Sərfəli səyahət büdcəsi ilə 5 Avropa şəhəri

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

5 Avropa şəhəri 500 manat! Hər şey daxil! 🤫

Növbəti ekanom səyahətim haqqında, daha detallı. 🤔

Bu dəfə üz tutdum üzü Budapeştə, oradan da Almaniyaya. 

Bakı-Budapeşt Wizzair ilə 35 euro.

Budapeştə ilk dəfə gedəndə cəmi bir neçə saat gəzə bilmişdim. Bu dəfə elə gəzdim ki, artıq Bakı kimi doğma şəhərə çevrilib mənim üçün. Hostel Essentialda gecəsi 12 euro breakfast də daxildir. Ekanom və doyumlu yemək məsələsində isə Türk restoranları hər zaman köməyə gəlir. Şəhəri iliyinə kimi gəzəndən və təsadüf Sam Smitin konsertinə gedəndən sonra Wizzair-in 10 euro olan bileti ilə Berlinə yola düşdüm.

73177916_3051144661776344_6558624492187287552_n

Berlin haqqında onu deyə bilərəm ki, o qədər nəhəng şəhər necə saat mexanizmi kimi işləyir heyranedicidir. Həm nəqliyyat baxımından rahatlığı, həm sakitliyi, həm də hər cür əyləncənin və emosiyaların bir qabda toplaşmağı fikrimcə Berlini hər kəsə sevdirər. Bəyənmədiyim o oldu ki, addım başı da, adam başı da Türklə qarşılaşırsan. Berlindən çox özümü İstanbulda hiss edirdim. Şəhər ətrafı qəsəbələr isə ifadə olunmayacaq qədər gözəl və təbiətlə harmoniyadadır. İlk gün çox vaxtım olmadı gəzməyə, BlaBlaBus ilə 3 euroya getdim Hamburga. Berlində olanlar bilirki 3 euro metro qiymətidir 

Hamburq gördüyüm ən elit şəhərlərin top listindədir. Şəhər memarlıq cəhətdən çox mükəmməl, səliqəli, estetik şəhərdir. Buna baxmayaraq soyuq, küləkli və ruhsuzdur. Berlindən fərqli olaraq burada Təbiət əlamətləri görmək qeyri-mümkün kimi birşeydir. Kanallar isə şəhərə əlavə özünəməxsus gözəllik qatır. Yağışı sevməyimə baxmayaraq Almaniyada olduğum hər gün leysan ilə keçdi və biraz yordu.

73019903_3051145278442949_5780385884260007936_n

1 gecə də Hamburgda qalıb yenə BlaBalaBus ilə 4 euroya üz tutdum Bremenə.

Bremen uşaqlığımın arzusu idi. Oradakı məşhur Bremen musiqiçiləri – Eşşək, İt, Pişik və Xoruz heykəlini görməyi hər zaman arzulamışam. Görməyə dəyərdi 

Balaca və bir neçə saata gəziləcək şəhərdir. Çexiyanın Brnosu, Slovakiyanın Bratislavasına bənzətmək olar. Bir gün səhərdən axşama vaxtım olduğu üçün məhəllə-məhəllə gəzdim, hələ yarı günüm qaldı şəhər ətrafına da çıxdım.

73319308_3051145695109574_759405958018367488_n

72612005_3051145801776230_1904189925528436736_n

Axşamı FlixBus ilə yola düşdüm yenidən Hamburga oradan da Berlinə. Birbaşa Berlinə getməmək səbəbim isə Eyni avtobusla getməyimə baxmayaraq bileti birbaşa alsam 10 euro daha baha olması idi. Yəni əvvəlcə Hamburga daha sonra Berlinə almaqla 10 euro qənaət etdim. Əslində heç Hamburg-Berlin bileti almaya da bilərdim. Bremendə minəndə yatıb Berlində ayıldım, heç yoxlayan da olmadı.

Qeyd edim ki, Almaniyada olduğum bütün şəhərlərdə ən ucuz və ən səviyyəli hostellər A&O hostel şəbəkəsidir. Təxminən 10 eurodan başlayır, amma 4* otel səviyyəsində yerdir.

Bir gün yenidən Berlini tam gəzib qayıtdım ənənəvi 10 euro ilə Budapeştə. Amma bu qayıdış necə lazımdır macəra dolu oldu. Uçuşa bir saat qalmış mən hələ şəhərdə idim, Sürət qatarı ilə 20 dəq çatacağımı hesablamışdım. Nəticə elə oldu ki, birdə ayrıldım ki, səhv qatardayam və qapılar bağlanandan 5 dəq sonra çatır aeroporta. Hiss elədim tər basır. Alternativ uçuşlar da Allah kəssin, 10 euroya aldığım bilet indi 400 eurodan ucuza yoxdur. Nə isə elə oldu ki, həyəcandan bütün labirintləri uçura-uçura və bütün növbələri pozaraq qaçıb bütün kontrolu 2 dəq ərzində keçdim və son saniyələr ərzində təyyarəyə çatdım.

Budapeştə gəlib bütün stressimi atandan sonra yollandım Szentendre qəsəbəsinə. Bura isə bizim Lahıc, Şəki zonasına bənzəyən balaca, turistik qəsəbədir. Budapeştdən təxminən 15-20 km məsafədə yerləşir. Gediş qiyməti isə təxminən 1 euro edir.

72391128_3051145978442879_5268696958221942784_n

73504882_3051146095109534_6063248182651912192_n

Hər şəhərdə, hər hosteldə bir əşyamı unuda-unuda bir həftə tamamında enerji dolu qayıtdım gözəlim Bakıya 

Bu bilet azca baha idi, 50 euro. 

Növbəti səfərim isə Fevralda yenidən 10 günlük Macarıstan – Yunanıstan – Siciliya – Malta – Macarıstan olacaq və bu səfərimdən də ucuz olacaq. 🙁🤨

Bu ilki gəzintimi, 10 ölkə 14 şəhərlə tamamladım. Gələn il üçün isə daha maraqlı planlar hesaba almışam. Bütün gəzintilərimdən maraqlı fotoları və məlumatları isə Instagram hesabımdan izləyə bilərsiniz. Həmçinin sərfəli səfər planlaması və ucuz biletlərlərlə bağlı sualınız da olsa verə bilərsiniz.

Instagram.com/thmsb_mmdv

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tahmasib Mammadov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s