Meksika – Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var 😊
🇲🇽 Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.

 Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.

🗺 Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.

73342846_1368784943297398_3125337677121978368_o

✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.

🚖🚍 Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. 🚗 Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.

🏘 Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. 🐩 Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.

💵Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.

👕👖Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.

🗺🗾 Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın🚨

72769688_1368784636630762_2372524188960292864_o

🗿Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən “Mayan World Museum of Mérida” ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.

72879399_1368784779964081_4817489473883340800_o

🚶‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.

📸📸 Şəkillərin altında maraqlı məlumatlar yazmışam.

💡2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz 🤭

💡 İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.

73417782_1368785463297346_6236942926459437056_o.jpg

72958431_1368786843297208_851592513289453568_o

🌮🍜Restoran və yeməklər

Hər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.
🍽 Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.

Restoranlar 🍽
Que Rikas 6 Azn
Los Platos De Frida 10 Azn
Vips 8 Azn
El taurino 5 Azn
Cafe montejo 9 Azn
Alabama mamma 6Azn
Mi viejo molino 10 Azn
Los trompos, 6 Azn
La casa de los abuelos 7 Azn
La Reina İtzalana 6.50 Azn

Yemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️

Dadlı yeməklər.
Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.

🥤Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.

Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.
YouTube kanalıma baş çəkmək istəsəniz buyurun 😊
https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrA

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s