Meksika – Kampekhe bələdçisi

Kampekhedəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

🇲🇽Meksikanı səyahətə başladım. Bir aylıq səyahət planım da Meksikanın möhtəşəm şəhərlərini səyahət etməkdi. Səyahətə başladığım ilk şəhər isə Campeche şəhəri oldu. Demək olar ki bu şəhər haqqında çox insanın məlumatı yoxdu. Elədisə sizlərə bu şəhər haqqında məlumatları verim.

74409549_1365337050308854_1609558166910009344_n

ℹ️Campeche haqqında
Campeche Meksikanın canub şərqində yerləşən bir statdır. Elə ştatın paytaxtıda San Fransisco de Campeche adlandırılır. Şəhər çox rəngarəngdir. Hər küçəsində fərqli rənglərdə evlər görə bilərsiz. Burda daim isti olur mən səyahət edən zaman yəni oktyabrın 8-i hardasa 36 dərəcə isti var idi lap dəniz havasıdı.

✈️Campecheyə necə gəldim bunun haqqında deyim. Mən 75 manata tək gedişli bilet alıb, Vivaerobus təyyarəsi ilə Meksikanın Monterrey şəhərindən Meridaya uçdum. Meridada Renta cardan 140 manata maşın kiralayıb yollandım Campecheyə. Yol 2 saatdır və çox rahatdı. Əgər bura gəlmək istəsəz Meksika şəhərindən hər zaman uçuş olur bu şəhərə. Və ya İstanbul Cancun ordanda Campeche şəhərinə uça bilərsiz.

💸Pul vahidi Meksikan pesosudur 1 peso = 0.88 qəpik

🗡🌃🔫Campeche əmin ola bilərsizki təhlükəsiz bir şəhərdi. Gecə saat 3də belə çıxıb şəhəri gəzsəz başınıza heç bir hadisə gəlməz Campechedə. (Dediyim Meksikanın digər şəhərlərinə aid deyil ha) ‼️

🏠🛌Qalınacaq yer – Əgər səyahət zamanı qaldığınız evin luxs olmamağı sizi narahat etmirsə onda mən sizə qaldığım evi məsləhət görə bilərəm. Bir otaqlı kiçik həyət evidi. Mən səyahət edən zaman evin super olmağı barədə düşünmürəm çünki səhər çıxıb axşam gəlirəm oda yatmağa. Əsas bu evin Wifi və Kondisoneri var idi və hər ikisidə problemsiz işləyirdi. 3 günə görə 73 manat ödədim. Əgər iki nəfər getsəz sizə qiymət sərf edəcək. Bu məbləği iki nəfərə ödəyə bilərsiniz. https://www.airbnb.com/rooms/18314124?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445

📸🏦Şəhər çox rəngarəngdir aşiq olmamaq mümkün deyil. Mayalıların yaşadıqları bir şəhəri gəzib tarixi haqqında maraqlanmaq çox maraqlıdır həqiqətən də görə biləcəyiniz maraqlı yerləri var. Şəhəri gəzməyə 2 və ya 3 gün bəs edir. Bir gününüzüdə şəhər ətrafını gəzməyə ayıra bilərsiniz .

Gəziləcək yerlər
📸Catedral de Campeche Şübhəsiz ki, Campeche’nin ən əhəmiyyətli kilsə Katedraldir. Tarixi 16-cı əsrə gedib çıxır, 1540-cı ildə Kilsənin inşasına başlanıldı və İnşanı bitirib qurtarmaqları çox uzun çəkdi və 19 cu əsrin əvvəllərində inşanı bitirdilər.

73539187_1365337060308853_4626303235244687360_o

📸Puerta del mar divarlarla örtülü olan qalanın bir qapısı limana doğru olan Puerta de mar’dır. Bu qapıdan keçər keçməz dənizin qoxusunu hiss edir adam. Sahildə velosibed sürənlər, gəzənlər, qaçanları və kitab oxuyan insanları görə bilərsiz.

📸Rəngarəng küçələr – Iglesia de San Juan və Parque Principal arasındakı ən rəngli pitoresk evlərin çoxluğunu tapdım, Evlər həqiqətən möhtəşəmdir foto aparatı əlimə alıb Campeche küçələrində qeyboldum lap.

📸Puerta de tierra, şəhərə quru yolu ilə hər hansı bir tərəfdən hücuma gələnlərdən qorunmaq üçün hazırlanmış bir hərbi quruluşdur. Darvazanın üstündən girə bilən hər hansı bir düşmənə hücum etmək üçün istifadə edilə bilən bir müdafiə sistemi qurulmuşdur. Puerta de tierra cümə axşamı, cümə, şənbə və bazar günləri axşam saat 8-də təqdim olunan “El lugar del sol” (Günəşin yeri) adlı işıqlı və səsli bir şou təqdim edir. və şou 60 dəqiqə davam edir. Qalaya giriş bileti 1.40 Azn

📸Campeche logosunun önündə də mütləq bir şəkliniz olsun. Əgər getmək imkanınız olsa Mirador Benito Juarezə qalxıb orda da şəkil çəkin.

📸Calle 59# da rəngarəng evlər arasında gəzib restoranlarda oturub dincəlib canlı musuiqi dinləyə bilərsiniz.

📸San Miguel qalası Dəniz quldurların hücumundan sonra ispanyalılar tərəfindən şəhərin müdafiəsi üçün 17-18-ci əsrlər arasında inşa edilmişdir

📸Şəhərin şimal hissəsinin ən yüksək hissəsində yerləşən San Jose el Alto qalası Campeche-də yerləşir, binası köhnə saat olaraq bilinən təpədə inşa edilmişdir, Daim dəyişdirilən bir müşahidə postu idi.

73413174_1365337280308831_2208797334102343680_o

📸Edzna qurulan Chontal mənşəli bir nəslin adıdır. Uzatma ilə digər yaşayış məntəqələrinin sakinləri bu qədim Mayya şəhərinin sakinlərini “Itzaes” adlandırdılar; buradan onun adı gəlir: Ytzná / Edzná: “Itzáes Evi”. Campecheyə gəldinizsə mütləq gedib görməlisiz Mayalıların inşa etdikləri maraqlı piramidlər var. Bura getmək hardasa 1 saatınızı alacaq yol isə 55 km dir. Gedərkən özünüzlə ağcaqanad sprey götürməyi yaddan çıxarmayın ağcaqanda dəhşət çoxdu orda. Adamı lap didirlər. Giriş bileti 5 Azn
Daha ətraflı məlumat üçün http://evdenuzaqlarda.com/

🍽🍲Restoranlar
Səhər yeməyini mən adətən evdə hazırlayıb yeyirəm çünki ucuz başa gəlir. Günorta və axşam yeməklərini isə restoranlarda yeyirəm çünki buranın yeməkləri həqiqətən çox dadlıdır həmdə dadınana doymaq olmur.
La pagoda restoranında 15 Azn
La Panistera kafe 5.20 Azn
Marganzo restoranında 13 Azn
Abuelito Jose restoranında 7 Azn
Cenaduría Portales de San Francisco restoranında 11 Azn
La cocinita restoranında 9 Azn

72568365_1365337290308830_1920163153715396608_n
🥰🥰Campeche səyahətimi də belə bitirdim. Səyahətə davam edirəm yaxın zamanda yeni şəhələr haqqında məlumatları sizinlə bölüşəcəm. Oxuduğunuza görə təşəkkür edirəm..

https://www.youtube.com/watch?v=wUx6KUIcFEE&t=15s

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s