Misir bələdçisi – Şarm əl-Şeyx

Şarm əl-Şeyxdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Salamlar Gəzəyənlər və Gəzməyənlər.

* Şarm Əl Şeyx 1
Sizə səyahətimi bugün 17 avqust 2019 tarixində bitirdiyim çox qalmaqallı Misir səfərimdən qısaca **yazmaq istəyirəm. İlk dəfə belə bir post paylaşacağım üçün səhvlərim ola bilər, gəncliyimə verin 🙂

69064427_1578184448978810_2925528617326739456_o

Belə ki, 1 ay öncə Şarm əl Şeyx şəhərinə viza olmadığını öyrənər-öyrənməz həmən sevincək Pegasusdan bilet aldım. İstanbuldan gediş dönüş 1236 TL. Hazır Qurban bayramıdı, işdən də 2 gün illik iznimdən alıb 1 həftə qəşəycə istirahət edər, həmdə II Dünya möcüzəsi piramidaları görmüş olaram (Tac Mahaldan sonra) dedim özüm özümə!
Almağına aldım da bileti , sonradan bütün olaylar başladı, belə ki mütləq viza lazımdı deməyə başladı hamı. Qaldım necə edim. Ən salamatı sənədlərimi yığım gec olmamış səfirliyə gedim dedim. Çətinliklə də olsa Türkiyədəki səfirliyin qəbuluna düşdüm. (Səfirlik Bebek’de yerləşir, Beşiktaşdan dolmuşlarla gedə bilərsiz). Amma mənim viza alma məsələm yatdı, TC oturumunun bitişinə ən az 6 ay qalmalıdı , zatən 4-5 ay viza gözləyənləri görüb bu iş olmaz dedim. (Türkiyə ilə biraz siyasi problemlərindən dolayıdı deyilənə görə).

68745338_1578183945645527_5827868263840743424_o
Azərbaycandakı Misir Səfirliyinə zəng elədim, ordan da dedilər ki , əgər uçduğun aviaşirkət sənin uçuşdan saxlamayacaqsa Şarm əl Şeyxə gedə bilərsən (yəni biz qaranti vermirik)
Şok olmuşdum biraz haydaa , kimsə dəqiq məlumat vermirdi. Hətta bir neçəsi gedib aeroportdan geri deport olduqlarını deyirdilər. Çoxu da tur şirkətlərində işləyənlər -vizasız Şarma keçə bilməzsən, keçsən belə başqa şəhərlərinə milyon faiz keçə bilməyəcəyimi əminliklə bildirirdilər. Heç anlaya bilmirəm bu sırf tur şirkətlərinin qazancı üçün idi mi? Çünki turla gedərsən və ya mütləq Bakıdan və ya Gürcüstandan uçan turizm üçün nəzərdə tutulan təyyarə ilə uçsan problem olmaz, başqa ölkələrdən uçsan yenə geri qaytaracaqlarını iddia edirdi kimə soruşurdumsa.
Nə də Misir səfirliyinin saytında dolğun məlumat tapa bilmirdim.
Əl qərəz çarəsiz Babək’in 100/95 negatif rəylərnən uçuş günü gəldi çatdı.

68662322_1578184262312162_4941888056241160192_o
Amma görün deyilənlərin hər hansı biri gerçəkləştimi heç?!
11 avgust Sabiha hava limanından heç bir problemsiz Şarm əl Şeyx şəhərinə uçuşumu elədim. Təyyarədə immiqrasiyon blankımı alıb hava limanında (forumlardan öyrəndiyim kimi ) doldurdum (özünüzlə qələm mütləq götürün).
Viza üçün ödəmə kassasına yaxınlaşıb 25$ qarşılığında “nakleyka” tərzi vizamı aldım və pasportuma yapıştırdım. Sonra sıraya durub passport kontroldan heç bir sorğu sualsız çox rahat keçdim .
(Şarm əl Şeyx üçün gedirsizsə, əgər Sinai yarımadasınnan çıxmayacaqsızsa immigrasiya blanka “Sinai only” yazın. Və hərhansı ödənişə, vizaya gərək yoxdu.) Kontroldan sonra məncə mütləq elə hava limanında sim kart almalısız. 3-4 operator var. Mən 10$ qarşılığında (Etisalat operatoru) 18 gb internet + 300 dəq danışma aldım. Misirin təyyarə biletləri satılan saytından 50$ qarşılığında Qahirəyə biletimi online aldım (kassadan 2-3 dəfə ucuz).
Və sonrakı günlərdə Qahirə daxil heçbir problemsiz Misirin 5 böyük şəhərlərində oldum…

68888888_1578184325645489_8393644420385210368_o

Davamını da yazacam inşallah əgər istəsəz . Muzeylərin qiymətləri, turlar, taxi, ulaşım, market və s barəsində. Bu yazımı da səbirsizlikdən təyyarədə yazıram ).. Deməyim odur ki, hər deyilənə inanmayın , səyahət edin bol-bol .

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babək

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s