İndoneziya – Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bali adası İndoneziyada yerləşən adalardan biridi. Vizasız rejimdi, istədiyiniz vaxt səfərinizi planlaya bilərsiniz. Yeganə xərc götürən məsələ təyyarə biletidi. Sezon vaxtı baha olur. Mən əvvəlcədən Türk hava yollarından almağıma baxmayaraq, İyul ayında Qatar biletlərdə birdən endirim etdi. Ona görə də yerli tur şirkətləri maraqlı və uyğun paketlər təqdim edirdi. Amma noyabr ayına idi. Noyabr ayı yağışların çox olduğu ay hesab olunur. Ümumiyyətlə isə Balidə sezon may ayından oktyabrın sonuna kimi hesab olunur. Öz səfərim vaxtı getdiyim yerləri, marşrutları qeyd etməyə çalışmışam. İnternetdə yetəri qədər məlumat var idi, özümə uyğun turları, marşrutu əvvəlcədən seçdiyimə görə bir az rahat oldu. https://gidnabali.ru/ – Bu saytda bütün turların marşrutu var. Onlardan istifadə edib turlara gedə bilərsiniz. Ancaq orada göstərilən qiymət çox bahadı. Daha ucuzunu dəniz kənarında, şəhərin müxtəlif hissələrində tapmaq olar.

Balidə Safari Park turuna getməklə həm gözəl təbiəti görə bilərsiniz, həm də Agung teatrında yerli ənənələri əks etdirən tamaşa izləyə bilərsiniz. Teatrın girişində Hinduizmin əsas tanrılarından olan Ganesha-nın böyük heykəli qoyulub. Hündürlüyü 9 metrdir. Ganesha ağıl, müdriklik tanrısıdı, Balines mədəniyyətinin bir parçasıdı. Bundan başqa Bali Safari parkda digər şoular var. Onları da izləmək olar. Həmçinin əyləncə üçün digər yerlər var.
Balidə əsas gəziləsi yerlər qədim məbədlər sayılır. Məbədləri gəzərkən yol üstündə maraqlı marşrut da var. Tanah Lot, Ulun Danu məbədi, Bratan gölü, meyvə bazarı, çiyələk sahələri. Həm məbədləri görmək, həm də yerli meyvələri almaq imkanınız var. Çiyələk sahəsində səhər vaxtı olsanız, özünüz üçün toplaya bilərsiniz. Tanah Lot məbədinin özünü görmək üçün mütləq

Ubud əsas marşrut sayılır. Bu istiqamətdə getsəniz Tirta Empul məbədini, kofe sahələrini, düyü terraslarını görmək imkanınız olacaq.

71376770_10216409132206934_5970630885110710272_n

71647000_10216409134326987_158391337245212672_n

Həmçinin vuıkanik mənşəli olan Batur gölünü də görə bilərsiniz. Xüsusi qeyd, dumanlı vaxtı ora getməyin, heç nə görə bilməyəcəksiniz. Bundan əlavə Hiking sevənlər üçün Agung vulkanına turlar olur. Mən olan vaxtı bağlı idi, vulkanın aktivləşməsinə görə. Bundan əlavə taxta, gümüş, parçadan əl işləri hazırlayan ustaları görə bilərsiniz. Xüsusilə parça toxuma yerində həmin toxunan parçaları, onlardan hazırlanan paltarların satışı həyata keçirilir.

Bütün İndoneziyanı gəzmək imkanı olmayan şəxslər üçün Taman Nusa parkı çox gözəl yerdi. Bütün ölkəni bir parka toplaya biliblər, bütün adalarda yerləşən kəndləri adbaad və müvafiq evlərin maketini qurublar. İndoneziyanın qədim dövründən müasir dövrünə kimi. Ümumilikdə 15 ha ərazini əhatə edir. Giriş bileti adama 350.000 rupidi (42manat).

71695809_10216409132686946_1857869248701923328_n.jpg

Bali adasının şərq tərəfi çox maraqlıdı. Həm tarixi baxımdan, həm də təbiəti baxımdan. Burada Qoa Lavah məbədi yerləşir, bundan əlavə yol üstündə 2 su sarayında ola bilərsiniz – Taman Ucung və Titra Ganga su sarayında. Vaxtınızı planlaya bilsəniz White sand beach çimərliyində ola bilərsiniz. Əksər çimərliklər Hind okeanı sahilində yerləşir. Şərqdə olan bu çimərlik isə Sakit okeanın sahilində. Bununla siz hər iki okeanı görmək şansınız olur.

Çimərliklər – Padang-padang, Suluban və Cimbaran çimərlikləri var. Cimbaran əsasən axşam yeməyi üçündü, dəniz sahilində yaxşı restoranlar var. Digər iki çimərlikdə üzmək imkanınız var, xüsusilə Padang-padangda. Hər ikisində ağ qumlu sahili var. Surfing imkanı daha çox Sulubandadı. Hind okeanın sahilində yerləşir. Çimərliklərə giriş pulludur, amma baha deyil – 10-15min rupi (1.2 – 1.8 manat).

71187168_10216409135527017_4844454360899387392_n

71373329_10216409137447065_5452285524268023808_n

Yarım günlük tur götürüb yuxarıda qeyd olunan çimərlikdə üzüb, axşam möhtəşəm gün batışını izləmək üçün Uluvatu məbədinə gedə bilərsiniz. Burada hər gün axşam Keçak/Alov rəqsi təşkil olunur. Xüsusi dini mərasim sayılır. Günün qürubu fonunda rəqs edilir, dini hekayə anlatılır. Giriş bileti 100 min rupidi (12manat)

71903426_10216409137967078_4207946332255551488_n

Əlavə ekstrim həvəskarları Rafting, Snorkeling kimi turlara qatıla bilər. Həmçinin dəniz turları da var.

Qeyd: Bütün məbədlərə giriş biletlərini turist özü alır, amma elə də baha deyil. 20-50min rupi (2.5-6 manat) arasında dəyişir.

Qeyd2: 2 nəfər üçün təyyarə biletinə 1900$ ödəniş etmişdim. 330$ booking-dən 15 günlük otel xərci. Digər xərclər isə istəyə görə turlar, yemək xərcləməsi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nicat Quluzadə ‎

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s