Səyahətlə bağlı maraqlı fakt – Stendal sindromu

Səyahət etmək hər bir kəsin arzusudur. “Gəzəyənlər” bir çoxumuza bu səyahətlərdə dəyərli məsləhətləri ilə kömək edir.

Səyahətlərlə bağlı bir sıra maraqlı sindromlar da var ki, bəlkə də hər birimiz onları yaşayırıq, amma məlumatımız olmadığından nəyə uğradığımızı anlaya bilmirik. Mən də bu barədə yazmaq qərarına gəldim.

Dahi yazıçı Stendalın adını yəqin eşitməyən yoxdur. Amma bu dahi təkcə yazdığı əsrələri ilə yox, həm də “Stendal sindromu” ilə şöhrət qazanıb. Stendal sindromu sənət əsərlərini gördükdə cuşə gələn insanların yaşadığı psixosomatik vəziyyətdir.

Bu sindroma məruz qalanlar gördükləri dəyərli sənət əsərlərindən, memarlıq abidələrindən vəcdə gələrək baş hərlənməsi, təşviş, həyəcan, ürək döyünməsi, hətta qalyusunasiyalar görmək kimi xüsusiyyətlərə məruz qalırlar. Adətən bu kimi hallar məşhur muzeylərdə, rəsm qalereyalarında, tarixi yerlərdə yaşanır.

Fransız ədəbiyyatının klassiki Stendal Florensiyada səyahətdə olarkən bu şəhərin qeyri adi mədəni-tarixi irsinə heyran qalır. O, İntibah dövrünün Mikelancelo, Qaliley və s. kimi dahilərinin dəfn olunduğu, hətta Dantenin boş kenotafının (qəbrinin) olduğu Sante-Kroce bazilikasını (Müqəddəs Xaç kilsəsini) ziyarət edir. Sonradan öz hisslərini “Neapol və Florensiya: Milandan Redjioya səyahət” kitabında belə ifadə edir: “Mən kilsədən çıxdıqda ürəyim şiddətlə döyünür, addımlarımı atmağa belə qorxurdum, mənə elə gəlirdi ki, bu dəqiqə yerə yıxılacam…”

Keçən əsrin ortalarında Florensiya xəstəxanalarının birinin həkimi müşahidə edir ki, bura gələn turistlərin əksəriyyəti bir neçə gün özlərinə gələ bilmir və qəribə bir həyacan içərisində olurlar. Həkim Stendalın yazdıqlarını xatırlayır və bu vəziyyəti “Stendal sindromu” adlandırır.

İtalyanlarda bu sindrom hiss olunmur, çünki onlar bu tarixi əsərləri tez-tez gördükləri üçün adiləşib.

Sindroma daha çox hissiyyatlı, sənət əsərlərinə qiymət verən şəxslər məruz qalır.

Hətta sindromun təsirindən bəzi insanlarda bir sıra sənət əsərlərini məhv etmək kimi bir istək də yarana bilər (“pişik balasını istədiyindən yeyər” məsəlinə uyğun). Buna görə də muzeylərdə sənət əsərləri ya qalın şüşə arxasında nümayiş etdirilir, ya da onlara yaxınlaşmaq qadağan edilir.

Florensiyada olarkən hər yerə sözün əsl mənasında böyük heyranlıqla baxırdım. Uffutci qalereyasının möhtəşəmliyi məni sözün əsl mənasında valeh etmisdi. Rafaelin, Rembrandtın və s. rəssamların əsərlərini canlı-canlı seyr etmək qeyri-adi hiss idi. Amma sindromun təsirinə Florensiyada yox, Venesiyada məruz qaldım.

Veronadan elektrik qatari ilə Venesiyaya çatdığımız anda və ilk dəfə Venesiya öz möhtəşəmliyi ilə gözümün qarşısında canlandığında gözlərimdən qeyri-ixtiyari sel-su kimi yaş axmağa başladı. Özümü saxlaya bilmirdim və nə baş verdiyini də anlaya bilmirdim. Elə Stendalın dediyi kimi, addımı atmağa, tərpənməyə qorxurdum ki, bu dəqiqə həyəcandan yerə yixilacam. Bu hal təxminən bir saata yaxın davam etdi və yavaş-yavaş sakitləşdim.

Bəs sizdə harada səyahətdə olarkən belə sindrom baş qaldırıb?

69171680_2439859122717885_2496911273690660864_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Севиндж Гаракишиева

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s