Mənfi və müsbətləri ilə Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.
Əgər gəncsinizsə və ya yaşınız çox olsa da ruhunuz cavandırsa, səyahət boyunca bol-bol əyləncə, dəniz, qum, günəş, tarix, müasirlik, möhtəşəm memarlıq görmək istəyirsinizsə

yaxın durun Barselona tam sizlik şəhərdir. Qrupda daha əvvəllər Barselonanın müsbət cəhətləri haqqında bir çox postlar paylaşılıb. Təəssüf ki, Barselonanın bir çox mənfi cəhətləri də olduğundan bügun hər ikisinə toxunacam.
Yazıya başlamazdan öncə dünya memarlığı tarixinin ən xüsusi adlarından biri olan Antoni Gaudi haqqında yazmaq istəyərdim. Gaudi olmasa bu gün Barselona yəqin ki, sıradan Avropa şəhərlərindən biri olardı. Onun yaratdığı möhtəşəm Sagrada Familia, Casa Vicens, Casa Batllo, Park Guell, Casa Milanı görmək üçün bu gün Barselonaya milyonlarca turist gəlir. Bu binaları çıxsaq Barselonada gəzib görməli çox az tarixi yer qalır. Maraqlıdır ki, 1908-ci ildən öldüyü 1926-cı ilə kimi həyatını Sagrada Familiaya ayıran bu insan 1926-da tramvayın altında qalıb yaralananda ona çox gec kömək göstərilmiş və 3 gün sonra xəstəxanada ölmüşdür.

69243202_493897414730068_4459556296823144448_n.jpg

1) Ucuz necə getməli – Kutaisidən Wizzair vasitəsilə Barselonaya ucuz bilet ala bilərsiz. Mən Barselonadan-Kutaisiyə bileti baqajla birlikdə 90 avroya almışdım. Baqajsız səhv etmirəmsə 50-60 avro idi. Yay sezonunda bilet qiymətləri bahalaşdığından bu sezon üçün 1-2 ay əvvəldən almağı məsləhət görürəm. Aeroport çox böyükdür, 2 terminalı var, low-cost təyyarələr terminal 2-yə uçurlar. Aeroportdan şəhərə metro-avtobus-qatar və taksi ilə gedə bilərsiz. Taksi bahadır, Ən rahatı “Aerobus” adlanan avtobuslarla şəhərə getməkdir. Qiyməti birtərəfli 5.90 avrodur. Espanyol və ya Katalunya meydanlarında düşüb otelinizə metro ilə və ya piyada gedə bilərsiniz.

2) İctimai nəqliyyat qiymətləri – Avtobus və metrolarda 1 gedişin haqqı 2.20 avrodur. Amma ən rahatı 10 avroya satılan T10 adlanan 10 gedişlik kartları alıb istifadə etməkdir. Beləcə 1 gediş cəmi 1 avroya başa gələcək. Əgər 2-3 nəfərsizsə hərənizə ayrıca 1 dənə T10 kartı almağa ehtiyac yoxdur. 1 kartdan hamı istifadə edə bilir. Əlavə olaraq deyim ki, T10 kartları aeroportdan gedən sarı xəttli metro və aeroport avtobuslarında keçərli deyil. Metro və avtobus sistemi çox rahatdır və öyrənmək çox rahatdır.

3) Müsbət cəhətlər- Şəhər çox əyləncəlidir. İnsanlar deyir-gülür, əylənir, burada bulvar hissəsində gəzdiyiniz zaman anidən qarşınıza sarı qumlu sahillər çıxır. Sahillərdə çimib günəşlənib insalarla qaynayıb qarışıb voleybol, futbol və digər maraqlı oyunlara qatıla bilərsiniz. Axşamlar publar dolub daşır. Şəhərdə gəzərkən məsələn selfi çəkmək istədikdə arxadan gələnlər kadra girir, əl sallayır, tullanır, əcaib formalara düşə bilirlər. Zara, H&M və bu tipli markaların hər yerdə böyük mağazaları var, qiymətlər ölkəmizdəki ilə müqaisədə daha ucuzdur. Bir sözlə əsl gənclik şəhəridir. Barselonadan 1 saatlıq məsafədə olan İbizaya, Mallorcaya Ryanairlə 10-20 avro ödəyib gedə, həmin adalarda əyləncənin pik həddinə çata bilərsiniz. Qatarla şəhərin 1 saatlıq məsafəsində yerləşən PoRT Aventura parkına gedib adrenilin manyakı ola bilərsiniz.

69124374_493898958063247_3191568061396156416_n

4) Mənfi cəhətlər-Barselonada qarşılaşdığım ən böyük mənfi hal oğurluq, soyğunçuluğun çox yüksək həddə olmasıdır. Hələ otelimizə ilk girişdə dəyərli əşyaları seyfdə saxlamağı, şəhərə çıxarkən üstümüzdə mümkün qədər az dəyərli əşya götürməyimizi məsləhət gördülər. İlk dəfə Katalunya meydanında metrodan düşdükdə insanların çiyin sumkalarını qabaqdan asdığını, qadınların çantalarını ikiəlli tutub gəzdiklərini gördük. Las Ramblas küçəsində yemək yeyərkən yanımızda olan çinli ailə telefonu stolun üzərində qoymuşdu. 1 saniyənin içində telefonu necə götürüb qaçdılarsa Çinlilər heç ayağa durmağa imkan tapa bilmədilər. Ona görə şəhərə çıxarkən üzərinizdə ən yaxşısı telefon və xərcləyə biləcəyiniz qədər pul götürməkdir. Qaranlıq düşdükdən sonra mərkəzi Las Ramblas küçəsində turist olduğu hiss olunan hər kəsə qaralar yaxınlaşıb narkotik almağı təklif edirlər.

-Növbəti mənfi cəhət otellərin çox baha olmasıdır. Demək olarki ən səviyyəsi ulduzlu otellərin günlüyü 100 avroya yaxındır. Hostellərin qiymətinə başqa ölkələrdə 3-4 ulduzlu otellərdə qalmaq olur. Yemək-içmək qiymətləri də cib yandırandır).

-Növbəti mənfi cəhət muzeylərə girişin çox baha olmasıdır. Əgər ora getmisinizsə Sagrada Familiaya mütləq girin. Amma digər muzeylərə girməsəniz də birşey itirmərsiniz.

-Nələri görməli və nə etməli-

1) Sagrada Familia – Dünyada bir hissəsinin tikintisi davam edə-edə başqa bir hissəsi remont olunan ikinci bir belə abidə varmı bilmirəm. 1882-ci ildən bəri tikilməyə başlayan, 137 ildir tikintisi davam edən, ağırlığı 200 min tondan ağır olan, bu möhtəşəm yer ölmədən öncə mütləq görülməli yerlərdəndir. 2026-cı ildə, Gaudinin ölümünün 100-cü illiyinə qədər tikintisinin bitməsi planlaşdırılır. Buraya baxanda insanın ağzının açıq qalmamağı mümkün deyil. Giriş qiyməti içərdəki muzeylərlə birlikdə 22-32 avro aralığında dəyişir.

2) Casa Milla və Casa Batllo- Hər iki bina Katalunya meydanından 10 dəqiqəlik məsafədə bir-birinin yaxınlığında yerləşir. Dalğalı sonsuzluq (∞) formasında tikilməsi ilə məhşurdur. Büdcənizə qənaət edirsinizsə hər iki binanı çöl tərəfdən görmək yetərlidir. İçəri tərəfdən elə də mütləq görüləsi bir şey yoxdur. Yenə də görmək itəyənlər üçün Casa Milla giriş qiyməti-22 avro, Casa Batllo-25 avro

3) Camp Nou turu- Xüsusən Barselona azakeşləri üçün mütləq gediləsi yerlərdəndir. Bir Real tərəfdarı olaraq içəri girməsəm də muzey və stadion turunun qiyməti səhv etmirəmsə 35 avro idi.

4)La Rambla küçəsi- Barselonanın mərkəzi küçəsi, Katalunya meydanından başlayıb dəniz sahilinə qədər davam edir. Küçənin hər iki tərəfindən alışveriş edib, restoranlarda günün yorğunluğunu keçirib keçən insanları izləyə bilərsiniz.

5)Mercat de la boqueria- La Rambla küçəsində yuxardan aşağı enərkən sağ tərəfdə böyük bir insanlar topluluğu görsəniz bilin ki, bu məhşur bazarın girəcəyidir. Hər cür ekzotik meyvələrin, fast food tipli yeməklərin, şirniyatların satıldığı yerdir. Əsasən ekzotik meyvələri kiçik parçalar halında 1-2 avroya satırlar. Heç Asiya turunda burda yediyim qədər ekzotik meyvə yeməmişdim. Başqa yerdə od qiymətinə olan kəsilmiş Longan, manqo, manqustin, pitaxaya, papaya, karamboladan az-az yeyib heç 10 avro xərcimiz çıxmamışdı.))

68943896_493898834729926_3899057799065239552_n

68918513_493898554729954_8683128089468731392_n

6) Barceloneta sahilləri – La Rambla küçəsindən aşağı enib sahil boyu gəzdikdə Barseloneta sahilləri qarşınıza çıxır. Dəniz, qum, günəşin keyfini çıxarıb, futbol voleybol oynayanlara və digər əyləncələrə qoşula bilərsiz. Sahil kənarında hər cür şərait, duş, soyunub-geyinmə otaqları, saxlanc yerləri var.

69268468_493896958063447_7709550451909197824_n

7)Park Guell – Düzü bura gözlədiyim kimi woow bir yer olmadı. Giriş qiyməti təxminən 8-10 avro idi deyə getmək olar.

8)Espanyol meydanı – Buraya getməklə Las Arenas Avm, Kral sarayı və sehrli hovuzu görə bilərsiniz. Poble Espanyol adlanan ispan kəndinə də mütləq səfər edin.

9)Montjuic və Tibidabo təpələri – Hər ikisinə səfər etməklə Barselonanı yuxardan izləyə bilər və gözəl təbiətdən zövq ala, Tibidabo təbəsində olan Müqəddən ürək kilsəsinə girə bilərsiniz.

10) Port aventura atraksion parkı – Sants qatar stansiyasından Port Aventuraya təxminən 1 saata gedə bilərsiniz. 1 günlük giriş haqqı 55 avrodur.

Bunlardan başqa Barselonada bir çox gəzməli görməli yerlər var. Sənət sevərlər Picasso muzeyinə gedə bilərlər. Şəhərdə bir neçə dənə 18+ muzeylər də var. Barselonaya gedib Tapas yemədən, içki içirsinizsə Cava və Vermut içkilərindən dadmadan gəlməyin.

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s