Korsika – Bonifasio bələdçisi

Səyahətə baxışınızı dəyişəcək yer, Korsika adası və çoxlarına görə adanın ən gözəl şəhəri olan ecazkar Bonifasio (Bonifacio). 3500 nəfərə yaxın əhalisi olan bu balaca şəhərciyin əsası rəsmi mənbələrə görə 830-cu ildə qoyulub. Olduğumuz digər iki aralıq dənizi adaları Sardiniya və Siciliya kimi Korsikalılar da özlərini kontinental avropadan ayırırlar və Fransız deyil, məhz Korsikalı olduqlarını ürəklə vurğulayırlar.

70926860_10206494673443083_149977655226138624_n

Müxtəlif illərdə müxtəlif krallıqlar və imperiyalar tərəfindən işğal olunan Korsika son olaraq 1769-cu ildə Fransa tərəfindən işğal olunub və o zamandan Fransanın tərkibindədir. Bayraqlarında və gerblərində bandanalı və qara dərili insan başı əks olunub, bir rəvayətə görə həmin dövrlərdə aralıq dənizindəki adalara tez-tez hücumlar edən berber və ərəblərin (avropalı olmayan və qaradərililəri “Moor” (Mavr) adlandırırdılar) gözünü qorxutmaq üçün Korsikalılar (Sardiniya bayrağı da buna bayrağın üzərinə gözü bağlı və kəlləsi vurulmuş Mavr başı çəkiblər. Digər rəvayətə görə isə Aragon krallığının Mavrlar üzərindəki qələbəsini təcəssüm etdirir. Sonradan gözdəki bağ başa qaldırılır.

71697533_10206494674963121_2809478605283786752_n

71231234_10206494676003147_6674410977921859584_n

Sardiniyanın Santa Teresa Gallura şəhərindən Bonifasioya gəmi vasitəsilə getmək olar. Bu marşrutda iki şirkət fəaliyyət göstərir Moby və Blu Navy. Bilet adam başına 24-28 avro arası dəyişir və yol hardasa 50 dəqiqə vaxt alır. Mövsümdə Bonifasioda otellərdə yer tapmaq demək olarkı qeyri-mümkündür, yer olsa da qiymətlər kosmik olacaq, ona görə də turistlərin əksəriyyəti burda gecələmirlər.

70607162_10206494672683064_6182840546281652224_n

Ümumiyyətlə Korsikada ictimai nəqliyyat məsələsi problemdir, məsələn biz Bonifasio şəhərindən şimalda yerləşən Bastia şəhərinə getmək üçün ilk öncə Porto Vecchio şəhərinə taksi ilə (70 avro) ordan isə adam başına 25 avro ödəməklə avtobusla səyahət etdik, halbuki səyahət etməmişdən öncə internetdə bu iki şəhər arasında müntəzəm avtobus xəttinin fəaliyyət göstərdiyini yazmışdılar. Bu marşrutla hərəkət etməyi planlaşdırırsınızsa qeyd etdiyim məsələ barədə diqqətli olun.

71019862_10206494674003097_6258166554597261312_n

Səyahət üçün lazım ola biləcək saytları aşağıda qeyd edirəm:

www.mobylines.com
Gəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 28 avro

www.blunavytraghetti.com
Gəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 24 avro

www.corsica-ferries.co.uk
Gəmi: Bastia (Korsika) – Tulon (Fransa) 4 nəfərə 4 nəfərlik otaqla 200 avro.

www.rapides-bleus.com
Avtobus: Porto Vecchio(Korsika) – Bastia(Korsika) adama 25 avro, əlavə baqaja 1 avro

www.gettransfer.com
Taksi: Bonifasio(Korsika) – Porto Vecchio(Korsika) 70 avro (Viano)

Gettransfer çox maraqlı saytdır (həm də app var) siz gedəcəyiniz yeri yazırsınız və sürücülərdən sizə qiymətlər gəlir (quotations) və gələn qiymətə özünüz əks təklif göndərə də bilərsiniz.

Bonifasio kiçik şəhərcik olduğuna görə bir günə tam gəzib görə bilərsiniz, amma vaxtınız azdırsa mütləq Aragon pilləkənlərinə (demək olarki 45 dərəcə bucaq altında qayada çapılmış 187 pilləkən) və Marin(e) qəbirstanlığına mütləq baş çəkin.

71189778_10206494672923070_134406371553574912_n

71187868_10206494674683114_1304067902038605824_n

P.S. Şəkillər hamısı Bonifaciodandır.

P.S.S. Sualı olan olsa çəkinməsin  hamıya xoş gəzintilər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Emil Mard

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s