Everest Baza Kampına səyahət

Everest regionundakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

#arzularinizindalincagedin 
Everest baza kampına səyahətimi artıq bir il idi ki, gözləyirdim, planlayırdım, psixoloji və hardasa fiziki də özümü bu səyahətə hazırlayırdım. Aylar keçdi, məqam yetişdi, mən də yola düşdüm. Bu tərəflərə ilk səyahətimdir.

72282731_2849386628406095_2141163616508837888_o

Bu trekkinqin hazırkı və məşhur yolu ilə bir dəfəlik təyyarə ilə 2860m yükəkliyə qalxmağı deyil, aşağılardan kəndləri görə-görə yuxarı qalxmaq qərarına gəldim. Bu həm də fiziki cəhətdən bədənimi daha yuxarılara yaxşı öyrəşdircəkdi. Belə də oldu. Ancaq tekkinqimin ilk günündə bel çantamdan və təbii ki, aşağı-yuxarı çıxıb-düşmələrdən bir təhər olmuşdum. Ancaq 2-3 gündən sonra hər şey keçib getdi. Bu tekkinqlə növbəti dəfə özümü, fiziki və psixoloji gücümü yoxlamaq istəyirdim – hara qədər gedə bilərəm, hara qədər dözə bilərəm deyə…

74832612_2849386438406114_7138185197266141184_o

Gözlədiyimdən də çox uzun getdim. Namche Bazaar-a gedən yolda (3440m) bir şəxslə tanış oldum. Vladimir Starov, Krasnoyarskdan dostları ilə gəlib, sən demə idman ustası imiş, belə trekkinqləri bir nəfəsə su kimi içir. Mənə trekkinq planlarını göstərdilər, mən də böyük bir səhv edib, razılaşdım. Niyə səhv? Çünki onların The Three Passes (üç pereval) keçib daha sonra Kala Pattar və Everest baza kampına gedib trekkinqi bitirmək istəyirdilər. Bu 3 pereval isə çox çətin gediləsi yoldur. Ən azı mənim üçün, çünki mən buna fiziki hazır deyildim. Özü də qarlı-boranlı bir havada, gidsiz və portersiz (yəni çantamı özüm daşıyırdım) və ayaq barmağımda problem ola-ola…

76706704_2849386315072793_3441183602065276928_n

Uzun sözün qısası ilk pereval Renjo La Pass 5360, ikinci Cho La Pass pereval 5420 m, bu ikisinin arasında Gokyo Ri 5357m və Everest baza kampına 5360m gedib çıxdım. Üçüncü perevala yalnız Vladimir özü getdi, qurpda isə mənimlə birgə 6 nəfər idik. Kala Pattara isə qalxmadım, qar yağdığından Everesti və digər pikləri görməyəcəkdim, ona görə ora boşuna qalxmağın mənası yox idi mənimçün və təbii ki, çox yorğun idim.

74620949_2849386195072805_8852680036671553536_n

19-20 gün çəkən trekkinqdə 7-8 gün 4000m-dən yuxarıda gecələdik. Amma heç bir yüksəklik və ya dağ xəstəliyi yaşamadım 🙂 Məhz elə buna görə trekkinqin klassik üsulunu seçmişdim. Ancaq bütün yol boyu deyim ki, heç bir lodge-da istilik sistemi yox idi. Bütün gecelər də ən azı 0-a yaxın olur. Sümüklərimə qədər buzladım. Zato aşağı enəndə istinin, duşun qədir-qiyməti daha yaxşı bilinir))

Bol-bol səyahət edin, qəşəng şeylər öyrənin özünüz haqda 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gulnar Salim

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s