Avstriya – Zalsburq bələdçisi

Zalsburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

🇦🇿 #salzburg #visitsalzburg
📍 Salzburg şəhəri Avstriyanın qərb hissəsində, Münxendən 140 km, Almaniyanın sərhədindən isə cəmi 5 km məsafəsində, Alp dağlarında yerləşir.
🌟 Mozartın doğma şəhəri, “Sounds of Music” musiqi filminin çəkiliş yeri kimi və öz #salzburgfest adlı opera festivalı ilə tanınır.

74673221_10215037914083756_452786387331055616_n

🚐 Bizdən #kidsfriendly görməli yerlər:
🚩Aldstadt (Old City) – tipik avropalı orta əsrlərdən qalmış gəzməli məhəllədir, cathedral (kilsə) və mərkəzi meydanı ilə. Maraqlı fakt – hətta məşhur brendlərinin (Mcdonald’s və s.) adları handmade flüqerlər və şüşə vitrajlarlardan hazırlanıb.
🍻 Şəhərdə ən böyük #beergarden @augustinerbraeu_salzburg 17-ci əsrin monastırında yerləşir, bağda 2000 nəfərə kimi otura bilər, zirzəmidə divarlarda minlərlə pivə fincanları, ikinci mərtəbədə qalereyalarında isə hər zövqə uyğun orta qiymətə yeməkləri sifariş edə bilərsiniz.
🧸 Mərkəzdə Oyuncaq Muzeyi #spielzeugmuseumsalzburg çox xoşumuza gəldi – kiçik və rahat, maraqlı köhnə oyuncaqların kolleksiyası ilə. Məntiqli oyunlar, miniatürlər, dəmir yolları, kuklalar, hətta özünüz bəziləri əlinizə götürmək, yandırıb söndürmək və paltarları dəyişmək üçün vaxt ayıra bilərsiniz (👛5💶)
🏨 Biz @stadtalm adlı hostel-restoranın iki nəfərlik ayrı otaqda qalmışıq, Old City-nin üstündə dağ meşəsində, qədimi qalanın içərisində yerləşir, oraya ya da antikvar liftlə, ya da piyada (100 pilləkənə yaxın) hiking edə bilərsiniz.#moenchsberg liftin ikitərəfli 👛4💶. Hosteldə gecələmə 👛50💶, mənzərələr inanılmazdır, bütün şəhər pəncərədən görsənir, amma məncə Old City-də qalmaq daha rahatdır, oraya isə gəlib meşədə gəzmək və restoranda yemək olar.

75246740_10215037927164083_1656869331914457088_n

🎶 Salzburg – Mozart-ın doğum yeridir, nəticədə onun şəkillərini və musiqisini hər yerdə görəcəksiniz və eşidəcəksiniz. Mərkəzdə Sizi onun evi gözləyir – mozartgeburtshaus (👛15💶), səhərimiz onun sevimli #cafetomaselli – də isti şokoladla açılacaq, axşam isə məcburi  Mozart-konsertine gedəcəksiniz. Ya şam yeməyi ilə bir yerdə klassik salonunda 60💶-ya, ya da qədimi qalasında 35💶-ya seçməlisiniz.

74580774_10215037929124132_4636645211550777344_n.jpg

🎭 Əvvəlcədən sizin tarixlərinizə internetdə Marionetka Teatrının və ya “Sound of Music” müziklinin biletlərini alın, ikisinin çox yüksək reytinqləri var.
🛳️ Yaxşı hava olsa gəmidə tur götürə bilərsiniz, qiyməti 15💶

72843347_10215037926404064_9157373198562492416_n

🏰 Qədim qəsrləri xoşlayanlar üçün – mütləq #hohensalzburg -a funikulyorla qalxın, çox yaxşı vəziyyətdə qalıb. Onlayn bilet alın, ikitərəfli funikulyorla bir yerdə 13💶
⛰️ Bundan əlavə biz Hallein-Bad Dürrnberg duz şahtalarda olmuşuq, gülməli geyim verirlər, gid maraqlı danışır, bir də Almaniyanın sərhədini yeraltı keçirsiniz.
🏡 Möhtəşəm şəkillər üçün tikilmiş #Hallstatt kəndi Salzburgdan cəmi 70 km-də yerləşir, mütləq gedin.

74604730_10215037925364038_6142338381910114304_n.jpg

🎁 Salzburgda birinci dəfə bişirilmiş #mozartkugl məşhur marzipanlı konfet alıb, yaxınlarınıza gətirə bilərsiniz.
Bəs Siz Salzburgda olmusunuz?— Salzburg, Austria şəhərində.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Gasimova

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s