Dubay səyahəti üçün qeydlər

Dubaydakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Dubay haqda gördüklərim və bildiklərim 1:

* Burada kredit almaq olduqca asandır. Belə ki, əgər ID kartınız varsa istənilən bankdan heç bir sənəd və qohum nömrəsi tələb edilmədən kredit ala və yaxud kart aktiv edə bilərsiniz

* Dubay şeyxinin avtomobil nömrəsi sadəcə “1”dir. Ümumiyyətlə burada, vahid nömrə formatı yoxdur. Yəni əgər cibində pulun varsa 10 dan 99999 a dək nömrə ala bilərsən

* Varlı təbəqə tərəfindən idarə olunan ən çox gündəlik avtomobil modeli Nissan Patroldur

* Ərəb qadınlarının Azərbaycanda etdiyi ən bahalı brendləri burada əyinlərində görmək mümkündür. Yəni əba geyinməklə deyil)

* Bütün public çimərliklər tam odenişsizdir və əmin olun ki, ən yüksək səviyyədə hər kəsə bərabər şəkildə xidmət göstərilir.

* Sərnişin nəqliyyat vasitəsi 5 cürdur: Metro, Avtobus, Tramvay, Su taksiləri və kiçik waterbuslar, taksi

* Şəhər mərkəzlərində yerləşən bütün avtobus dayanacaqlarında kondisionerlər quraşdırılıb.

* 5 metro stansiya istisna olmaqla Dubay Metro stansiyalar arasındakı məsafə 1 dəqiqədir

* Dubayda yeraltı metro stansiya xətti yoxdur

* Dubayda ən çox işçi qüvvəsi olaraq, Hindistan və Filippinliler yer alır

* Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlıq vermir. Səbəb kimi, BƏƏ passportunun dünyada nömrə bir hesab edilməsidir ki, bu da bu pasportla dünyanın bütün ölkələrinə ( istisna var)* səyahət etməyə imkan verir.

* Əgər burada iş tapmisinizsa, oturum izni və UAE ID kartını ən qısa müddətdə əldə bilirsiniz

Dubay haqda bildiklərim və gördüklərim 2

* Metro qatarları maşinistsiz, avtomatlaşdırılmış sistemə idarə olunur

* Ümumi nəqliyyat vasitələrinde, əsas da metroda Hindistan və Pakistan millətindən gələn spesifik qoxunu hiss edə bilərsiniz. Maraqlıdır ki, bu qoxunu hələ də qarşını ala bilmirlər

* Bütün taksilərdə sayğac sistemi quraşdırılıb.
Taksi sürücüləri ilə qiymət müzakirəsi etməyə lüzum yoxdur. Sürücülərin 90% ni Hindistan və Pakistanlilar tutur.

* Dubay nəqliyyat vasitələrində olan ödəniş sistemi bizdən fərqlidir. Belə ki, biz 30 qəpik metroya ödəyib bütün stansiyalara gedə bilərik. Lakin burda, stansiyalar arasındakı olan məsafəyə görə qiymət də dəyişir. Bu digər vasitələrə də aiddir. Yəni vahid qiymət yoxdur.

Taksilər isə gecə saatlarında daha baha qiymətə hesablanır.
* Dubay Polisini hər yerdə, hər an görə bilməzsiniz. Buna baxmayaraq şəhər çox sakit və təhlükəsizdir. Yeri gəlmişkən bu il Dubay polisinin 50 illiyidir.

* Burada olan yaşayış binalarının hansının xüsusi adı var. Bütün binalar … Residence deyə adlandırır. Məsələn mən Nilona Residence da qalıram. Ərəblərin Azərbaycana gəlib lüks axtarmasıni başa düşmək olar, çünki burdakı adi residence lar ( yaşayış binaları) hovuz, gym və s var. Otellərdən danışmıram hələ 

* Dünyanın ən hündür oteli Gevora elə məhz Dubaydadir.

* Hazırda dünyanın ən böyük binası Burj Khalifadir. Amma yaxın zamanda onu qat qat ötən yeni bir bina istifadəyə veriləcək. ( haqqında məlumat page’ im da)

* Dubayda yaşayış şəhərcikləri ilə yerləşib. Belə ki, tikinti şirkətləri hektarlarla boş ərazini alıb, nəhəng şəhərciklər salıb adlandırılir.

* Helikopter səyahəti etmək çox normal və əlçatan qiymətədir. Bunun üçün Dubay Polis Akademiyasına getməyiniz kifayətdir. Uçuşa oradan nəzarət və icazə verilir.

* Dubay şəhəri 2021 də dünyanın 1 nömrəli tibb şəhəri olmağa söz verib. Belə ki, bu işlə işlər aparılır və tibb şəhərcikləri inşa edilir. Xüsusən də neyroloji və onkoloji.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Movsum Mirzazadeh

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s