Malta bələdçisi

Bu həftə 3 aydır yaşadığım Maltada son həftəmdir. Bu bapbalaca ada ölkə məndə hansı izlər buraxıb, nələr yaşadıb biraz bunlar haqqında danışım dedim. Əvvəlcə ondan başlayım ki, Bakıdan tam 7 dəfə balaca bir ÖLKƏdən söhbət gedir🙊. Mənim üçün həmişə məsafə ölçü vahidi evimizdən harasa qədər olan məsafə kimi hesablanıb (Qrinviç misalı) deyə, sizə də elə izah edəcəm 😅. Hətta buna görə bir yaxınıma Vatikanı gəzdirəndə, “Vasmoy” boyda olduğunu deyəndə ona balaca bir cultural shock yaşatmışdım 😁 Adanın uzunluğu 27 km -yəni bizim evdən Airporta qədər, Eni isə 14.5 km – yəni bizim evdən Neftçilər metrostansiyasına qədərdir. 🙄🤷🏽‍♀️

Yəni söhbət bu qədər balaca bir ölkədən gedir təsəvvür edin. Bununla belə Paytaxtı, hələ utanmadan 5-10 şəhəri də var 🤣Ölkənin 2 rəsmi dili var, Maltese və İngilis dili. İngilis dili öncəlik olduğu üçün, bura köçən miqrantlar tez bir zamanda iş tapa bilirlər. Demək olar bütün şirkətlərdə rəsmi danışıqlar, görüşlər, yazışmalar yalnız ingiliscə həyata keçirilir.

İlk baxışdan (airportdan şəhərə gələndə olan ilk təəssürat) sizə kasıb ərəb ölkəsini xatırlatsa da bir müddət sonra özünüzü restoranlarına görə Romada, dənizinə görə Maldivdə, böyük industrial şirkətlərinə görə Almaniyada, balıqçı kəndlərinə görə isə Manarolada hiss edə bilərsiniz.

Bəzi şəhərlərini ayırmağa çalışdım. Başlayaq Paytaxt Vallettadan. (Paytaxt deyəndə ki, elə böyük bir şey fikirləşməyin, dünyanın ən balaca paytaxt şəhəridir (0.8 kv km), Bakıda hansısa mikrorayonla müqayisə etməyimə ehtiyac yoxdu yəgin 😅 ). Şəhər daima (ən azı bütün yay boyunca) insanlarla dolub daşır. Bütün restoranlar, mağazalar, turistik yerlər, hətta skamyalar belə insanlarla dolu olur. Maraqlı etnik butiklərdən tut, luxury brendlərə qədər bir çox məkana bu balaca paytaxtçikdə rast gələ bilərsiniz. Yadımdan çıxmamış deyim ki, bu balaca ölkənin xeyli hadisəli, qanlı savaşları, tarixi var. (Sultan Süleymanın ordusuna qalib gəliblər məsələn). Buna görə də bir çox yerdə heykəllər, silah və toplar, qalalara rast gələ bilərsiniz. Düzdü indi o qalalar daha çox paraşütlə tullanmaq üçün nəzərdə tutulur, amma nəysə🤷🏽‍♀️). Şəhərin əsas ictimai nəqliyyat vasitəsi Avtobus və Taxilərdi (bir çox Avropa ölkələrindən ucuzdu taxiləri). Bundan əlavə şəhərdə çox tez tez Velosiped, Samokat kirayələri üçün avtomatlara rast gəlinir. Avtobus deyib keçməyin, yayda 1 gediş 2 Euro (Bakıda bu pulla mən bizim evdən Port Bakuya gedirəm taxi ilə 🤦🏻‍♀️), digər fəsillərdə isə 1.5euro dur.
Ölkəylə bağlı başqa maraqlı faktor isə demək olar şəhərin istənilən tərəfindən dənizə girə bilərsiniz, oranın plyaj və ya avtobus dayanacağı olmasından asılı olmayaraq, hər yerdən insanlar dənizə girir, günəşlənirlər.

Başqa bir xüsusiyyəti bir çox başqa Avropa ölkələrindən daha qaynar gecə həyatı var. Məncə bunun ən böyük səbəbi çoxlu dil kurslarına və exchange proqramları ilə gələn tələbələrdi. Klublar, beach party və gecə həyatı üçün Pacheville ə üz tuturlar.
Maltanı bu qədər böyük və geniş (😁) edən ünsürlərindən biri də adalarıdır. Gozo adlı böyük (nə qədər böyük ola bilər axı 🤭) və Comino tipli bir neçə balaca adaları var. Dünyanın ən təmiz və ən mavi dənizləri sırasında olan Blue Lagoonu nə qədər yazıb pozsam, 1cə faizini belə izah edə bilmərəm, inanın. 😍

Bu ada (bundan sonra balaca adlandırmayım məncə, ayıb oldu bu qədəri 🤭😅) həmçinin bir çox Hollivud və başqa filmlərə də ev sahibliyi edib. Çox məşhur Game of Thronesin də bir çox səhnələri burda çəkilib. Uşaqlıqdan tanıdığınız (və ya tanımadığınız) Popeye (Temel Reis) kinosu da burada çəkilib, hətta bu adda kəndləri də var. Hansı ki, həmin filmdə istifadə olunan əşyalar, dekorlar həmçinin başqa maraqlı personajları bu kənddə görə bilərsiniz (girişi 20 euro ətrafındadır)

Birkirkara şəhəri isə əslində heç məşhur yer deyil, sadəcə yaşadığım yerdi deyə yerləşdirmişəm. Bir də onu da deməmiş keçməyim, ildə 20 dən artıq dövlət bayramları var. Bundan əlavə olaraq hər qəsəbənin öz bayramları, tədbirləri çox tez tez və olduqca rəngli olur.

Digər çox rəngli və çox gözəl şəhərlərindən biri də Marsaxlokk-dur. Bu şəhər bapbalaca bir balıqçı kəndidir. Yəni bu gördüyünüz rəngli lotkalar heç də turistlər üçün dekor deyil, doğrudan onların istifadə etdiyi qayıqlardı.
Hər bazar günü açıq yarmarkalar təşkil olunur və müxtəlif bu şəhərə aid əşyalar, xüsusilə də dənizdən tutulmuş balıqlar, vosminoqlar və başqa dəniz məhsulları burda satılır. Həmçinin sahilboyunca birbirinin ardınca düzülmüş restoranlarda günün xüsusi fresh balığını və başqa menyu seçimləri ilə çox uyğun qiymətə nahar etmək olar (adam başı 20-25 euro).

Başqa şəhərləri haqqında sizi yoran məlumatlardansa yığıb, yazdığım ümumi bəzi faktlar bunlardır:

 Yaşıllıq yox deyiləcək qədər azdır, olanların da 70%i kaktuslardı.
 Nəqliyyat sol tərəfdən irəliləyir, təzə vaxtlarda maşına baxanda, bunun sürücüsü hanı, ya da adam niyə rulu tutmur deyə mini infarktlar keçirirdim
 Bu qədər balaca və son vaxtlar populyarlaşmasına baxmayaraq ilk insanlıq məskənlərindən sayılır, o dərəcə ki, Misir piramidalarından daha qədim abidələri var
 Bu qədər bapbalaca olması ilə bərabər 360 dan çox kilsələri var
 Ənənəvi musiqisi Ghana adlanır, gitara ilə qarşılıqlı bədahətən deyişmə şəklində həyata keçirirlər. (Battle rap, meyxana tərzli)
 Çox maraqlı, və qulağa fərqli gələn dilləri var. İtalyan və Ərəb dillərinin qarışığını təsəvvür edin, etdiz?) İtaliyaya çox yaxın, həmçinin bir müddət ərəblərin əsarətlərində olduğu üçün dil bunların qarışığı olan afro-asiya dil qrupuna aiddir.
 Bu sırf öz müşahidəmdir, hansısa bir fakta əsaslanmır, amma məncə Avropanın nisbət olaraq ən çox gözəllik salonları yerləşən ölkəsidir. Bəlkə də addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür burda.
 Adada çoxlu pişiklər yaşayır, o dərəcə ki, çoxu zaman söz gəlişi “pişiklər adası” belə adlandırılır. Mənim kimi aylurofobiyası olanlar üçün bir az qəliz məsələdir)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nigar Sani

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s