Bosniya bələdçisi – Sarayevo, Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Keçən ay Bosniyada oldum, istəyirəm bir az gördüklərimdən Sizə yazım. Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələrdən olduğu üçün baş çəkməyə dəyər.

  1. Bosniyanın paytaxtı Sarayevoya Budapeştdən WizzAir birbaşa təyyarə reysləri var, adətən 9 avroya bir tərəfə bilet tapmaq çətin məsələ deyil. Sarayevo aeroportu çox balacadır, pasport kontroldan keçmək asandır. Aeroportdan şəhərin mərkəzinə trolleybus gedir, amma dayanacağına təxminən 7-9 dəqiqə piyada getmək lazımdır, çünki aeroportun özündə saxlamır. Aeroportun özündən isə birbaşa xüsusi avtobuslar mərkəzə aparır, amma trolleybusdan bahadırlar. Prinsipcə trolleybus və avtobus mərkəzə təxminən oxşar vaxta çatdırırlar (10-15 dəqiqə fərq olar), ona görə də qənaət etmək istəyən trolleybusla mərkəzə gedə bilər. Mən mərkəzə gedəndə aeroport avtobusu ilə, geri qayıdanda isə trolleybusla gəldim, ciddi keyfiyyət fərqi hiss etmədim.
  2. Sarayevo şəhəri (https://wikitravel.org/en/Sarajevo) vaxtilə Osmanlı və Avstriya-Macarıstan imperiyaları arasında bölündüyü üçün şəhərin mərkəzi ortadan 2 yerə bölünüb və cəmi 1 addım atmaqla sanki 2 müxtəlif sivilizasiyanın birindən digərinə keçəcəksiniz. Qərb tərəfdə iri dükanlar, ofislər, kilsələr, biznes mərkəzləri, iri parklar və geniş küçələr olduğu halda şərq tərəfdə kiçik tikililər, məscidlər, dar küçələr, bazar, dadlı restoranlar Sizi əhatə edəcək. Muzeyləri ziyarət etməyəcəksinizsə, 1 gün bəs edir. Bütün muzeyləri kiçikdir və onların da əsaslarını ziyarət etsəniz, o zaman 2 gün bəsdir.

    20916863_10212216775309397_1972855314_n-640x427

  3. Sarayevodan Mostar (https://wikitravel.org/en/Mostar) şəhərinə getmək məsləhətdir, 2.5-3 saata avtobus və ya qatarla gedə bilərsiniz. Mostar Sarayevodan da balacadır, amma gözəllikdə geri qalmır. Bir bütün günü Mostarda keçirmək bəs edir. Ətrafında da bir neçə kiçik və gözəl şəhərlərə (Blagaj, Pocitelj, Kravica və s.) getmək məsləhətdir.
  4. Mostarın mərkəzində xeyli avtobus turları şirkətləri var, həmin şəhərlərə aparırlar. Ən ucuzu və rahatı bu idi, ondan istifadə etdim və razı qaldım: http://www.openbus-mostar.com/ Balaca şəhərlərarası nəqliyyat elə də sıx işləmir və baş çıxarmaq xaricilər üçün nisbətən çətin olur deyə çox adam belə hazır turları götürür. Səhər Sizi Mostardan götürəcəklər, həmin gözəl yerlərə aparıb eyni gündə axşam 6-da geri qaytaracaqlar. İsti fəsildə getsəniz, soyuq Kraviça şəlaləsində üzmək üçün də vaxtınız olacaq.

    mostar-bosia-1920x1080.jpg

  5. Bosniyanın iqlimi, landşaftı, yeməkləri çox gözəldir, qiymətləri də ucuzluqdur. Gedin, gəzin, görün, əylənin və dincəlin

    Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

    Paylaşdı: Rəşad Mehbaliyev
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s