Səyahət əhvalatları – Nikaraqua

Sürprizlərlə dolu Nikaraqua səfəri…

Bu qrupdan Nikaraqua vizası haqqında olan sualıma səs çıxmadığına görə İnternet üzərindən aldığım məlumatlara güvənərək vizasız yollandım Manaqua şəhərinə. Washington-dan Miami, ordan da birbaşa getdim Manaqua-ya. Miami hava alanından Manaqua təyyarəsinə minəndə baxdım ki, məndən başqa hamı İspanca danışır. Ümidim vardı ki, Nikaraqua-da dil problemi yaşamaram. Lakin, 4 gün müddətində iş yerində olan kolleqalar da daxil olmaqla İngilis dilində danışmağa cəhd edən cəmi 3-4 nəfər yerli adama rast gəldim.

Manaqua airportunda ölkəmizi tanımadıqları və viza barədə nə tələb olunduğunu bilmədikləri üçün məni təxminən 30 dəqiqə qədər saxladılar. Sonunda bir böyük məmur gəlib, İspanca 4 dəqiqə çıxış etdi (anlamadığımı bilə-bilə) sonunda bir dənə Sorrrri deyib getdi və pasportu möhürləyib mənə qaytardılar. Hələ də bilmirəm ki, Azərbaycan vətəndaşlarına tətbiq olunan vizasız rejimə görə məni ölkəyə buraxdılar yoxsa aktiv US vizasına görə…

73232591_10158856331470830_156720620736872448_n

Paytaxt Manaqua kiçik şəhərdir, tək-tük 1+ mərtəbə tikiliyə rast gəlmək olur. Şəhərin 90%-i tək mərtəbəli evlərdən ibarətdir. Küçələrdə koloşnikov-lu əsgər/polis/uniformalı şəxs sayının çox olması, hər tin başında barrikadalar qurulması heç də hər şeyin yaxşı olmadığı anlamına gəlirdi.. Əlbəttə ki, hava qaralandan sonra şəhərə tək çıxmaq fikri dərhal yox oldu (bunu orda olan digər kolleqalarım da məsləhət görmədi). Tərslikdən saat 6 olan kimi hava qaralırdı. Gün ərzində hava çox isti olur, hər 2-3 saatdan bir yağış yağır, sonra günəş çıxır və yaxşı bürkü olurdu..

Şənbə günü boş olduğum üçün yaxınlıqda olan vulkan və digər görüləsi yerlərə getmək fikrinə düşdüm. Taxı sürücüsü Lucio dayı ilə bütün günü Manaqua və ətrafını gəzdik. Birbirimizlə dayının outsourse etdiyi tərcüməçilər vasitəsi ilə danışırdıq. Dara düşən kimi zəng edirdi və mən onlarla danışırdım və mesaji ötürürdülər Lusio dayıya. Oteldə qalan bir kolleqamız və otel meneceri demişdi ki, dayı yaxşı adamdır, etibarlıdır. Özü də ara sıra “no dangerisio” filan deyirdi ki, narahat olmayım. Mən də arxayın oldum və inandım ki, bu tərəflərlə bağli deyilənlər yalan söhbətdir, təhlükəli yer deyil, filan.. Ta ki, Lucio dayı patronla dolu və hazır vəziyyətdə saxladığı Makarov-u göstərənə qədər. Sən demə arxayınlığın kökü bu imiş, dayı maşında tətikdə saxladığı silahla gəzirmiş.

Şəhərdə ən yadda qalan xatirə həmin Makarov, Masaya vulkanı, Zoopark və zəlzələdən bərbad hala düşən Katedral oldu..

73166627_10158856331110830_4859023070356045824_n.jpg

73390841_10158856331345830_2503904966507233280_n (1)

İnanmıram kim isə ora gedər, lakin istəyən olsa Lusio dayının nömrəsini verərəm.WhatsApp-ı da var ))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zaur Nurmammadov

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s