Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier’dir.
Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.
Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free’dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case’i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı ” sağolsunlar “. Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.

77175883_2737446236315032_7608351204120199168_n
Hava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.
Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.

78218784_2737446156315040_3607674259788267520_n
Mənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib ” Dİ HI ” dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!

Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ 💵 dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam 😬 ( çox güclü qonaqlıqdır )

78499533_2737446162981706_1630114004942716928_n

Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin 😅 və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rizvan Aliyev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s