Şengen ölkələrinə viza alarkən nələrə diqqət etməli

Əziz dostlar 🙂,

 Eynitipli sualların çoxsaylı sorğusu nəticəsində mühüm bir məsələyə toxunmaq istəyirəm 

(Mövzu Şenqen ölkələrinə şamil olunur🌍)

#asansəfirlik #viza

– Hansı ölkə asan viza verir ?
– Hansı səfirlikdən viza almağı məsləhət görürsüz ?
– A ölkəsindən viza alıb, orda qalmayıb B ölkəsinə gedə bilərəm mi ?
– İlk girişi başqa ölkədən etsəm problem olar mı?

Əvvəla hansı ölkəyə (və ya bir neçə ölkə) getməyi və ya harda daha çox qalmağı planlaşdırırsızsa, həmin ölkənin səfirliyindən viza almalısız. Vizanın giriş çıxışını tam dəqiq və aydın şəkildə qeyd edirsiz. Məsələn, Çexiyaya vəya Danimarkaya getmək istəyirsiz, siz giriş kimi Budapeşt və ya İtaliyanı göstərə bilərsiz lakin o ölkədə viza aldığınız ölkədə çox qalmamaq şərtilə. Ancaq məqsədə uyğun olardı ki, girişi viza aldığınız ölkədən edəsiz (çıxışı başqa ölkədən etsəz də olar).

Digər mühüm məsələ isə çalışın səfirliyə turist olduğunuzu sübut edin. Normal qaydada sənədlərinizi hazırlayın. İlk növbədə, marşrutunuzu dəqiqləşdirin, məsələn, siz Macarıstan səfirliyindən viza almısız və Budapeştə (və ya hər hansı bir şəhərində) gedib orada 4 gün qalmağı planlayırsız, ordan isə hər hansı bir ölkəyə keçə bilərsiz (Macarıstandakı gün sayından az olmaq şərtilə və şenqen sazişinə daxil olan istənilən ölkəyə). Lakin bəzi dostlar bunu bildirmək istəmir. Niyə? Nəyə görə? Burda qorxulu heç nə yoxdu inanın mənə. Mən tərəfdarıyam ki, səfirliyə qarşı hər zaman dürüst olun. 5-6 ədəd A4 verməyin, əgər bir neçə ölkəyə səfər edirsizsə. Onlar sevir ki, detallı informasiya verəsiz onlara. Fikrimcə çətin və ya kaprizni səfirlik yoxdur, onları qane etməyən turistik namizəd vardır deyə düşünürəm. Bəlkə də yanılıram amma şəxsi təcrübəmdən nəticə çıxarıram hələki. Yəni bir ölkə niyə turistin önünü kəsib ölkə büdcəsinə zərər vursun.

Getdiyiniz ölkədə qalacağınız yerin Hotel və ya hostel olması fərq etməz, əsas odur sənədli-sübutlu olsun. Booking.comHostelsworld.com kimi saytlar etibarlıdır.
Bank hesabı məsələsinə gəldikdə isə, əvvəla onu deyimki aldığınız maaşa uyğun bir rəqəm göstərməyiniz daha məqbuldur və arzuolunandır. Yəni şərt deyil, 700 AZN maaş alıbda 1 həftə üçün 3000 AZN göstərəsiz, 1000-1500 AZN (ölkədən asılı olaraq) göstərsəz kifayətdir.

– Əgər siz otel/hostel, avtobus/qatar biletlərini, təyyarə biletlərini ödəniş etmisizsə, bank hesabında qalacağınız gün sayına görə 40-80 euro/1 gün vəsait yerləşdirməlisiz, yox əgər bunları almamısız bron etmisizsə, o zaman həmin xərcləridə günlük xərcinizin üzərinə əlavə etməlisiz.

Məsələn,
70-80 euro / 1 gün Skandinaviya, Qərbi və mərkəzi avropa ölkələri – Fransa, Belçika, Hollandiya, Ispaniya, Avstriya, İsveçrə və s.
40-60 euro / 1 gün daha çox Şərqi Avropa və Baltikyanı ölkələr – Macarıstan, Polşa, Çexiya və s. üçün keçərlidir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Royal Planck

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s