Şəhər bələdçisi – New York

New Yorkdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

New York barəsində maraqlı postlar bundan əvvəl də paylaşılmışdı. Paylaşılan fikirlərin davamı və təstiqi, təkrarı olaraq mən də 1 ay ərzində gördüklərimdən bunları deyə bilərəm;

– Şəhər yeni gələn turistlər və immigrantlar üçün olduqca bahalı, NYC’də normal işlərdə işləyənlər üçün isə normal şəhərdir. (Minimum əmək haqqı 15 USD)
– Nyu Yorkda maşın sürmək əsəb, parking tapmaq problemdir. Digər ştat və şəhərlərdən fərqli olaraq insanlar yeraltı nəqliyyat və ya avtobuslardan istifadə edir. Şəhərdə 450+ metro xətti var və demək olar ki, bir çox yerə metro ilə rahat getmək mümkündür. Bir gedişlik 2.75 USD, bir həftəlik 34 USD, bir aylıq 125 USD)
– Ərzaqdan geyimə bütün məhsulları alarkən kassada üzərində yazılan qiymətə 9%’ə yaxın city tax gəlir.
– Nyu Yorkda bütün restoran, kafe, taksi başda olmaqla demək olar ki, bütün servis xidmətlərindən istifadə edərkən “çayvoy” verməlisiniz. Bu artıq bir mədəniyyətə çevrilib.
– Məsələn çaşıb kafedə 50 USD’lik yemək yediniz. Tips (çayvoy), vergilər verildikdən sonra bu rəqəm 60-70’ə çıxa bilər.
– Azərbaycandan fərqli, marketlərdə bir çox məhsullar, meyvələr, tərəvəzlər qablaşdırma ilə satılır. Məs; Bakıda kilo-kilo aldığınız üzümü burda 2 salxımı bir paketin içinə qoyulmuş vəziyyətdə 4-5 USD’ə nuş edə bilərsiniz.
– Nyu Yorkun havası olduqca dəyişkəndir. Bir saat hava çox isti olduqdan sonra anidən şiddətli yağış yağa bilər. Yağış isə 10 dəqiqə sonra anidən kəsə bilər.
– Nyu Yorku Bakıdan fərqli edən maraqlı cəhətlərdən biri; burada demək olar ki, toz deyilən bir şey yoxdur. (Mən görmədim) Nə maşınlar çirklənir, nə də evdə əşyaların üzərinə toz yığılır.
– Nyu Yorkda millətlərin sıx məskunlaşdığı bölgələr var. Məsələn; Chinatown’a getsəniz özünüzü Çində, Koreatown’da Cənubi Koreyada, Brooklyn’in orta hissələrində İsraildə, Brightonda isə özünüzü Rusiyanın hansısa bir bazarında hiss edəcəksiniz.
– Şəhərin küçələrində alkoqollu içki butulkası ilə içki içmək qadağandır. Narkotika satmaq qadağan, qəbul etmək isə səhv etmirəmsə leqaldır.
– Gəzmək üçün kifayət qədər yerlər var. Bunlardan bir neçəsi; Time Square, Central Park, Empire State Building, Statue Liberty, Rockfeller Center və digərləridir.
– Bir otaqlı evlərin qiyməti 1300-1500 USD, roomların qiyməti 500-600 USD’dən başlayır. Ev və ya otaq rent edərkən sizdən deposit qoyulması, kirayə üçün əlavə haqq ödənişləri alına bilər.

Bir çox xüsusiyyətlər var ki, yadıma düşdükcə yaza bilərəm. Və ya əlavə etmək istəyən varsa edə bilər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Anar Aliyev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s