəridə kiçik də olsa zoopark da var.

Glyfada. Afinada ən gözəl çimərlikləri burdadır. Mərkəzdən 10 km aralıdadır. Tramvay və metro (Elliniko stansiyası) ilə rahat gəlmək olar.

Plaka. Bura şəhərin ən turistik yeridir. Antik tikililər, Bizans dövründən qalan məbədlər, muzeylər, instaqram şəkilləri üçün ideal yer. Bir də dəniz məhsulları sevənlər üçün ən dadlı, gül-çiçəkli butik kafelər.

79184568_10217706096699026_4987918092630753280_o.jpg

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elshan Ismayilov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s