Veqasda olan Veqasda qalır!

Salam gəzəyənlər.

Bu dəfə sizə az adı çəkilən bir neçə məkan haqqında paylaşım və təsüratlarımı bölüşəcəm.

Kalifornia ştatının mərkəzi və cənubi şərq tərəfində yerləşən məkanlar və sərhəddində olan Nevada ştatının günahlar şəhəri Las Vegas və həndəvərindəki yerlər barədə yazacam.

Vegas barədə daha əvvəldə paylaşım olub bu səhifədə, bu səbəbdən çox yazmağa gərək duymuram.

Deməli səfər bir ay öncədən hazırlaşmışdım, hava durumu, gedəcəyim məkanlar xəritədə qeyd edib çıxdım yola.

Öncə Calico Ghost city -ni ziyarət elədim. Ruhlar şəhəri adı olan balaca şəhər əvvəllər gümüş və digər dəyərli materiallar axtarışında olanların yeri olub. Burda indi kiçik restaranlar, süvenirlər satılan məkandır. Əsas hindular yaşayır, həftə sonları show göstərirlər, hətta bəzi cow boy geyimli insanları görmək olar, revolver-dən (həqiqi güllə olmayan) atışlar və hərəkətlər göstərirlər. Bir çox Cow boy (western) filmlər çəkilib (iki film Clint Eastwood-un baş rol aldığı filmlər burda çəkilib).

78167727_10156609944343053_1395795823521955840_n

Sonra turistlərin çox sevdiyi, dünya da ən yüksək temperatur qeyd edilən məkanı yol üstü ziyarət edə bilərsiniz. Burda temperatur 134 fahrenayt (56.6 selsi) qeydə alınıb. Bəli, bəli, səhv görmədiz! Afrikadadkı sahara deyil, məhs burda. Balaca heykəl və lövhə əks edilib, tavada yumurta bişib istidən 🙂

Burdan avtomobil ilə bir saat (təxmini) getdikdə artıq Nevada ştatına daxil olursuz.
Bu isə o deməkdir ki, hər yerdə Casino görə bilərsiz. Hətta Las Vegas aeroportunun içində, hər iki addımdan bir avtomatlar görə bilərsiz. Vegasda Casino kimi marixuana da bir çox ştatlardan fərqli olaraq leqaldır. Addım başı reklamkarını görə bilərsiz. Birdə şəhər yatmır, 24 saat işləyən Casino-lar, işıqlar və küçə artistləri şəhərin nəbzini hər zaman yüksək tutur 😉

75603872_10156609944723053_7542504966015942656_n

Əsas məsələ, şəhərin təxminən 1 km radiusu bu cürdür, qalan yerləri demək olar maraqsızdır. Əgər Strotosfer binasını və 30-40 dəqiqə məsafəsə yerləşən və Vegası işıqla təmir edən Arizona sərhədində olan Hoover Dam (su ambarı – elektrik stanaiyası). Bir çox məşhur filmlər çəkilib, məsələn Tranaformer.

Las Vegasdan təxminən 2 saat şimal və qərba getsəz Kalifornia ştatındakı Ölü Vadisi (Death Valley) gəlmiş olursuz.

Bu məkanda hədsiz sayda görülməli yerlər var! Diqqət. Bir çox qoruqlardakı kimi (National park – bizdə analoqu qoruq doğru olar) nə mobil operatorların siqanlı, hətta GPS belə doğru çalışmır və bəzən 100 mile məsafədə heç bir service olmur. (Yanacaq doldurma məntəqəsi, restoran, kafe, bir sözlə heç bir şey). Özünüzlə fanar, qalın geyim, konserv qidalar, xəritə, zajiqalka götürmənizdə fayda var. Bilmək olmaz hansı surpriz sizi gözləyir 😉

74396066_10156609946103053_5019124547614408704_n

Statistikaya görə hər il bir neçə turist burda ölür. Səbəblər fərqlidir. Susuzluq və s ən çoxda şəkil çəkdirəndə. Məşhur Uşaqlığın son gecəsi filmində Davudun dediyi kimi yıxılıb ölürlər.
Bunun əsas səbəbi ya tilipaşlıq ya da yekabaşlıqdır 😉

Məkan fərqli landşafa malikdir, gün doğuşu və batımını izləmək başqa aləmdir!
Ən gözəl isə gecə səmanı izləməkdir! Ümumiyyətlə bura gecə vaxtı qaranlıq olduğundan (ətrafda heç bir iaşə obyekti olmadığından) aydın şəkildə səmanı və göy cismlərini izləmək üçün ideal məkan sayılır. Hətta açıq gözlə siz mövsümdən aslı olaraq Süd Yolu qalaktikasından başqa Andromeda qalaktikasını, Mars, Saturn, Yupiteri və səhərə yaxın bəzi aylarda Merkuni seyr edə bilərsiz.

78201820_10156609945948053_2557772742686408704_n

Qoruqda bəzi vəhşi pişikləri də görmək mümkündür, düzdür onlar dağlarda olur, amma hike etmək istəyənlər bunu bilməlidirlər. Əsas tövsiyyə qida, su ehiyyatında olmaq, qalın paltar, adyal, fanar çantada əksik olmamalıdır 😉
Və əsas məsələ avtomonilin saz olmasını səfərə çıxmadan öncə double check etmək! Çünki bəzən məkandan və saatdan aslı olaraq qarşınıza ins-çins çıxmaya bilər, özü də əgər bu qızmar yay ayıdırsa işiniz müşkülə çevrilə bilər 😉

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ulfat Tanriverdi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s