Meksika bələdçisi – Tulum

💭𝕄𝕖𝕜𝕤𝕚𝕜𝕒 deyəndə ağlımıza ilk gələn şey təhlükəli ölkə olduğu, narkotik, çöllük, kaktuslar, balacaboy bığlı daydaylar və.s Ama bir başqa düşüncə ilə yanaşsaq Meksikanın bir cənnət olduğunu görə bilərik. Mən bu dəfə yollandım Karib dənizi sahillərinə. Bura Meksikanın Quintana Roo ştatı sayılır. Bu ad “Kintana Ru” deyə oxunur. Mayalılar bu ştatdada məskən salmışlar. Ştatda yerləşən Karib dənizi – Qərb yarımkürəsində tropik dənizdir, Atlantik okeanınına daxildir. Ən dərin nöqtəsi isə 7,686 metrdir və Cənubi Amerikanın tərkibindədir.
WhatsApp-Image-2019-11-09-at-15.38.23-1
🏞Ştatda yerləşən çoxunuzun bildiyi yerlər isə Cancun, 𝕋𝕦𝕝𝕦𝕞, ℙ𝕝𝕒𝕪𝕒 𝔻𝕖𝕝 ℂ𝕒𝕣𝕞𝕖𝕟, ℍ𝕠𝕝𝕓𝕠𝕩, 𝕀𝕤𝕝𝕒 𝕄𝕦𝕛𝕖𝕣𝕖𝕤, və ştatın biraz aralığında yerləşən möcüzəvi “ℂ𝕙𝕚𝕔𝕙𝕖𝕟 𝕀𝕥𝕫𝕒” piramididir. Cancuna getmədim çünki daha çox turistlik bir yerdir ora getdin pul çox çıxır. Mən onnansa Playa Del Carmenə getməyi üstün tutdum həmdə daha çox yer gəzmiş oldum..
WhatsApp-Image-2019-11-09-at-15.38.23-2
✈️ Playa Del Carmenə gəlmək elədə ucuz başa gəlmir ama ömrünüzdə bir dəfə də olsun buranı mütləq gəlib görməlisiz. 🚌 Mən Merida şəhərindən Cancuna aftobus ilə gəldim. 4 saatlıq yoldu 35 manat ödədim. Aftobus sizi Cancun şəhərinə gətirəcək. 🚌 Daha sonra başqa bir aftobusa 8 manat ödəyib Cancun aeraportuna yollandım. Yarım saatlıq yoldu. Bakıdan gəlmək istəyənlər İstanbuldan Cancuna uçuşlar var və ya Avropa üzərindən münasib qiymətə biletlər əldə edə bilərsiz. Daha sonra playa del carmenə yollana bilərsiniz.
WhatsApp-Image-2019-11-09-at-15.38.23-7
🚘 Cancun aeraportunda dostlarımla görüşdüm və başladıq səyahətə. Biz 4 nəfər idik deyə maşın kirayalaq dedik həm şəhəri həmdə şəhər ətrafını gəzmək üçün əlverişlidir. America Rente cardan Cip götürdük 3 günlük. 4 nəfərə 330 manat ödədik. Maşına benzin vurmaq məsələsidə var. Buda 180 manat. Çünki dolu qaytarmaq lazımdı maşını
🏬 Qalmağa yeri Airbnbdən ev tutduq Playa del Carmendə. 5 mərtəbəli bina evidi şəhərin mərkəzində yerləşir. binanın üstündə gözəl bir hovuzu var. Evdə hərşey qaydasında idi. Evdən çıxan kimi restoranlar kafelər shopping mollar çox yaxındadı, elə küçə özü turistik bir yerdi. Bu evi 4 nəfərə tutduq, ümumi 3 günə görə 365 manat ödədik.

🏡 https://www.airbnb.com/rooms/16911597?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445

🌌 İlk günün planı Chichen İtzanı gedib görmək idi. Adı “Çiçen İtsa” kimi oxunur. Playa del Carmendən 185 km, hardasa 2 saatlıq məsafə aralıqda yerləşir. Magistral yola maşınla daxil olmaq üçün 20 manat ödəməlisiniz. Yol üstü Valladolid kəndinə baş çəkib gəzdik həmdə yemək yedik. Kənd çox rəngarəngdir. Daha sonra yola düşdük Chichen İtzaya.
WhatsApp-Image-2019-11-09-at-15.38.23-3
🗺Chichen İtza piramidi bir möcüzədir. Bu piramidin yerləşdiyi İtza bir maya kəndidir. 1841 ci-ildə Jhon L. Stephens tərəfindən kəşf olunub. Chichen İtzaya giriş bileti 43 manatdır. Maşın parking eləmək 7 manatdır. Birdən əlinizdə kamera görsələr 4 manat əlavə ödəməli olacaqsız. Saat 5 də bağlanır. Daha sonra Light Show başlayır bunu heç qaçırıb eləməyina. Mütləq daha öncədən bilet alın. Qiyməti isə 22 manatdır.
WhatsApp-Image-2019-11-09-at-15.38.23-5-768x768
🗺Tulum candır, cənnətdir, buranı səyahət etmək üçün ən gözəl vaxt dekabr – aprel aylarıdır. Tulumda görüləsi yerlər isə Casa del Cenote, Pyramid El Castillo. Archeological Zone of Tulumdur. Ora gedib də Ahau Tulum art önündə şəkil çəkməsəz lap günaha girmiş olarsız.
🗺Tulumda Mayalıların yaşadıqları yerə giriş bileti 6 manatdı əgər foto aparat görsələr əlavə pul vercəksiz ona görə öncədən gizlədin. Burda Mayalılardan qalmış yerləri görə bilərsiz həqiqətəndə möhtəşəmdir.
🏝Holbox adası bəh bəh hə buna deyərəm istirahət etmək. Elə neçə gündü qaça qaç ora get bura get yorğunçuluq. Bura isə istrahətin tam məkanıdı. Holbox adasına biz Playa del Carmendən maşın ilə hardasa 1 saat 40 dəqiqəyə getdik. Maşın parkinginə görə 5 manat ödədik. Daha sonra adaya getmək üçün qayıqdan istifadə etdik adam başı 14 manat edir. Böyük və ya kiçik qayıq fərq eləmir eyni qiymətdi. Yarım saata çatdıq adaya. Adada qiymətlər od tutub yanır dəhşət bahaçılıqdı. Axır bir restoran tapdıq adam başı yeməyə 15 manat ödədik. Dəniz üçün kirayə çətiridə qiymətin aşağı sala sala axır bir nəfər üçün 10 manata verdi.
WhatsApp-Image-2019-11-09-at-15.38.23-9-2
🗺Gran Senoteyə giriş bileti 16 manatdı. Bura daxil olduqda öncədən mütləq duş alıb başınızı yumalısınız. Su çox təmizdir içində isə balıq və tisbağalar var. Dərinliyi 2m-dən 25m-ə qədərdir.
Yeyib içmək və Restoranlar 🍽🍵
🌮Elə evdən bir iki addım uzaqlıqda yerləşən mənim favori restoranım El Sangha-Rito idi. Qulluğ super yeməklərədə söz ola bilməz. Qiymət isə 9 manat ödədim içki ilə birlikdə.
🍽Valladolid kəndində qəşəng bir restoran var adı Las Campanas-dır yeməklərin dadı super qiymət isə cibə uyğun. Ortalama yemək içki ilə birlikdə 10-12 manat xərciniz çıxa bilər.
☕️Chichen İtzada saat 5-ə kimi gəzib dolandıq daha sonra isə Light Show-nun başlamasını gözlədik elə bu arada da Oxtun kafedə oturub bir kof içdik. Bir kofe 5 manat.
🍵Chichen İtzadan döndükdə elə axşam idi yolda dayanıb şam yeməyi yeyək dedik bu arada yolda Los Pepes restoranı görüb getdik ora. Əgər kofe içmək istəsəz arxa tərəfində ☕️İtalian Kofe var orda əyləşib bir kofe içə bilərsiniz.
🍝Tuluma gedərkən El CAmello restoranında yemək yeyib daha sonrada☕️ Azul kafedə bir kofe içib Tulumun dadını çıxara bilərsiniz. Yeməyə 7 manat latteyə isə 6 manat verdim.
Vaxtınızı ayırıb oxuduğunuz üçün hərkəsə təşəkkür edirəm..

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s