Fransanın rəngli səyahət nöqtəsi – Strasburq

Strasburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Fransız və alman nağıllarını xatırladan şəhər – Strasburq 🇫🇷

STRASBURQA GƏLMƏK: Şəhərdə aeroport olsa da, xarici reyslərin sayı o qədər çox deyil. Azərbaycandan səfər edərkən ya Paris, ya da Frankfurta birbaşa uçub, sonrasında ya qatar, ya da ki, avtobusla gələ bilərsiniz. Frankfurtdan məsafə 220, Parisdən isə 490 kilometrdir. Mən Paris Şarl de Qoll Hava Limanından hərəkət edən sürət qatarı ilə gəldim. Cəmi iki saata Strasburqa çatırsınız.

70506881_3138256039523512_3517257789388881920_n

DİL: Əhalinin əksəriyyəti fransızdilli olsa da, Avropanın bir sıra önəmli qurumlarının burada yerləşməsi ingilis dilini burada populyarlaşdırıb. Əhalinin əksəriyyəti ingilis dilində danışa bilir. Şəhərdə çoxlu sayda xarici də yaşayır.

70736566_3138255682856881_6231415015786676224_n

GƏZMƏLİ YERLƏR: Strasburqda həm alman, həm də fransız memarlığının nümunələrini görmək olar. Kanalların üzərində qurulan şəhərin tarixi hissəsi La Petite France adlanır. Burada tarixi evlər, saraylar, kilsələr və parklar yerləşir. Şəhərin tarixi hissəsində Notre-Dame de Strasbourg kilsəsini, həmçinin tarixi Place du Chateau Meydanını da görə bilərsiniz. Tarixi yerlərin çoxu eyni ərazidə yerləşir və buna görə piyada gəzərək şəhərin ruhunu rahatlıqla duya bilərsiniz 🙂 Həmçinin Avropa Şurası və Avropa Parlamenti kimi bir çox önəmli qurum da Strasburqda yerləşir.

71015846_3138255476190235_8300831448428969984_n

NƏQLİYYAT: Strasburqda əsas nəqliyyat növü tramvaydır. Avtobusla da səyahət edənlər var, amma tramvay populyarlığını qoruyub. Bir gediş üçün bir istifadəlik biletin qiyməti 1.70 EUR (~3.40 AZN) təşkil edir. Amma təkrar yüklənən bilet alsanız, bir saatın içində istədiyiniz qədər tramvay və avtobusda səyahət edə bilərsiniz. Yerli əhali və burada işləyənlər isə əsasən velosipeddən istifadə edirlər.

70774977_3138256149523501_5051154635591516160_n

RESTORANLARDA QİYMƏT: Avropa bir çox ölkələrində olduğu kimi Strasburqda da qiymətlər bahadır. Məsələn kanal sahilində yerləşən restoranda bir qədəh şərab və əcayib/soyuq yeməyin qiyməti 20 EUR (~40 AZN) təşkil edir. Nisbətən balaca restoranlarda yemək yesəniz, təxminən 10-12 EUR (~20-24 AZN) xərciniz çıxacaq. Türk mətbəxinin oralarda da olduğunu nəzərə alsaq, 8 EUR (~16 AZN) dönər menyusu da ala bilərsiniz. Əsas odur ki, sonuncunu yedikdə ən azından doymaq olur 😀

71098797_3138255602856889_2060899542559096832_n

EVƏ NƏ APARMALI: Suvenirlərlə yanaşı Strasburqdan şokolad, peçenye və şərab ala bilərsiniz. Şokolad və peçenyeləri çalışın şəhərin mərkəzindən almayın, çünki qiymətləri baha olur. Şərabı isə marketlərdən alsanız, daha sərfəli olar. Ən əsası isə özünüzlə möhtəşəm təəssürat və şəkillər aparacaqsınız 😉

Bon voyage!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Suliddin Baghirov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s