Hind okeanındakı ekzotik cənnət – Seyşellər (PART 1)

Viktoriyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

PART 1. General Info.

Seyşellər , 115 adası olan, sadəcə 90.000 nəfərin yaşadığı, qışın ortasında qızmar yayı görəcəyiniz, geri dönərkən çox üzüləcəyiniz, evə çatarkən içinizdə boz bir boşluğun olduğunu hiss edəcəyiniz, granitdən olan daşların bəmbəyaz qumlarda poz verircəsinə yaratdığı mənzərələr, xalqının hər zaman güldüyü, gülümsədiyi, musiqiyə çox həssas olduğu əsrarəngiz, fövqəladə ölkə.
71031085_2533709463359657_8300132897768079360_o
Seyşellər…. hər nə qədər müxtəlif və fərqli mədəniyyətlərin hökm sürdüyü yerlərdə olsanız da, sanki ilk dəfə xaricə gedirsinizmiş kimi həyəcanlanacağınız, insanların pozitivliyinə təəccüblənəcəyiniz, natural vanilla yağının elə təyyarədən enən kimi aeroportdan duymağa başlayacağınız əfsanəvi coğrafiya.
Maraqlananlar üçün Seyşel adaları harada yerləşir, necə gedilə bilinir, Seyşel adalarına tur yoxsa özünüz getməlisiniz, viza prosedurları haqqında 3 postda suallarınıza cavab verəcəyəm.
Keyfin, huzurun ve sakitliyin hökm sürdüyü bir coğrafyaya gedərkən, əslində çox plana ehtiyac yoxdur, amma adəti üzrə 6 ay öncədən yuxumu qaçırtdığı bu coğrafiyanın hər bir küncünə virtual olaraq bələd olmuşdum.(Allah xasiyyətimi kəssin  ) Böyük şəhərlərin izdihamından qaçıb, sükunəti dadmaq üçün çıxdığım bu səyahətdə də Google-da mövcüd olan bütün bloqları (hamısını olmasa da, çoxusunu oxuduğum) oxuyub yola çıxmışdım.
70476484_2533700623360541_3885889364911194112_o
Amma bəri-başdan bildirim : “Backpacker kimi bel çantamı alıb Seyşellərə gedirəm, ekonomik gəzinti olacaq” düşüncəsindəsiniz, yanılırsınız. Çünki Seyşellər olduqca bahalı ölkədir. Amma mən əlimdən gəldiyincə sizlərə ekonomik önərilərimi izah edəcəm.
Seyşellər, bizdən viza istəməyən ölkələr arasında yer alır. Hələ təyyarədə olarkən sizə sadece miqrasiya və sağlamlıqla bağlı 2 sənəd verəcəklər onları doldurub, harada qalacağınızı, özümüz haqqında məlumat və.s bildirirsiniz. Aeroportda miqrasiya işçilərinə qalacağınız evin/otelin bronunun və geri dönüş biletinizin surətlərini göstərmək yetərlidir.
Seyşellər Pul Vahidi : Seyşel Rupisi. 1 Euro= 16 Rupi. 1 dollar= 14 Rupi
Seyşellər, Hind okeanın tam ürəyində, ekvator xəttinin cənubunda yerləşir. Ətrafında 1 dənə də olsun qonşusu yoxdur. Niyə? Çünki ada ölkəsidir.
Seyşellərə təyyarə və kruz gəmi ilə gedilə bilinir. Beynəlxalq hava limanları hər iki böyük adalarda var (Mahe və Praslin), əsas uçuşlar ən böyük ada – Mahedə yerləşir. THY ile direkt olaraq 8,5 saata adaya varılır. Əminliklə 2 stopla ilə Qatar Airways’i önərirəm. THY’yə göre, ən az 40 % daha ekonomik olacaq.
69961385_2533700566693880_7395995737399492608_o
Seyşellerdə gəzərkən isə, mütləq avtomabil kiralayıb gəzmənizi şiddətli tövsiyə edirəm. Günlük avtomobil kira qiymətləri 40-50 Euro arasında dəyişir. Ana adaları olan Mahedə avtomobil kiralarsanız, digər adalarda velosiped ilə idarə edə bilərsiniz. Hər iki böyük adalarda avtobuslar ilə 7 Rupiyə istənilən məsafəyə gedə bilərsiniz. Sadəcə dəqiq vaxt cədvəlini internetdən endirməlisiniz. Note : böyük çanta ilə avtobusa minə bilməzsiniz.
Ada ölkəsində yaşayan xalqı gözünüzün önündə canlandırın….. Düşünün, çoxu işləmir, keyf içində yaşayırlar. Qətiyyən heç nəyə tələsmirlər. Heç nədən narahat deyirlər, istər sünami gəlsin. (mübaliğə🙃😆) Xalqın çoxusu hibriddirlər. (Müxtəlif irqlərin, millətlərin qarışımı.)
Bu xalqa isə Creole(kreol) deyirlər. Kreollar, bəzən avropalı, bəzən afrikalı kimidirlər. Xarici görünüşlərindən, Seyşel xalqının necə olduğunu anlamaq mümkün deyil.
Adalarda lyüks otellər, qumarxanalar, barlar, publar, restoranlar nə axtarsanız var. Axşamüstü hərkəs, işi gücü buraxıb sahillərdə gün batımını izləyir. Xalqın böyük bir hissəsi katolikdir, lakin provoslavlar, müsəlmanlar və hindular da aralarında vardır. Şənbə və bazar günləri, hərkəs dincəlir, heç bir market, bazar, əyləncə mərkəzləri işləmir. Yalnız bəzi kiçik hind dükanları açıq olur. Getsəniz mütləq nəzərə alın.
1976-cı ilə qədər İngiltərənin müstəmləkəsində olan bu adalar ölkəsi, daha sonra Seyşeller Demokratik Respublikası kimi dünya xəritəsində yer almışdır.
Seyşellər, hər il, ən azı yarım milyon turist qarşılayıb-yola salırlar.
Seyşellərdə adam başına gəlir illik 36.000 dollar təşkil edir. (2015 statistikası)
Seyşellərdə 2 mövsüm var : Yağışlı və quraq mövsüm.
Seyşellər dünyanın ən kiçik ölkələrindən biridir.
Bütün avtomobillərin nömrə plakası S ile başlayır.
Ardı var….

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aksana Kaiser

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s