Amerika səyahəti

We will make America great again 😎

Demək iyulda Çində səfərdə olarkən bir e-mail gəldi ki, bəs təbrik edirik müraciət etdiyiniz SABIT programına qəbul olmusunuz və 17-31 Avqust sizi Amerikada gözləyirik. Dedim heç yeridi sən canı?! Onsuzda 2 həftədi Çindəyəm işlər tökülüb qalıb. Təzədən qayıdan kimi yenə sənəd, viza, çanta hazırla dur get Amerikaya. Özü də 2 həftəlik. Təbii ki, çox ciddi şəkildə etiraz etdim, yuxarılara yazdım xeyri olmadı, da əlacsız gedəsi oldum. 🧐
Bu günə kimi ən sürətli vizanı Amerika səfirliyindən aldım. Sənədlərimi verib səfirlikdən çıxandan, vizanın hazır olub Aramexə göndərilməsi haqqında e-mail almağım arasında heç 20 saat keçməmişdi. SABIT dövlət proqramı olduğu üçün səfirlik tərəfindən çox yaxşı münasibət göstərirlər. Səfirlikdə mənə növbə çatanda cəmi 5 dəq çəkmədi söhbətimiz, o 5 dəq çoxunu da səfirlik işçisi SABITi tərifləyib məni təbrik etməklə keçdi. Hələ belə viza alma prosesi görməmişdim.

70213874_10220363626507002_3698665607265255424_n

Sağ olsun təşkilatçılar mümkün ola biləcək ən uzun və ən baha bilet alıb göndərdilər. Gediş İstanbul-Frankfurt-Washington DC, qayıdış Chicago-London-İstanbul. Qiymət $3260. Dövlət proqramı olduğu üçün Amerkanlar xeyirləri özlərinə verdi və American Airlines ilə biletləri aldı.
Birinci Washington DC-də nazirlik və şirkətlərlə görüşlərə başladıq. Washington çox yaşıl və rahat şəhərdi, Whitestote DC-ni (Ağdaş) xatırlatdı mənə. Özümü evdə hiss edirdim. 😄Bir az havası fərqlidir, nəmişliyi çoxdur. Bir də yolları bərbaddır. Xırdalan yoluna oxşayır.

69373748_10220363627387024_995281163868176384_n.jpg
4 gün Washingtonda qalandan sonra Omahaya getdik. İstifadə etdiyimiz Southwest low cost hava yoludur, uçan avtobusdur elə bil. Heç kimin yeri yoxdur, kim tez minsə birinci o oturur 🤦‍♂️ avtobusdan fərqi odur ki, ayaq ustə getmirsən və havada gedir. Ryanair və Wizzair bunun yanında şükürlüdü.
Omaha köhnə kinolardakı Amerikanı xatırlatdı mənə. Balaca və çox sakit şəhərdi. Amerikanın ən yaxşı steaki burallarda olur güya. Omahada kimi danışdırsan steaklərindən danışırdı. Nəysə tırkaya gedib yoxladıq, o qədər də tərifli bir şey deyildi, amma yoxlamağa dəyərdi. Burda da k/t şirkətləri ilə görüşüb yenə “uçan avtobusla” getdik Springfieldə.

70298355_10220363630547103_7549421920651837440_n.jpg
Springfield Abraham Lincolnun vətəni və Illionis ştatının paytaxtıdır. Gedib Lincoln müəllimin yaşadığı evi gəzdik.

70504676_10220363632787159_7940583674838253568_n.jpg

69529676_10220363632507152_7885818087285456896_n.jpg

Springfildi də fəth etdikdən sonra normal yerlə gedən avtobusla 3 saata Chicagoya getdik. Chicago çox möhtəşəm şəhərdi, tam xəyal etdiyim Amerikanı görə bildim orda. Filimlərdəki Amerika idi Chicagoda gördüklərim. Binalar, yollar, insanlar. Bəlkə NY və Californiada da eyni hissi keçirdərdim. Amma, gördüyüm Washington DC, Omaha, St. Louis, Springfield, Decatur şəhərlərindən çox Chicagonu sevdim. Düzdür, çox vaxtım olmadı orda, amma ən əsas yerlərinə getməyə çalışdım.

69890478_10220363638667306_6481355316112916480_n.jpg

Beləliklə beynəlxalq traininglər sayəsində fəth etdiyim növbəti ölkə Amerika oldu. Bundan əvvəl Tayvan, Almaniya və İsraildə təlimlərdə iştirak etmişəm. Təhsil və biznes xarakterli səyahətlər daha maraqlı olur. Siz də yoxlayın 😉
Qalanını şəkillər anlatsın 😊
SABIT proqramı barədə məlumat burdan ala bilərsiz: https://www.trade.gov/sabit/

Əlavə sualınız olsa buyurun 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ramil Azmammadov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s