Norveç – Oslo bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Bir müddətdir Norveçdən gəlmişəm əslində, ancaq təcrübəmi indi bölüşmək üçün vaxtım oldu. 4 müxtəlif şəhərdə oldum: Larvik, Drammen, Oslo, Bergen. Ən çox Oslo’da qaldığım üçün ordan məlumatlar paylaşmaq istərdim.

69875002_2422226824762155_6735008014371127296_n.jpg

69713468_2422226988095472_4501999374095613952_n

Oslo Pass alsanız transportation cəhətdən heç bir problem yaşamayacaqsınız. 2 günlük qiymət yetişkin biri üçün 655 NOK’dur (68 Euro). Tələbəsinizsə, tələbə kartınızı göstərib demək olar ki, hər yerdə 20-25% endirimdən istifadə edə bilərsiniz. Bundan başqa Oslo Pass ilə bir çox muzeylərə giriş pulsuz olacaq sizin üçün.

69643887_2422227164762121_6595496339746848768_n

69828716_2422227381428766_5697143916210421760_n

Norveç xüsusən Oslo çox bahalı şəhərdir bilindiyi kimi. Bunun üçün də qalmaq məsələsində Anker Apartment’i seçə bilərsiniz (günü 25 Euro). Ancaq çox az büdcəniz varsa Oslo’da Red Cross charity cəmiyyətinin təşkil etdiyi xüsüsi sığınacaqlar var. Günü 15 NOK’dur (1.50 Euro). Kişilər, qadınlar və cütlüklər üçün ayrıca sığınacaqlar var. Hər biri müxtəlif address’lərdədir. Axşam saat 22:00 açılıb, səhər 07:00 bağlanır. Bu sığınacaqlarda daha çox evsizlər gecələrini keçirir. Əşyalarınızı bura özünüzlə gətirməyiniz məsləhət deyil. Bagbnb istifadə edərək günü 5 Euro, əşyalarınızı store edə bilərsiniz. Red Cross cəmiyyətinin işçilərinə yaxınlaşıb onlardan City Survival Guide booklet götürün mütləq. Burda ucuz və ya pulsuz yemək və başqa şeylər üçün müəyyən ünvanlar əldə edəcəksiniz. Supermarket’lər içində isə ən ucuz və keyfiyyətlisi Coop’dur. Şəhərin bir çox yerlərində rast gələ bilərsiniz.

69820077_2422227758095395_7618019162618593280_n

Must see places’ də isə Oslo’da bu yerləri deyərdim:
1) Viking Ship Museum
2) Frogner Park
3) Vigeland Museum
4) Fram Museum
5) Norwegian Folk Museum
6) Norwegian National Gallery (Edvard Munch məhşur Scream əsəri burda saxlanılır)
7) Oslo Opera House
8) Holmenkollen Ski Museum & Tower
9) Aker Brygge (Eternal Peace Flame burdadır)
10) Akershus Fortress
11) Royal Palace
12) Oslo City Hall
13) Norway’s Resistance Museum
14) Tjuvholmen Sculpture Park
15) University Botanical Garden
16) Vigeland Park
17) Huk Naturist Beach (Nudist Beach 😁😁)
18) Middelalderparken
19) Grorudparken
20) Vaterlandsparken
21) Bjerkedalen park

69934605_2422227724762065_2716079847033012224_n

69655324_2422227614762076_3516366858552868864_n.jpg

Ümumiyyətlə Norveç’də xüsusilə Oslo’da çox parklar var. Burda sadəcə bəzilərini qeyd etdim. Google Maps’də asanlıqla tapa bilərsiniz. Çalışdım ki, yazını bacardığım qədər qısa və ətraflı tutum. Getmək istəyən hər bir kəsə xoş səyahətlər və uğurlar ✌️✌️👍👍

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zahid Zahidli
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s