Hindistan bələdçisi – Goa

Goadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hindistan 🇮🇳 22.01.2013-18.04.2014 10.10.2014-03.03.2015

Deməli, gənclər, təsəvvür edin ki, oturmusuz evinizdə çay içirsiniz, heç kimlə işiniz yoxdu, telefonunuza gələn bir mail ilə qısa bir zamanda Hindistana getməli olacağınızı və təqribi 3 ay orda yaşayacağınızı öyrənirsiniz. Hər kəsə salam bu arada.

Vizanı Moskvada aldım, 10 iş günü deməklərinə baxmayaraq 7 iş günü sonrası visa hazır olmuşdu. Visanın dediklərindən tez hazır olmasına sevinməmişdim ) Hindistana ilk səfərim Moskva – Doha (Qətər) Doha – Dobalim (Goa İndian) baş tutmuşdu. Təyyarə hava limanına enərkən tam ciddi deyirəm, öz-özümə təyyarədən enməyəcəm, bu təyyarə ilə də geri dönəcəm deyə fikirləşirdim. Mənzərə sadəcə qorxunc idi. Təyyarə endi, ön sırada oturmağıma baxmayaraq təyyarədən enən axırıncı mən oldum. Yaşayacağım evə doğru yol aldım. “Luis quest House” adı keçən qonaq evinin sahibi Mr.Luis məni qarşıladı. Evin açarlarını verdikdən sonra bunları dedi: “Hindistana xoş gəldin. İlk baxışdan xoşa gəlməsə də əslində çox gözəl yerdir Goa. Və insanı iki dəfə ağladır Hindistan, bir gələndə bir də gedəndə.”

Bir çoxumuz kimi Hindistan adı çəkiləndə ağlıma ilk gələn, Taj Mahal, Fillər mənim dostumdur, Bob Morley, yaşayış səviyyəsi çox aşağı olan bir ölkə , biraz dərin fikirləşsək, Mohandas Gandhi, yoga, büstlər, büdlər və s. gəlirdi. Əlbətdə ki, bütün bu sadaladığım hər şey var və olub bu ölkədə amma sadəcə bunlar yox.

Hindistan haqqında nə qədər yazsam azdır, sadəcə 9 ay yaşadığım Goa Ştatı haqqında yazım. Hindistanın 29 ştatı var və Goa bunların içərisində ən varlısıdır. Orta əmək haqqı Goada 5400 rupi yəni (94$) Goada əsas dillər konkani və ingilis dilidir. Əhalisi 1,8 milyondur. Bu arada Hindistanda 22 qəbul olunmuş dil var. Əsas nəqliyyat vasitəsi motordur. Paytaxt Ponjim. Goada içkili və yaxud sürücülük vəsiqəniz olmadan motordan istifadə edirsinizsə bunun cəzası 100 rupi ilə 500 rupi arası dəyişir.

28168824_1575825362530965_55976241438501826_n.jpg
Orta təbəqə yaşayan çox azdır, bu demək olar ki, bütün Hindistanda eynidir. Çox varlı təbəqə var və çox kasıb. Goa yay istirahəti üçün əslində çox gözəl bir seçimdir. Yay yəni bizim qış. Dəniz sezonu Goada oktyabr ayında başlayır və aprelin ortalarına kimi davam edir sonra isə musson yağışları başlayır. Dənizə (Hind okeanına axan Ərəb Dənizi) 150-200 metr məsafədə 4 nəfərlik bir ev kiralamaq təxmini 250$-300$.

28471574_1575825495864285_2237248150874017466_n
Ümumilikdə götürsək ucuzluqdu. Hindlilər gedən kafelərdə yemək yesəniz 1$-1,5$ biraz bahalı restoran və ya kafelər 5$-7$ pulunuz çıxacaq. Bu arada Hindlilər yeməklərini əllə yeyir, oturduğunuz kafedə iki gənc sevgili bir-birlərinə əlləri ilə aş yedizdirsələr təəccüblənməyin) “Old Mong”.

Goaya məxsus romdur 40 dərəcə spirt qiyməti 1,5 $, amma çox dadlıdır. Hindistan mətbəxi şəxsən mənim çox xoşuma gəldi. Masala, chicken tikka masala, Lamp biryani və s. Bu arada Bakıda olanda hind restoranları görmüşdüm, yolunuz düşsə məncə bir dadına baxın. Çox acı bir mətbəxtdi və çox baharatdan istifadə edirlər.

28279302_1575825699197598_5569356192003579327_n
Hindistanda əsas din Hindiuzimdir, əhalinin 80%-i bu dinə inanır, 13% İslam, digər faizləri isə büdpərəstlər və xristianlardır. Goada 30% xristianlar yaşayır. Goa keçmişdə Portugaliyanın əsarəti altında olduğu üçün ştatda çoxlu kotolik kilsələrinə rast gəlmək mümkündür.

28167802_1575825825864252_6158435628634260703_n.jpg
28168463_1575825652530936_2524699160907652446_n.jpg
Hindistanın tarixi doğurdan çox zəngin və maraqlıdır, əgər yolunuz düşsə, Xampi, Karnataka, Murdeşvar bu şəhərlərdə yerləşən tarixi abidələri kilsələri ziyarət edin. Təbiəti çox gözəldir. Goada həyatınızda görə biləcəyiniz ən gözəl gün batımını izləyə bilərsiniz. Goanı bəlkə də başqa bir dünya adlandırmaq olar, insanların yaşam və davranış tərzi çox fərqlidir. Bir anlıq keçmişə qayıtmış kimi olur insan. 100-150 il əvvələ. Hindistanın ucqar bir şəhərinə getsəniz telefon və televizorun icadından xəbəri olmayan insanları görə bilərsiniz. İnək, siçan, ilan və başqa bir çox heyvanlar Hinduizm dinində müqəddəs sayılır.

28279612_1575825315864303_2719330925458326179_n
Avtobusda gedərkən 1,5 saat yoldan ilanın keçməsini gözlədiğim olub, yoldan qovmaq günahdır çünki gərək özü keçsin. Evə siçan girəndə həmin gün o evdə bayram kimi qeyd olunur, çünki ən mehriban tanrılarından olan “Ganeş” siçanın üstündə hərəkət edib. Heyvanlara qarşı olan bu sevgi və hörmət səbəbi reankarnasyondur. Ölümdən sonra təkrar dünyaya gələndə, həyatlarını həmin hörmətsizlik etdikləri heyvan olaraq davam etdirməsi qorxusu. Qadınların alınlarında olan Xal “Bindi” 3-cü gözdür. Qadınları pis əməllərdən, pis düşüncələrdən qoruyasan nöqtə. Bekar qadınlarda qara, evli qadınlarda qırmızı olur. Eyni zamanda evli və subay qadınların geyimləri “sara” da fərqlidir. Hindistandan gedəndə mr.Luis dediyi kimi heç də ağlamadım, əksinə çox sevinirdim. Amma tam 7 ay sonra öz istəyimlə 5 ay qalmaq şərti ilə bir daha qayıtdım…

26 fevral 2018.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Bayramov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s