Şəhər bələdçisi – Moskva, St. Petersburg, Minsk, Brest, Lvov, Odessa, Kiyev

Hər kəsə salamlar.

Bu yay: Bakı—Moskva—St. Petersburg—Minsk—Brest—Lvov—Odessa—Kişinyov—Kiyev—back to Bakı bu marşrut üzrə aşağı büdcə ilə tək başıma səyahət etdim. Cəmi 481$. Bu postda mən sizə bu şəhələrdəki görməli yerlərdən çox necə getmək olar, nələrə diqqət etməli, sərhəd keçərkən nə soruşdular, onlardan yazmaq istəyirəm.

İlk öncə BBAK-dan 100 manata bilet alaraq Bakıdan Moskvaya yola düşdüm. 23 İyulda Bakıdan çıxıb 2 gün sonra Moskvaya çatdım. Moskva—3 gün qaldım. Qısası çox bahalı şəhərdi.

69496162_1319838524850816_9178400585349595136_n

Bir yerə getməyin ən yaxşı yolu metrodu. Məhşur yerlərin hamısı demək olar ki, metro Teatralnayada yerləşir. Ostan-Kino isə metro VDNX. 28 İyul 1200 rubla kupeyə (online) aldığım biletlə St. Petersburga yola düşdüm (Leningradski vagzal). Həmin gün axşam üstü ora çatdım. Bura da bahalıqda Moskvadan geri qalmır. Burda da həmçinin ən yaxşı nəqliyyat metrodu. Sizə lazım olan isə Nevski prospekt stansiyasıdı. Ordan başlayaraq şəhəri piyada kəşf edə bilərsiniz.

3 Avqustda isə Qatarla Minskə yola düşdüm. Bilməniz gərəkən vacib məlumat isə St. Petersburgdan Avtobusla və ya Blablacarla getmək olmur. Yalnız Rusiya və Belarusiya vətəndaşları. Mən bileti 3030 rubla (online) almışdım (rzgd.ru). Qatar Vİtebski vağzaldan yola düşür. Minskdə o qədər də görməli yer çox deyil. Demək olarki əsas görməli yerlər dəmiryolu vağzalına çox yaxındı. Bir də Minskə 40 km məsəfədə Xatun adlı kənd var 2-ci dünya müharibəsindən qalma maraqlı yerdi.

6 Avqust axşam qatarla Brestə yola düşdüm (Hostel Gravedskoe predmit 2 gecə 25 rubl). Qatar seçimi çox idi, mənsə ora tezdən çatmaq üçün ən gec çatan reysi aldım. Bileti həmin gün tezdən vağzaldan almışdım – 17 belarus rubl. Brestdə ən görməli yer Brest Qalası (5№ marşrut) və Sovetskya küçəsidi (xüsusən axşamlar). Brestdə vağzala düşən kimi srazu bir polis 1000 nəfərin içindən birdənə məndən passport istədi. Mən də bütün biletlərimi falan göstərdim ki, burda sadəcə turistəm.

69456432_1319838094850859_2713159075998203904_n

Sonra Avtovağzala gedib (dəmiryolu vağzalına 200 metr məsəfədə) 2 gün sonra Lvova bilet avtobus bileti (25 rubl) aldım. Hə bir də, dostlar, Belarusiyada yalnız 5 gün qeydiyyatsız qalmaq olar. Ona görə də, qaldığınız hosteldən qeydiyyat kağızı almağı unutmayın.
8 Avqust tezdən Ukranya şirkətinə məxsus sınıq-salxaq bir avtobusla Lvova yola düşdüm. Sərhədi keçəndə Rusiyanın verdiyi migrasiyon kartı Belarusiya alıb peçat vurdu, dedi- yaxşı yol. Ukranyaya keçəndə isə başladılar məni əməlli-başlı sual-cavab etməyə. Nə isə, bunlara da bütün avtobus qatar biletlərimi, hətta fotolarımı göstərib inandırdım ki, sadəcə turistəm. Sonra əlimi sıxıb dedilər ki, gülə-gülə. Yolda hansısa bir şəhərdə Lvova gedənləri düşürdüb daha köhnə bir avtobusla yola saldılar. Nəhayət axşam üstü Lvova çatdım. Mərkəzə isə 15№ avtobusla getdim.

Lvovda mərkəzdən Booking.comdan tapdığım Hostel 7-dən (2 gecə 270 qrivin) hər yerə demək olarki piyada gedə bilirdim.

10 Avqust axşam üçün Lvovun avtovağzalından Odessaya 600 qrivinə avtobusa bilet aldım. Avtovağzal və dəmiryolu vağzalı yan-yanadı. Mərkəzdən 1№ tramvayla gedə bilərsiniz (5 qrivin). Lvovun avtovağzalı çox pisdi bileti necə gəldi satırlar. Ona görə diqqətli olun əgər kartınız varsa Busfor.ua saytından online alın. Yenə də köhnə bir ekarusla 795 km yol qət edərək 16 saat sonra Odessaya çatdım. Yolda nə bir servis, nə wifi, nə monitor. Heç bir şey, yəni ağlınız türk şirkətlərinə getməsin😀. Ukranyada bir Ecolines şirkəti standartlara cavab verir.

11 Avqust tezdən Odessaya çatan kimi piyada Hostelimə getdim😀(Hostel Hobbit 2 gecə 200 qrivin). Bir az dincəlib pul dəyişdikdən sonra təzədən avtovağzala qayıdıb, 2 gün sonraya 250 qrivnə Kişinyova bilet aldım. Odessada görməli yerlər – Opera House, Derebasovskya küçəsi və plajlar. Amma plajlar bir o qədər təmiz deyildi.

69852199_1319838278184174_2850013750709190656_n

13 Avqust tezdən sprinter mersedeslə Kişiniyova yola düşdüm. Sərhədi keçərkən yenə bir xanım başladı məni sorğu-suala, Moldovaya hara? Kimə? Niyə? gedirsən. Öz -özümə güldüm ki, Moldovaya bax iqdisadiyyatı bizdən bəlkə 100 dəfə kiçikdi məni bunlar miqrant hesab edir. Nə isə köhnə üsulla burdan keçib bərbad yollarla 2 saat sonra Kişinyov Gara de Nord avtovağzalına çatdım. Burdan da 3 ley verib marşurtla Couchsurfing hostmun evinə getdim. Orda hostumdan öyrəndim ki, Moldova Avropaya vizasız səyahət edir 😀. İ am shock. Sonra şəhərə çıxanda Birliyin bayrağını hər yerdə gördüm və sərhəddə nəyə görə sorğu-sual olduğumu başa düşdüm. Kişinyov müasir, təmiz, normal bir sovet şəhərdi, amma marketlərdə qiymətlər bizdən 2 dəfə baha, maaşlar isə bizdən 4 dəfə azdı. Şəhərdə ən yaxşı nəqliyyat trolleybusdu-2 ley. Kart sistemi yoxdu, konduktor sizə bilet verir. Ümumiyətlə Moldovanın avtobus sistemi daha yaxşı idi. Ruminiya və Polşaya lüks avtobuslar var idi.

69542378_1319838314850837_5301624007169146880_n.jpg

14 Avqust axşam saat 11-də yenə köhnə bir ukrayna ekarusu ilə tək sərnişin mən idim😀 yola düşüb tezdən Kiyevə çatdım (Hostel Boston 5 gecə 550 qrivin).

Kiyev – əsas görməli yerlərin demək olar ki, 80% metro Zolotoy Vorotada yerləşir. Maidan Nezalejnosti eyni adlı metroda Çernobıl muzeyi metro Kontarktova Rodina Mat abidəsi isə Drujbi Narod metrosunda. 5 gündə burda qalıb Avqust 21-i əvvəlcədən tapdığım azərbaycanlı sürücü ilə 100$ verərək çerez Rusiya-Gürcüstan Gəncəyə çatdım. Ümumilikdə 30 günə 8300 km məsafə qət etdim. Əsas vacib məqamlar, dostlar, əgər bu yolla səyahət etsəniz aldığınız bütün biletləri saxlayın, deməyin ki, vizasız ölkələrdi problem olmayacaq. Uzun oldu, ümid edirəm faydalı olar. Sualınız olsa məmuniyyətlə cavablandıraram. Getdiyim yerlərdə özümçün videolar çəkmişəm, alınsa youtuba yükləyib linki sizinlə paylaşacam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mesud Qaradagli

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s