Alpların kölgəsində 5 ölkə – İsveçrə, Avstriya, İtaliya, Fransa, Almaniya

Hörmətli gəzəyənlər,
Birmənalı olmasa da, bilirəm ki, burada olan insanlar təqribi 3 hissəyə bölünüb:

  1.  Həmişə gəzən, risk edən (fərq etmir tək və ya cüt, büdcə də önəmli deyil)
  2. Ailəvi gəzmək istəyən, lakin cəhd etməyə çəkinən
  3. Sadəcə olaraq commentləri oxumaq üçün girən 🙂

Mən və dostum yoldaşlarımız ilə düşünürəm ki, 2-ci qrupa aid idik, ta ki, 14 günlük Avropa səfərimizə gedənədək.
Düşünürəm ki, indi yazacağım post 2-ci qrupa aid olan insanlara çooox xeyr olacaq və onlar da növbəti səfərlərini çox ürəklə planlayacaq. Başladıq 🙂

Öncə Turun planı: Bakıdan Frankfurta – oradan cənuba mümkün qədər çox şəhər gəzməklə sonradan Frankfurtdan Bakıya. Adam sayı 4 nəfər.

Bilet: Bakı-Kiev-Frankfurt-Kiev-Bakı: 2 nəfərə 600 EUR, 1 nəfərdə 23 kg bagaj + 7kg və 5kg əl bagajı, digər ailə üzvündə yalnız 7kg əl bagajı. Yəni adambaşı 300 EUR.
Transport: EuropCardan Full Kasko olmaqla, 14 gün müddətinə aeroportdan pick up və pick off olmaqla, Opel Astra və ya similar avto üçün 400 EUR ödəmişdik. Gəldiyimizdə Opel Astra yox, Renault Megane hetchbeck oldu. Açığı çox pis olduq. amma ))) Avtomobil 2019-cu ilin, cəmi 15 km getmlş (bir daha qeyd edim cəmi 15 km) full bir avtosu çıxdı. Avtoda olmayan funksiya yox idi. Bir sözlə super.

Benzin və digər avto xərclər: Avtomobil ortalama 100km-ə 6.2 litr benzin serf edirdi. Ümumilikdə 2700km sürdüm. Benzinə 260 EUR pul ödədik. + pullu yollar və parkinglər – 150 EUR. Yəni total Transport xərclərimiz 4 nəfər üçün 810 EUR çıxdı (adambaşı 203 EUR).

Hotels: Hotellər hamısı 3-4 ulduzlu seçilmişdi (booking sağ olsun), breakfast included (bəziləri 3-4 ulduzlu olsa da, çooox 5 ulduzdan yaxşı idi). 13 günə 4 nəfər üçün 1666 EUR ödədik (adambaşı 417 EUR, günə 32 EUR düşüb)

Yemək: İnanın ki, hər şey yeyirdik, gündə bir neçə dəfə pivədən tutmuş, çaynan şirniyyatlaracan – Total cost 4 nəfərə 1293 EUR (adambaşı 323 EUR, 1 günə 23 EUR)
Əyləncə, muzey və digər xərclər: Ümumi 4 nəfər üçün 488 EUR. Əsas hissəni Rustda (Ger) EuropaPark (mütləq görməlisiniz – adambaşı 52 EUR giriş və 15 EUR parking, TOTAL 52*4+15=223 EUR) tutdu. Bundan əlavə 76 EUR Swarowski Vattens muzeyi (adambaşı 19 EUR) və 80 EUR gandola da gezinti – Venice. Və digər xərclər.
TOTAL Costs 4 nəfər üçün: 5458 EUR, adambaşı 1364 EUR. 2 nəfərdən ibarət ailəyə 2728 EUR.

Şəhərlər:
Frankfurt (Ger) – yarım dəfə görməyiniz bəs edir, industrial şəhər;
Holtzheim (Fra) – Strasburgun yanında balaca bir kənd, Strasburgda Hotellər çoox baha olduğundan ora getmək üçün orada qalmışdıq
Goldsheim (Fra) – Holtzeimin yanında yerləşən sənaye kəndi, o ətrafda olan bütün kənd və qəsəbələrin ortasında olan restoranlarla dolu bir qəsəbə
Strasbourg (Fra) – Cənnət, mütləq görülməli bir şəhərlərdən biri
Rust (Ger) – EuropaParkın yerləşdiyi balaca bir şəhər. Oraya mütləq getməlisiniz
Belfort (Fra) – İsveçrədə Hotellər çox baha olduğundan sərhəddə olan çox gözəl, xudmani bir şəhər
Biel/Bien (Swiss) – 1 dəfə görməli olduğunuz göl ilə əhatə olunmuş şəhər
Bern (Swiss) – Cənnət kimi gözəl paytaxt
Thun (Swiss) – şəkillərdə gördüyünüz İsveçrə, mütləq görülməlidir
Luzern (Swiss) – Daha bir cənnət İsveçrə şəhəri
Milan (İta) – Pafosun paytaxti. Amma mən çoox bəyəndim
Vicenza (İta) – İtaliyanın şərqində olan çooox gözəl bir şəhər
Venice (İta) – 1-cə dəfə görülməli olan şəhər
Gotzheim (Aus) – Avstriyanın Alp dağlarına aid olan, qış turizm mərkəzi
İnnsbruck (Aus) – Avstriyada olan çox gözəl, dağ turizm şəhəri
Wattens (Aus) – Swarowskinin vətəni, muzeyi, mütləq görülməli olan şəhər
Münhen (Ger) – Çox gözəl, həm tarixi, həm də modern Almaniya şəhəri
Nurnberg (Ger) – Başdan ayağa İçəri şəhər kimi olan tipik gözəl Alman şəhəri
Bir sözlə, 4 nəfər, 18 şəhər, 5 ölkə və 14 gün inanılmaz macəralar.

Düşünməyin, planlayın və gedin!
Sorry, çox uzun oldu) amma ümidvaram ki, Sizə faydalı olacaq!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Abbasov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s