Malayziya – Kuala Lumpur bələdçisi

Kuala Lumpurdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Multikulturalizm deyirəm sizə 😁

Kuala Lumpur, Malayziya  🇲🇾🇲🇾🇲🇾

Şəhər əhalisi o qədər qarışıqdı ki, adam bilmir Hellonan başlasın söhbəti, yoxsa Namaste, yoxsa Ni Hao ilə. Əksəriyyət Malay, Malay – Çinlilər, Malay – İnduslar təşkil edir. Qalanlar isə digər Cənubi Asiya ölkələrindən gələnlərdir.
Bu özünü demək olar hər bir sahədə əks etdirir:
▪️Qarışıq mətbəx ( Sevdim )
▪️Din, adət-ənənə ( Bir küçədə həm məscid, həm buddhist temple, həm chinese templlar və s.)
▪️Dil. Rahat 3-4 dil bilirlər ( Malay, Çin, İngilis, Hindi )

4 günlük tur planımı qısaca təsvir edim. Getməmişdən, şəhəri o qədər araşdırmışdım ki, hava limanından çıxanda ( elə şəhərin özündə də ) yerli adamlarda olmayan rahatçılıq var idi 😂

 

69667695_10205816994180857_4745447719684800512_n

70004710_10205817026301660_5206422689798946816_n

Ənnn “babatı” online bron etdiyim hiking tour və Dining in the Dark restoranında şam yeməyi oldu.

▪️Dragonback hiking trek 🏞️
– Turun qiyməti 200 ringit ( səhər yeməyi, nəqliyyat daxil )
– Total hardasa 6 saat çəkdi.
– OpenSky limited şirkəti ilə götürdüm turu. Profesional uşaqlardı, heç vaxt hiking etməmisinizsə belə, sizə kömək edəcəklər.
Şəhərdən 40 dəqiqəlik yol sizi aparır meşəlik və dağlara. Pikdən açılan mənzərə bir tərəfdən sonsuz jungle və çaydı, digər tərəfdən Kuala Lumpurun göydələnləri. Dağa qalxmaq təxmini 2 saat vaxtınızı alacaq. Özünüzlə qurd-quşa qarşı spray, su, dəyişəcək paltar götürməyinizi məsləhət görürəm.

▪️Dining in the dark
Bu konsepsiya dünyanın bir çox şəhərlərində var, tam qaranlıq bir zalda, restoranda, gözdən əlil insanlar tərəfindən sizə göstərilən xidmətdir. Zülmətə daxil olmamışdan əvvəl sizinlə söhbət edirlər, hansı yeməklərə qarşı allergiyanızın olub olmamasını soruşurlar və içəridə sizi nələr gözləyir deyə başa salırlar. Amma yeməklərin tərkibini demirlər, yeyib qurtarandan sonra sizə blank verirlər, yediyiniz yeməklər barədə təxminlərinizi yazırsınız və daha sonra menunu artıq sizə göstərirlər. Hissiyyatınız və dad sensorlariniz nə dərəcədə yaxşıdı bilmək üçün əla bir şeydi məncə 😆
-Bir nəfər üçün set yemək 150 ringit (includs juice, salad, soup, main course, dessert ).

🏙️KL-da digər gəziləsi və məşhur yerlər:
• Petronas tower, KLCC park
• Bird’s Park ( Ekzotik quşları görmək şansınız olacaq ). Giriş 64 ringit
• Batu Caves. Giriş pulsuz
• Chinatown ( night market and food street )
• Jalon Alor, Central market ( Food street + night market)

68599729_10205817022661569_1308883174557745152_n

68867679_10205817023301585_3478301748819394560_n

69695884_10205817027141681_7909463587351953408_n

🥂🍻Nightlife:
Qəlyan və lounge abu havası sevənlər üçün
– Canopy rooftop bar
– Heli lounge
Hər ikisindəndə şəhərə, əsasən də Petronas towere inanılmaz mənzərə açılır. Minimal xərciniz 100 ringit olacaq hardasa, qəlyan və içki götürsəniz.

İçki demişkən, adi marketdə alkoqolun, sadə pivənin qiymətləri kəllə çarxdı… 4-5$ minimum 330ml üçün. Bu siyasət adamı lap müqəddəsləşdirir 🙄

🚖🚆🚊Nəqliyyat çox əlverişlidir. Taxi üçün GRAB app-i məsləhətdir (şəhər içi 6-15 ringit), metro (2-3 ringit) və avtobus (1 ringit) şəhərin hər bir istiqamətinə var.

Qaldığım otel Greyston Haus at d’Majestic place. (1 gecə= 25$, breakfast + rooftop swimming pool included).

4 gün üçün total xərc: 270 $ ( təyyarə bileti xaric ). Visa free.
Otel bronu: trip.com Tur plan: TripAdvisor.com

P.S. Currency 100 ringit = 23.8 $

69580641_10205816994420863_5663108018376540160_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Hasan Mammadov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s