Almaniya və Skandinaviya ölkələri – səyahət xərcləri

Salam Gəzəyənlər! Dünən Ferid `in İtaliyadan Almaniyaya aldığı 8 avroya bileti görüb qaza gəldim ki keçən ayın əvvəli Almaniya (Berlin) və Skandinaviya ölkələrinə olan səyahət xərclərim haqqında yazım; Qeyd edim ki, həmişə olduğu kimi səyahət planımı səfərimdən 3 ay öncə planlayıram. İlk səfər edəcəyim ölkə Almaniya olduğu üçün şengen vizamı Almaniya səfirliyindən almışdım.

Bakı – Tbilisi (Qatar -33 manat)
Tbilisi-Kutaisi (Georgianbus – 20 lari)
Kutaisi -Berlin (Wizzair – 9 euro)
Berlin – Kopenhagen (Flixbus – 8 euro)
Kopenhagen – Malmö (Qatar – 13 euro)
Malmö – Oslo (Flixbus -3 euro)
Oslo – Stokholm (Flixbus – 3 euro)
Stokholm – Budapeşt (Wizzair – 20 euro)
Budapeşt – Bakı (Wizzair – 40 euro)

Check in Hostel Berlin (13 euro / 1 gecə üçün)
Copenhagen Backpackers Hostel (21 euro / 1 gecə üçün)
İnterhostel Stokholm (19 euro / 1 gecə üçün)

Paytaxt Berlinin gəzib görüləsi yerləri, muzeyləri çoxdur. Amma mənim ən çox diqqətimi çəkən Berlin Divarı, CheckPoint Charlie və Yəhudi Qətliamına aid məzarlıq idi. Xüsusən CheckPoint Charlie`də rəmzi olaraq sovet geyimli, əllərində Amerika bayrağı tutan 2 hərbiçinin ikinci dünya müharibəsindən sonra Sovet qoşunları ilə Amerika əsgərləri arasında olan münaqişəni xatırlatması çox maraqlı idi.

60259624_2499252040098471_5390950268839919616_n

60307536_2499252120098463_4152561595102265344_n.jpg

Kopenhagen – Çox həyacanlı idim səhərimi bu şəhərdə açacağıma; Xüsusən 1 saatlıq gəmi səfəri daha da rəng qatmışdı həyəcanıma.. Demək olar bir çox muzeylərə giriş pulsuzdu. Ən çox xoşuma gələn Christiansborg Sarayı oldu. Ən üst hissədən şəhərin panoramik mənzərəsi əla idi. Və Kopenhagenin yaraşığı, işığı, bəzəyi NYHAVN. Fərqli atmosferi olan bir yerdir..

60699477_2499254656764876_4286824179740704768_n.jpg

60101225_2499254803431528_6895094485013757952_n

Malmö- Kopenhagendən təxminən 1 saatlıq məsafədə yerləşir.Oresund körpüsü (çox möhtəşəmdi) ayırır bu iki şəhəri. Malmö İsveçin cənubunda yerləşən liman şəhəridir. 10 saat oldum bu şəhərdə; gəzib görməli yerlərin hamısında oldum demək olar. Yaşamağa bu şəhəri seçərdim.😎

Oslo- Soyuq Cənnət. Nədənsə özünü səndə oradakılar kimi xoşbəxt hiss edirsən. Şəhərdə olduğum müddətdə Oslo`nun bir çox küçələrini, parklarını gəzdim. Binaların həyətində olan meydançalarda uşaqlarla futbol oynadım. Uşağından tutmuş böyüklərə kimi hər kəs mehribandı. Görəsən səbəb nədi?
Oslo`ya getsəz əgər mütləq Silahlı Qüvvələr Muzeyinə (Armed Forces Museum) baş çəkin. Çox möhtəşəmdi!

Stokholm- İsveçin paytaxtı və böyük şəhəri. Demək olar 2 gün ərzində Stokholmun əsas yerlərində oldum. Ən çox bəyəndiyim National Museum (Milli Muzey) oldu. İncəsənəti sevən hər kəsə bu Stokholmda olarkən bu muzeyi ziyarət etməyi tövsiyyə edirəm. Əlavə olaraq qeyd edim ki,Stokholm metrosu da elə bil yeraltı muzeydi. Çox möhtəşəmdi!

60272717_2499258433431165_8993254642687148032_n.jpg

#gezeyenler #yamoniyauşaqlarından #adamaqalangəzməkdir
#sərfəlisəyahət

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rəvan İlhamoğlu

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s