Budapeşt, Vyana, Praqa turu

Salam. Səfər Budapeşt–>Vyana—>Praqa—Budapeşt. Biletləri səfər tarixinə yaxın aldığım üçün ucuz olmadı. 3 adam üçün gediş qayıdış təxminən 1080 $. Şəhərlər haqqında ətraflı postlar olub qrupda, ona görə də şəhərlərin görməli yerləri filan haqqında qeyd etməyəcəm. Budapeştdə hotel Peştin mərkəzində Deak Ferenc metrostansiyasının yaxınlığında idi, airportdan bu metronun yanına 100E avtobusla gəldik, Hotel: Gozsdu court apartament 3*. Həm yerləşməsi, həm təmizliyi, səhər yeməyi əla idi. (Amma book edəndə səhər yeməyinə əlavə ödəniş etmişdim). Mən uşaqla getdiyim üçün hotelin ya özündə, ya da bir addımlığında cafe restarauntun olmağı vacib idi. Budapeştdəki hotelin düz yanında MATKA adlı restoran vardı. Yeməklər dadlı, məkan isə çox təmizdi. (Ənənəvi yeməkləri gulaj çox dadlıdır), Budapeşti hop off hop on bus turla gəzdik. Big bus tour ən yaxşıdır.

69793688_2688043091228974_4403507222718447616_n

Budapeştdən öncədən aldığım flixbus biletlərlə Vyanaya getdik. (Bizim hoteldən Nepliget flixbus stationa M3 metro / olmayanda isə avtobusla getmək olur). Vyanada International Bus stationda düşdük (flixbuslar bəzən gecikir, biletləri daha gündüz vaxtı üçün almaq sərf edir). Əsas məsələ burda başladı))). Google map düşdüyümüz yerdən bizim otelə U3 və daha sonra U4 metro xətləri ilə getməyimizi göstərirdi. Düşdüyümüz yerdə isə ancaq U1 idi. U1-den U4-ə ordan da 31 nömrəli trainlə otelə gəldik. Otel: My next hotel Leo 3*. Təmizlik və səhər yeməyi, xidmət yüksək səviyyədə. Amma oteldə restoran fəaliyyət göstərmir, özü isə şəhər mərkəzindən təxminən 2 km məsafədə (uşaqlılar üçün problem ola bilər).

69767971_2688043611228922_208216041665331200_n

69385988_2688043761228907_3161440192959610880_n

69571509_2688043561228927_8409376013712097280_n.jpg

hhhhhhhhhhhhhhh.jpg

Vyanadan Praqaya da öncədən alınmış biletlərlə flixbusla gəldik. Praga Main railway stationda düşdük. Bus gecikdiyi üçün qaranlığa düşdük. Sonradan öyrəndim ki, həmin area safe deyilmiş (çoxlu alkaş evsiz vardı), ortadan iki tərəfli yol keçir (willsonova) və əks tərəfə yeraltı keçidlə keçirsən, (bu arada taxilər bizi hədəf götürmüşdü)) Google mapim dayanmşdı, roaming işləmirdi, otel 5 dəqiqəli məsafədə olsa da tapa bilmirdim. Sağolsun bir gənc cütlük (biri poland, biri alman) öz maplari ilə bizi otelə ötürdülər, Otel: şəhər mərkəzində Grandium Prague 5*. Xidmət, təmizlik, səhər yeməyi, restoranı çox yüksək səviyyədə. Praqadan geri Budapeştə qatarla qayıtdım. (hərçəndki qatarın əvəzinə bir başa flixbus seçib Budapeşt airportuna gələ bilərdim) qatar öz stopları ilə lap bezdirdi, Budapeştin Nyugati railway stationa gəldim, ordan yeraltı keçiddən keçib 9 saylı avtobusla Deak Ferenc metro stansiyasına, ordan isə 100E ilə airporta qayıtdım, Wizzairlə uçuş terminalı 2B. Vyana və Praqada tur istifadə etmədim (vaxt az olduğu üçün) özümüz gəzdik.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sunay Mustafayeva

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s