Berlin bələdçisi – fərqli bir baxışla

Berlindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Şəhərlər də insanlar kimidir. Təqdimata ehtiyac var. Necə təqdim etdinsə elə də tanınıb, sevilir…
Hansısa şəhərə getməmişdən öncə burada girib postları çox eşələmişəm. Şərhləri diqqətlə oxuyub analiz etmişəm.
Əslində burada post paylaşan hər kəs öz məsuliyyətini bu tərəfdən anlamalıdır. Çünki sən yazdığınla azdan-çoxdan ictimai fikir formalaşdırırsan.
Ümumiyyətlə, burada yazılan şərhləri oxuyanda insanların getdiyi şəhərlərə çox vaxt niyə getdiyini anlaya bilmirəm. Buna görə kimisə qınamaq da olmaz. Çünki adamlar var Münhenə sadəcə pivə içməyə gedə bilər. Burada qəbahət yoxdur. Amma sonra şəhər barədə fikirlərini məncə elə özündə saxlasa yaxşıdı. Şəhəri gəzməmisənsə deməli sən onu kəşf etməmisən ..

71228742_2074073736027372_7846859358066442240_n.jpg
Berlinə getməmişdən öncə burada postları oxuyurdum. Şərhlərdə şəhər barədə məndə çox pis təəssuratlar yaratmışdılar.

Nə var axı Berlində? kimi fikirlər də yazan var idi.

Keçək əsas məsələyə. Berlin şəhərində 3 gün oldum və onun 1 gününü Berlinə 35 km məsafədə olan Potsdam şəhərinə həsr etdim.
Nə var Berlində? Berlinə niyə gedək?

Berlinə təkcə Almaniyanın paytaxtı deməklə kifayətlənmək olmaz. Berlin II Dünya müharibəsinə şahidlik etmiş və müharibədən “sağ çıxmış” bir şəhərdir, hansi ki, hal-hazırda Avropada ən mühüm nəqliyyat qovşaqlarından biri sayılır. Şəhərin arxitektur tikililərinin bir çoxu barokko üslubunda olduğu üçün bu sahəyə marağı olan insanları məcbur edir ki, hər binanın qabağında ayaq saxlayıb o möhtəşəmliyi bir müddətlik də olsa gözdən keçirsin.

71277752_2074100332691379_2781653062656196608_n
Bu vaxta qədər olduğum şəhərlərin içində nəqliyyat infrastrukturuna görə ən bəyəndiyim şəhər məhz Berlin oldu. Gedəcəyin yerə 3-4 fərqli nəqliyyat, hətta elektrosomakatla getmək olurdu. Bundan gözəl nə ola bilər axı? Konkret vaxt itkisi yaşamırsan.
Elə təkcə Tiargarteni gəzməyə adamın 4-5 saatı rahat gedir. Yaşıllıqdan, ətrafdakı quşların səsindən insanın endorfini kəllə-çarxa qalxır.

71238267_2074074392693973_3675811283124355072_n

71584588_2074074466027299_8476295727352381440_n
Berlinə həm də muzeylər şəhəri demək olar. Bir-birindən fərqli və maraqlı muzeylər elə “Muzeylər adası” adlanan zonada yerləşir.

Perqamon
Bode muzeyi
Qədim muzey
Qədim milli qalereya
Yeni milli qalereya
Berlin rəsm qalereyası
Dalem muzey mərkəzi
Yəhudi muzeyi
Alman tarix muzeyi
Rus-Alman muzeyi
Alman texniki muzeyi
Təbiətşünaslıq muzeyi
Kino muzeyi
Qənd muzeyi
Etnoqrafiya muzeyi
Çekpoyn-Çarli kimi bir-birindən maraqlı muzeylər məhz Berlində yerləşir.

71492259_2074074739360605_4715357711384969216_n.jpg

Berlinin tarixi tərəfindən danışsam gərək ömrümü bu postu yazmağa həsr edim. Ona görə ən gözəl və tarixi yerlərinin sadəcə adını yazmaqla şəkillərdə oraları sizə göstərəcəm.

İmperator Vilhelmin memorial kilsəsi
Potsdam meydanı
Reyxstaq
Brandeburq qapıları
Unter den Linden
Aleksandr meydanı
Berlin divarı
Kansler idarəsi
Qırmısı sovetlər evi
Holokost qurbanalarının xatirə abidəsi
Qələbə sütunu
Şarllotenbuqr qəsri
Berlin Dövlət konsert zalı
Qərbi Kaufhaus univermağı
Olimpiya stadionu
Şapandau qəsri

Bu postu uzada bilərəm ama bilirəm ki, uzun postları heç kim oxumur. Ona görə sözümün canının nə olduğunu demək istəyirəm. Gedəcəyin şəhəri araşdır, ora niyə gedəcəyini, o şəhərin nə kimi önəmlilik daşıdığını öyrən. Şəhər barədə fikirləri intellektual gənclərdən al, hansısa şəhərdə 15-20 dəq. olub özünə maqnit alıb, qayıdan adamdan yox. Şəkil çəkdirdiyin yerin tarixini bilməsən mahiyyət baxımından Heydər Əliyev Sarayı və ya Bode muzeyinin qabağında şəkil çəkdirsən fərq etməz. Hər ikisi gözəl və qeyri-adi tikilidi.

P.S. Heç görün mən Berlin divarı və ya Parlament binasından danışdım? Heç onları şəkillərdə də görməyəcəksiz😉

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Zade

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s