Mərkəzi Avropa bələdçisi – Vyana, Praqa, Budapeşt

Qrupda ayrılıqda Vyana, Praqa və Budapeşt haqda yetərincə post var. Əgər siz bu 3 şəhərdən heç birində olmamısınızsa amma səyahət planınız varsa, ümid edirəm postda bu 3 şəhərin müxtəlif nüanslara görə müqayisəsi sizə yardım edə bilər.

Budapeşt – digər 2 şəhərdən üstünlükləri:

1. Nəqliyyat sisteminin rahatlığı: (istədiyiniz yerə vaxtında və rahat çata bilərsiniz. Nəqliyyat qiyməti isə o qədər də baha deyil, 1günlük kartın qiyməti hardasa 5 avro təşkil edir.
2. Dunayın möhtəşəmliyini görmək istiyirsizsə, mütləq Budapeştə baş çəkməli və kiçik gəmilərlə Dunay turuna çıxmalısız. Şəhərin əsas məşhur yerləri elə Dunay ətrafında cəmlənib. (Parlament ,körpülər və s)
3. Daha ucuz şəhər olması: gündəlik ərzaq, qiymətlərindən tutmuş restoran və kafelərdə təklif olunan qiymətlərə görə daha sərfəlidir. Yeni il ərəfəsi bu ucuzluq daha da gözə çarpır.
4. Parklarda və ictimai yerlərdə free wifi-lardan çox rahat istifadə. Əgər macar nömrəniz yoxdusa, narahat olmağa dəyməz. Şəhərin ictimai Wifi sistemi sizi darda qoymayacaq.
5. Daha sakit şəhər: hava qaraldıqdan sonra Budapeştdə həyat Vyana və Praqaya nisbətən daha sakit olur. İnsanlar da əsasən Dunay sahilində gəzintiyə və vaxt keçirməyə üstünlük verirlər. Əgər siz gurultu,səs-küy xoşlarımırsınıza, dəyərləndirə bilərsiniz.
6. Təbiət- Budapeştin daha bir üstün tərəfi böyük parklarının çoxluğu və açıq təbiətlə şəhərin birgə harmoniyasıdı. Elə şəhərin içindəcə siz parklarda təmiz havadan həzz ala bilərsiz

Vyana – üstün tərəflərini sadalamağa başlasaq ilk insanların daha elitar və aristokrat davranışı və ümumi xarakterini qeyd etmək lazımdır.
1. Dəbdəbəli və bahalı həyat görmək istiyirsizsə, Vyanaya mütləq baş çəkin.
2. Şəhərsalma sisteminin möhtəşəmliyi: demək olar ki, bir-birinə yaxın mədəniyyətlər olduğu üçün Vyanada yerləşən bir çox tikililərdə alman dəqiqliyini və interyerini görə bilərsiz. Piyada istədyiniz yeri çox asanlıqla gedib tapmaq mümkündür.
3. İncəsənət və tarixlə maraqlanırsızsa, Vyanada Gothic üslubda kilsələr, müxtəlif binalar, muzeylər sizi gözlüyür.
4. Əyləncə: şəhərdəki müxtəlif oyun və atraksion parkları gənc yaşda olanlar üçün əsl cənnətdir. Disneyland tipli əyləncə xoşluyanlar şəhərin bir neçə yerində karusellərdən və müxtəlif əyləncə mərkəzlərindən yararlana bilərlər.

Praqa 
1. Şəhər canlılığı: Praqada 2-3 gün ardıcıl bütün gün boyu gəzsəniz belə şəhərdə darıxmıyacaqsız. İnsanların gülərüzlüyü və səmimiyyəti sizə “soyuq avropa insanı” ifadəsini unutduracaq. 1 dəfə Praqada olmaq kifayət etmir. Təkrar olaraq yenə gəlmək istiyəcəksiz
2. Gecə həyatı: Praqa gecə yatmır desək şişirtmiş olmarıq. Hava tam qaralandan sonra şəhər başdan-başa işıqlara bürünür. Publar, kafelər, restoranlar, klublar gecə yarısına və ya səhərə qədər sizin ixtiyarınızdadı.
3. Bu şəhərdə həqiqətən pivə şərqdə çayın sevildiyi qədər sevilir. Praqada mütləq yerli pivə növlərinin dadına baxa bilərsiniz, eləcə də pivə muzeyini ziyarət edə bilərsiniz.
4. Şəhərin təmizliyi: Şəhərin mərkəzi və turistik yerlərində insanların sıxlığına baxmıyaraq şəhərin təmiz olması diqqəti cəlb edir. “Yerdə kağız da görmərsiniz” ifadəsi məncə elə Praqaya uyğun gəlir.

Əlbəttə ki, müqayisəni uzadıb üstün tərəfləri daha da sadalamaq olar. Lakin, bir insanın səyahət etdiyi yeri bəyənməsi, zövqündən,səyahət etdiyi mövsümdən və s. şeylərdən asılıdır. Gəlməmişdən əvvəl isə nə qədər yaxşı səyahət planı hazırlasanız bir o qədər rahat və yaddaqalan vaxt keçirəcəksiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Erkin Afandi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s