Bir gəzəyənin Türkiyə günlüyü – Egey sahilləri

Egey bölgəsindəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yenə mən, amma qorxmayın, bu dəfə Qara dəniz deyil :))
Bu dəfə sizi Egey dənizinə aparıram. Zamanınız azdırsa sadəcə Bozcaadada vaxt keçirər, çoxdursa, Bozcaada-Babakale-Behramkale-Adatepe marşrutu ilə Ayvalığa qovuşa bilərsiniz.

72060782_10220121747025107_7270287769836978176_n

Bozcaada Egey dənizinin Gökçəadadan sonra ikinci böyük adasıdı və xüsusilə son illərdə çox populyardı. Vaxt azdırsa iki günə gəzə biləcəyiniz, çoxdursa, bir həftə qafa dinləyəcəyiniz yerlərdəndi. Alaçatı, Çeşmə kimi gərəksiz qiymətlərin olmadığı, Cunda kimi ayaqaltı olmayan, daha təvazökar, daha sadə, daha şirin bir yerdi.

– Gəzmək üçün ən gözəl mövsümü sentyabr ayıdı – məktəblər açılandan sonra daha da sakitləşir, gözəlləşir. Üstəlik, sentyabrın ortasında getsəniz, üzüm toplama mərasimlərinə də rast gələ bilərsiniz.

71737479_10220121747505119_2771453370026688512_n

Amma dəniz sevənləri bir az üzəcəm – Bozcaada Türkiyənin ən soyuq sulu sahillərinə sahibdi, sentyabrın ortalarından sonra dənizə hər kəs girə bilmir. Dəniz də olsun deyirsinizsə, avqustda gedin, amma çox qələbəlik olacağını nəzərə alın.
Sentyabrda getməyin bir üstünlüyü də qiymətlərin ucuz olmasıdı. Məsələn, sezonda gecəsi 1500-1600 liraya olan 7-8 nəfərlik bağ evləri sentyabrda 600 liraya düşür. Pansiyonlarda da eyni vəziyyətdi.

Bağ evlərini mərkəzdən 10-15 dəqiqə uzaqlıqda da tapmaq mümkündü. Mərkəz olsun deyirsinizsə, qalaya yaxın yerlərdə pansiyonlar çoxdu. Qiymətləri digər tətil yerlərinə görə daha uyğundu.

– Bozcaadaya getmək üçün əvvəlcə Çanaqqala Geyikliyə getməlisiz. Geyiklidən bəzi saatlar istisna olmaqla hər saatda bir Bozcaadaya gəmi gedir. Adambaşı 11 lira. Maşınla gedirsizsə, maşın bileti 115 lira +içindəki hər sərnişinə 3 lira. Maşına dönüş bileti almaq lazım deyil. Bozcaadaya enər enməz qalanın dibində açıq park yeri var, mərkəzdə qalacaqsızsa, maşınınızı oraya qoya bilərsiniz.

71592973_10220121753265263_8602940886843654144_n

– Bozcaadada ən məşhur plyajlar Ayazma və Habbele-di. İkisinə də maşınla 10-15 dəqiqəyə getmək olur.

– Madam Niça-da səhər yeməyi, Ada meyhanədə sarımsaqlı kartof, Vahitin Yerində midyə tava və kalamar tava, Koreli restoranda kağızda sardalya, Yakamozda balıq üstünə tahin-bəkməzli profiterol yeyin. Məzələr, şərablar, gəlincik (lalə) və pomidor mürəbbəsi, damla saqqızlı türk qəhvəsi adanın olmazsa olmazlarıdı. Əgər bağ evlərində qalacaqsızsa, yeməyinizi özünüz də bişirə bilərsiz. Sahildə bazar qurulur və marketlər var.

Başqa sualınız olsa, yazın 🙂

71905445_10220121757545370_5080795836988784640_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s