Moda və sənət mərkəzi – Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

İtalyanın moda və sənət mərkəzi sayılan Milana ilk səyahətimdə oranı sevməsəm də ikinci səfərimdə müsbət xatirələrlə qayıtdım. Xüsusən alış-veriş sevənlər üçün Milan əsl cənnətdir. Normalda kənardan ürək ağrısı ilə qiymətlərinə baxılan markalar Milanda ildə 2 dəfə keçirilən shopping festival zamanı bəzən 90%-dək çatan möhtəşəm endirimlər zamanı əlçatan olur. Milanda rəsmi alış-veriş festivalı ildə 2 dəfə, qış və yay aylarında olur və 6-8 həftə aralığında davam edir. Qış festivalı yanvarın əvvəlindən fevralın ortasına, yay festivalı isə iyulun əvvəlindən avqustun ortasına qədər davam edir və bu müddət ərzində üzərində “saldi” yazısı gördüyünüz yerlərdə çox gözəl endirimlər edilir. Milanın əsas hava limanı Malpensa şəhərə 35-40 dəqiqəlik məsafədə, əsasən low cost təyyarələrin uçduğu Milan Bergamo (Orio al Serio) hava limanı isə şəhərdən qatarla və avtobusla təxminən 1 saat aralıda yerləşən Bergamo şəhərindədir. Bir dənə təxminən 20-25 dəqiqəlik məsafədə Linate hava limanı var, adətən ora uçuşlar az olur. Milanda olarkən əşyalarınızdan ehtiyatlı olun, xüsusən arxa cibinizə kaşeloku qoyub gəzməyin.

P.S: Milanda gecə həyatı hərəkətlidir və səhərin ilk işıqlarına qədər əylənmək mümkündür.

Bu arada təxminən 1 il əvvəl gəzdiyim şəhərlər haqqında postlar yazmağa başladım və bu post səhv etmirəmsə artıq 50-cidir. Postlarda mənfi saydığınız xüsusiyyətlər varsa rəylərdə göstərin ki, gələcəkdə aradan qaldırım.

1) Ucuz necə getməli Kutaisidən Milan Bergamo hava limanına Wizz Air birbaşa uçuşlar edir və qiymətləri çox sərfəlidir. 2019-cu ilin noyabr ayından etibarən isə birbaşa Tiflisdən-Milan Bergamo hava limanına Ryanair uçuşlara başlayır və bilet qiymətləri çox sərfəlidir. Tiflisə avtomobil və qatarla getmək sizə yorucu gəlirsə xatırladım ki, Buta air səhv etmirəmsə hər gün Tiflisə uçur və əvvəlcədən alsa bilet qiyməti 60-70 manat olacaq (baqajsız). Bergamodan Milana qatarla və avtobusla 4-5 avroya gedib 1 saata çatmaq olur. Bergamoda otellər ucuz olduğundan bəzən turistlər orada qalıb gündəlik Milana gedib qayıdırlar. Həm Bergamo, həm də Malpensadan taksilər şəhərə çox baha aparır, Məsləhət görmürəm. Milanda ictimai nəqliyyat çox rahatdır, şəhərin hər tərəfinə metro və avtobusla rahat gedib çatmaq olur, google vasitəsilə getmək istədiyiniz yerə hansı ictimai nəqliyyat vasitələrinin getdiyini rahatca öyrənə bilərsiniz. İnternet üçün Bakcellin 30 manata 2 gb+ free whatsapp tarifini istifadə edə bilərsiniz, sürət əladır.

Nələri görməli və nə etməli-

1) Duomo katedralı və Galleria Vittorio Emanuele II Milan deyəndə ağıla gələn bu 2 yerdə vaxtın necə keçdiyini unudacaqsınız. Duomonun tikintisi təxminən 500 ilə yaxın davam edibdir. Giriş saatları-09-18:15 arasındadır və katedralın üzərinə çıxan liftlə birlikdə olan bilet qiyməti 14 avrodur. Binanın üzərinə çıxmaq istəməsəniz səhv etmirəmsə liftsiz bilet 7 avrodur. Şortiklə giriş qadağandır))). Galleria Vittorio Emanuele II isə Duomonun sol tərəfində yerləşir və dünyanın ən qədim alış-veriş mərkəzlərindən biri sayılır.

2) Museo Novecento – Duomo meydanı yaxınlığında yerləşən bu muzeyə mütləq baş çəkin. Sənət sevərlər üçün çox gözəl muzeydir. İçəridə Picasso, Matisse, Modiglianinin gözəl əsərləri vardır. Giriş qiyməti 6 avrodur. Yuxarı mərtəbəsində çox gözəl Duomo meydanı mənzərəsi vardır. Axşam saat 7-dək açıqdır.

3) Santa Maria delle GrazieDa Vinci möhtəşəm “Son axşam yeməyi – The last supper” əsərini Santa Maria delle Grazie kilsəsinin divarlarında yaradıbdır. Paris üçün “Mona Liza” nə deməkdirsə Milan üçün qarşılığı – The last supperdir. Şəkil İsanın çarxıma asılmadan əvvəl tərəfdarları ilə son axşam yeməyi barədədir. Təəssüf ki, rəsmi saytdan bilet tapmaq çətindir. Görməyi çox istəyib girə bilmədiyim yerlərdən biri oldu. Ucuz bilet üçün bir neçə ay əvvəl rəsmi saytdan bileti almaq lazımdır. Bilet tapa bilməyənlər turlarla 30-50 avro ödəyib içəri girmək mümkündür.

4) Piazza MercantiDuomo meydanından təxminən 6-7 dəqiqədə yerləşən bu meydana gəlib küçələrini gəzərkən özünüzü orta əsrlərdə hiss edə bilərsiniz. Tarixi binalar çox gözəl qorunub saxlanıbdır.

5) La Scala Dünyanın ən məhşur opera salonlarından biri sayılan La Scala düzü məndə biraz xəyal qırıqlığı yaratdı. Oranı axtaranda 2 dəfə binanın qabağından keçsək də La Scala olduğunu bilmədik. İçəri hissəsi gözəldir amma fərqli bir yer gözləyirdim.

6) Pinacoteca di Brera və Biblioteca di BreraSənət sevərlər üçün möhtəşəm yerlərdən biridir. G.Bellininin “Pieta”, Rafaelin “The marriage of the virgin”, Francesconun “Kiss” Mantegnanın, Caravaggionun və daha bir çoxlarının möhtəşəm əsərlərini eyni anda görə bilərsiniz. Giriş qiyməti 10 avro.

7) Sforzesco qəsriAvropanın ən böyük qəsrlərindən biri sayılır. Girişi pulsuzdur amma bəzi hissələrinə giriş pulludur. Qəsrdə böyük və gözəl Sempione parkı yerləşir. Məhşur Arco della Pace burada yerləşir.

8) Brera bölgəsiMilanın ən gözəl yerlərindən biridir. Sərfəli otel tapsaz mütləq bu bölgədən tutun. Milanın məhşur yerlərinə buradan piyada gedə bilərsiniz. Sırayla çox gözəl kafelər, restoranlar vardır. Brera botanik bağı da görüləsi yerlərdən biridir. Həmçinin Navigli bölgəsini də mütləq gəzin.

9) Galleria d’Arte Moderna – Bonapartın bir vaxtlar yaşadığı bu saray hazırda muzey kimi işləyir. Giriş 5 avrodur.

10) San Siro (Guizeppe Meazza) stadionu Xüsusən futbol sevərlərin mütləq getmək istəyəcəyi yerlərdən biridir. Muzey və stadion turunun qiyməti 22 avrodan başlayır.

Sənət və modanın paytaxtı olan bu gözəl şəhərdə göstərdiklərimdən əlavə onlarla muzeylər və gəzməli yerlər vardır. Yemək qiymətləri normaldır. Restoranlarda ortalama bir böyük pizza 10-15 avro, su qiymətləri 1,5-3 avro, cola 3-5 avro arasındadır. Otel qiymətləri kifayət qədər yüksəkdir, hostel qiymətləri isə pis deyil. Sənətə marağınız yoxdursa, alışveriş etməyəcəksinizsə Milana 1 gün ayırmaq yetərlidir, yox bunlara maraqlısınızsa 3-5 gün rahat ayıra bilərsiniz. Başqa suallarınız varsa rəylərdə yaza bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Gəzgin Həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s