Şəhər bələdçisi – Düsseldorf

Düsseldorfdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Salam gəzməkdən doymanlar 😊 İstədim bir post da mən yazım. Bəlkə də bu haqda yazıblar artıq. Üzürlü sayın)
Xlll əsrdən şəhər statusu alan Düsseldorf bahalığa görə VI, yaşayış standartlarına görə isə V yerdə durur. Bahalığa görə Berlinlə rəqabət aparır. Bura bir çox qonşu avropa ölkələrinə yaxın olduğu üçün yaşamaq üçün buranı üstün tuturlar. İş tapmaq istəyən və ya biznes qurmaq istəyənlər Berlindəki vergi ağırlığından qaçmaq üçün bura üz tuturlar. 650 minlik əhalisi olan və Reyn çayının hər iki tərəfinə yayılan bu şəhərdə çoxlu Çinli və Yapon iş adamları var.

69595178_10157398146229648_6240563304717090816_n

Təbii ki, Türkiyəli qardaşlarımızın da sayı Berlindəki qədər olmasa da tez-tez rast gəlmək olur. Yuxarıda qeyd etdiyim vergi məsələlərinə görə aparıcı şirkətlət baş ofislərini burda açmağa çalışırlar. Dünən bir yaponla yerli pivə içərkən xeyli söhbətləşdik. Dediyinə görə 90 min yapon yaşayır ki, bu da əhalinin 1%-ni təşkil edir. Bunu deyəndə üzü güldü, sankı qağaların gələcəkdə gör burda nəğayrajax sözləri gözündən oxunurdu)). Bəlkədə buna görə “little tokio” deyirlər. Ev kirası daxil olmaqla aylıq yaşayış üçün 3000-3500 avro pul qazanmaq lazımdır. Təbii ki, hər kəs bu qədər qazana bilmir. Gələn il Yaponiyada keçiriləcək olimpiya oyunlarına dəvət etdi)

70404362_10157398145389648_4118168738241445888_n

Bu şəhərin Almaniyanın “Pivə Şəhəri” adlandırılması təsadüfi deyil. Ən qədim hissəsi olan ALTSTADT-da 300-ə yaxın pivəxana var. Amsterdamda hər yerdən nəşə iyi gəldiyi kimi burda da hər tərəfi pivə iyisi bürüyüb. İnsanlar masa arxasında oturub aramsız pivələr butulkalarını boşaldırlar (şəkillər paylaşacam). Sadəcə oturub ‘ayn alt’ deməyiniz kifayətdir. Sizə dərhal yerli pivə gətirəcəklər.
Bu arada Almancam o qədər itidir ki, nəsə almanca deyən kimi “Naaaayn”(yeşilcam filmlərindəki Naaalaan Nayrrr nolamazzz səhnələrini xatırladır), Danqr Şön, bitti şön, ya ya ya (bunu 3 dəfə deyəndə gülümsəyirlər nəsə xoşlarına gəlirlər) das ist fəntəstiş kimi sözlərlər dialoqları bağlayırdım).

69719304_10157398145684648_3203823797819932672_n
Əhalisinə gəldikdə isə yerli əhali çox gülərüz, mehriban və yardımsever insanlardır. İngilis dilisi zəif olanlar belə əl qol işarələri ilə başa salmağa çalışırlar. Burada ingilis dili bilməyənlərə Berlinlə müqayisədə daha çox rast gəldim. Almaniya deyəndə gözümün qabağına Hitler gəlirdi. Amma bu səfərdən sonra neqativ steoritipi aradan qaldırdım. İngilislərdən daha isti qanlı gəldi mənə. Görəsən Mayn Kampfi oxusam alman dilini sevə bilərəm?))

69358276_10157398146094648_8089074824703377408_n

Gələn dəfə vaxt tapan kimi az adamın kəşf etdiyi bir Hollandiya kəndi haqında yazacam.
Bir də Flixbus üçün 3 ədəd 20%lik voucher’lər var. Kimin bu yaxınlarda səfəri varsa mənə xəbər etsin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vuqar Ali

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s