Dark Tourism – Qaranlıq Turizm Nədir?

Bu post spesifik səyahətə dair yox səyahət tipinə aiddir. Bir çoxları turizmin müxtəlif növlərini fərqləndirməyi bacarır. Demək olar hər şeyin arxasına turizm artırıb ayrı kateqoriya yaratmaq mümkündür. Dağ turizmi, təbiət turizmi, ov turizmi, sağlamlıq turizmi, mədəni turizm, tarixi turizm və ilaxır. Amma aralarında məşhur olmayan kateqoriya Qaranlıq Turizm olaraq tərcümə etdiyimiz Dark Tourismdir.

Qaranlıq Turizm – Tarixi mənada ölüm və tragediyalarla bağlı yerlərə edilən səyahət növüdür.

Bu turizm növü balayında seçəcəyiniz növdən bir turizm növü deyil. Dünyaca ən məşhur nümunələri olaraq Nyu-Yorkda 9/11 Qoşa Qülələr Memorial kompleksi, faşistlərin yəhudiləri toplayıb öldürdükləri Polşadakı Auschwitz ölüm kampları və son zamanların trenddə olan mövzusu Çernobılı göstərmək olar. Digərləri isə Hiroshima, Etna, Alcatraz həbsxanası, Paris katakombaları kimi məkanlardır.

Bəs ölkəmizdə necə? Fərqində belə olmadan hər birimizin getdiyi bir nöqtə var. Şəhidlər Xiyabanı Bakımızın ən gözəl yerlərindən birində yerləşir və Dark Tourism obyekti sayılır. Həmçinin Qubadakı toplu məzarlığı da bura aid etmək olar.

Nə üçün Qaranlıq Turizm?

Qaranlıq Turizm təkcə toplu insan ölümlərini yox, həmçinin antropoloji təsirləri də əhatə edir. Normalda muzeylər əşyaları, tarix isə hadisələri göstərir. Dark Turizm obyektləri isə hər ikisini özündə birləşdirir. 4 il öncə Yerusəlimdə (Qüds) Yad Vaşem muzeyini ziyarət etmişdim. Muzeyin təkcə quruluşu sizə bütün faşist almaniyasının yaranmasından tut qətliamlara qədər çox dərin təsir göstərirdi. Və sizi inandırım ki, bu Nyu-Yorkda taksinin üstündə 3 saniyəlik gördüyünüz JusticeForKhojaly yazısından daha çox təsir edir. Türk milləti üçün Çanakkale savaşı böyük önəm kəsb edir. Həmçinin Atatürkün gözlərini yumduğu Dolmabahçe sarayı türk millətinin sentimental kəsimi üçün çox vacibdir.

Ümumilikdə insanoğlunun yaradıcı qüvvəsi qədər məhv edici qüvvəsi də heyranlıq doğurur. Və sırf müəyyən seqment üçün təbiət və insan arasında davam edən çəkişmə xüsusi maraq obyektidir. Necə ki bütün Çernobıl zonasını yaşanmağa imkansız hala gətirmiş, radiasiya dalğaları Norveçdən tut Qazaxa qədər gəlmişdi. Və bu gün təbiət yenidən şəhəri geri alıb ağaclar arasında illər ötdükcə gizlədir.

Təkcə baxmaq üçündürmü?

Xeyir. Dark Tourism bu gün həmçinin ən böyük propaqanda alətlərindən biridir. Propaqanda həm ümumbəşər həm də sırf bir millətin maraqlarını qoruya bilər. Məsələn, qonşumuz ermənistan saxta erməni soyqırmı iddiaları ilə əlaqədər aşağıdakı məkanlarda memoriallar inşa edib,

Dublin – İrlandiya, Fresno, Boston, Massachusetts, San Francisco – ABŞ, Almelo – Hollandiya, Mexiko – Meksika, Lebanon, Fransa, Kanada, Braziliya, Hindistan, İran, Uruqvay, Argentina, Kipr, Suriya, Almaniya.

Bu məkanlara məşhurları dəvət edib dünyaya yaymaq da bir başqa alətdir. Son zamanlar George Clooney-in Yerevana səfəri bir çox həmyerlimizi qıcıqlandırmışdı.

Sözümün canı, Çernobıla gedənin başı çatmır, adam ölən yerdə maraqlı nə var kimi ilkəl düşüncələri kənara qoyub, həm dünya və insanlıq tarixi haqqında öyrənmək, həm də Ağı Qaradan özümüz seçməyi öyrənmək lazımdır.

“Tarixindən Öyrənməyi Bacarmayanlar, Onu Yenidən Yaşamağa Məhkumdur”

-Winston Churchill

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mürsəl Səmədov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s