Monteneqroda raftinq – Tara kanyonu

Tara kanyonu ətrafındakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Növbəti post-um #visitMontenegro

Montenegroda #rafting 🚣‍♀️ haqqında:
📍 Montenegroda Rafting ancaq Tara çayında, Bosniya və Herseqovina ilə düz sərhədində keçirilir.

70362156_10214663749609878_7032764207078572032_n

🛣️ Tivat aeroportundan və ya Budvadan 3 saata (180 km) maşınla çatarsız. Yolda da hər 30 dəqiqədə maşın saxlayırdıq çünki yolda mənzərəli 🖼️ yerlər doludur.

🚧 Biz dağ yolu ilə gedirdik, amma heç qorxulu deyil idi, çox səliqəli tez yoldur. Balaca maşın götürmək məsləhətlidir.

🌍 Ölkələrin kolleksiyası yığanlar üçün: Rafting vaxtında Siz heç bir sərhəd keçmədən Bosniyada fasilə eləyib, quş qoya bilərsiniz ))

⏱️ Rafting özü səhər saat 10-11 arası başlanır, ona görə də tezdən oyanıb yola çıxmalısız. Biz isə əlavə adambaşı cəmi 15 avro 💶 ödəyib, gecə də onların taxta evlərində qaldıq, üstəgəl şam yeməyi + səhər yeməyi verirlər bu qiymətə. Nəticədə səhər yorğun deyilsiz, raftingi 💪 aktiv keçirirsiz.

69242068_10214663750729906_6878651662282522624_n

🌊 Yay vaxtı Tara çayı sakit olur, ona görə də təhlükəli anlar az olur, uşaqları da özünüzlə götürün, maraqlı olacaq onlara.

👕 Hydrokostym və 👟 xüsusi ayaqqabı qiymətinə daxildir, razmerinizə uyğun verəcəklər. Çox rahatdır, nə soyuq nə isti olmur qayıqda. + Jilet və şlem veriləcək

🚣‍♀️ Çox əlnən işləməli olacaqsınız, onu nəzərdə saxlayın. Tənbəl eləmək mümkün deyil, camp-a vaxtında çatmalısız

🏊 Çayda üzə də bilərsiniz, amma buz kimi soyuqdur, çox suda qalmaq mümkün deyil

 Ümumiyyətlə vaxt tez keçir, təmiz Rafting 2,5-3 saat çəkir (iki fasilə ilə, birində maraqlı şəlalə var idi), Instruktor da çox təcrübəli idi bizdə, rusdilli cavan oğlan

📳 Telefon mütləq özünüzlə götürün, qayıqda xüsusi yer var. Bacım elə Rafting vaxtında dayanmadan şəkil çəkirdi.

69028323_10214663749049864_8735458568003649536_n

🏞️ Təbiəti çox gözəldir, dağlar, meşələr, gözləriniz dincələcək.

👛 Raftingin qiyməti 45 avro (nahar yeməyi daxil), biz isə 60 avro ödədik adambaşı və o məbləğə 🍛 şam yeməyi, 🛌 gecələməsi, 🍳 səhər yeməyi daxil idi, 15 avro üçün əla fürsətdir, yeməkləri çox dadlı idi Tara Tour-da.

🌟 Şirkət olaraq www.tara-tour.com/en Tara Tour-u seçdik, oranın müdiri Montenegroda ən birinci Rafting Instruktor idi, çox peşəkar kişidir, rusdillidir, biz onunla dost olduq və o mənə bir banka bal bağışladı + otağımızı pulsuz upgrade elədi. Adı Danila-dır. Qiymətləri da orada çox sərfəlidir. Instagram-da @tara_tour gedir

 Bonus: camp-a çatmamış Piva gölündə Plujine şəhərinin yanında çox uzun və maraqlı zipline var, mütləq onu sınayın

Daha nə maraqlandırır Sizi? Montenegro bağlı, mövzu verin, yazacam )))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Gasimova 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s