Malyorka adası – İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin “gem” sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.

69666172_2342880315767717_2644637111923245056_n

– ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.

🚗 Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma’da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz “RecordGo” şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi – 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız 

🌴 Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur “beach”-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.
🏖️ Mütləq gedilməsi gərəkən beach’lər : Cala D’or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells… Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.

69397937_2342881152434300_3679641178476642304_n
– Turistlərin çoxu almanlar və ingilislərdir.
– 💵Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.
🥳Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google’da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir 
– Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.

69536806_2342880565767692_6561433233295147008_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aydin Ahmadli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s