Nepal bələdçisi – Katmandu

Katmandudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.
Nepalın paytaxtı Katmandu 3 ayrı hissədən ibarətdir : Katmandu, Baktapur və Patan. Biz Katmandu və Baktapurda vaxt keçirdik.

Nepalda kasıblıq yüksək dərəcədədir, elektrik demək olar ki, şəhərin əsas mərkəzi ərazilərində əlçatandır, əksər hissələrində gün ərzində 2-3 saat elektrikə çıxış olur. İnsanların kasıb olmasına baxmayaraq getdiyimiz hər yer demək olar ki, təhlükəsiz və etibarlı idi, hər hansısa bir problemlə rastlaşmadıq.

68961891_2357378031246963_7481480601795559424_o

Katmandunun mərkəzi Tamel (Thamel) adlanan ərazidir, müxtəlif restoranlar, otellər, alış-veriş mərkəzləri burada yerləşir. Qiymətlər normal sayıla biləcək dərəcədədir, məsələn biz böyük ölçülü pizza və içkilər üçün 1000 rupi (10$) ödədik. Nepala gedib pizza yemək? Bəli, mən onların yeməklərini və yeməklərindən gələn ətri heç sevmirəm, görünüşü belə çox qəribədir, adamın iştahı rahat şəkildə bağlanır, təkcə meyvələrini xoşladım, fərqli meyvələri normal qiymətə əldə etmək mümkündür, məsələn banan burda tək tək satılır, 12 banan üçün 120 rupi təxminən 1$ ödəyə bilərsiz. Geyimlərə ümumiyyətlə yaxın getməyin, çünki keyfiyyəti normal deyil, qiymətləri isə o keyfiyyətə görə dəhşət bahadır.

Nepalda qalmaq üçün fərqli seçimlər var, məsələn oteldə qalmaq istəsəniz 3 ulduzlu otellərin qiymətləri 24$-dan başlayır, 3 ulduzlu dediyimə baxmayın, hər biri olduqca səliqəli, təmiz və maraqlı otellərdir. Əgər otelin qiymətləri sizi razı salmasa günlük evlər var, qiymətləri 10$-dan başlayır, səhər yeməyi daxil və əlavə olaraq ailələr sizi çox mehriban qarşılayacaq, axşam çayına dəvət edəcəklər, yeməklərini sizinlə bölüşəcəklər, sizin rahatlığınız üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bir sözlə oteldə qalmasanız ürək rahatlığı ilə bu evlərdən birini seçə bilərsiz. Katmandunun mərkəzində, hava limanına yaxın ərazilərdə evlər kirayələsəz sizin üçün daha rahat olar.

Xalq həqiqətən də çox kasıbdır, ancaq buna baxmayaraq bizim ölkədəki kimi hər şeydən şikayət etmirlər, daima gülüb oynayırlar, ətrafa müsbət enerji saçırlar. Söhbət zamanı bir dəfə belə olsun hər hansısa bir problemi dilə gətirmirlər.

69219467_2357395607911872_7183085227760156672_o

Gəldik məbədlər hissəsinə…

Katmanduda 1000+ məbədlərlə rastlaşa bilərsiz, insanlar hər şeyə inanır, daşa, torpağa, kağıza, fərqli kuklalara, maşına, inəyə və s. Ancaq bunların içində ən maraqlısını deyim sizə, sonra keçid alım Meymun məbədinə.. Deməli, söhbət əsnasında məlum oldu ki, insanlar reyhana da ibadət edirlər, hər iki rənginə, iyun ayında yetişdirməyə başlayırlar, bu aydan etibarən hər gün 15 dəq. ərzində ibadət edirlər, qadınlar ümumiyyətlə ibadət məqsədi ilə istifadə olunan reyhana toxuna bilməz, kişilər toxunub qoparmaq istəsələr əgər ehtiyatlı şəkildə bunu edib, sonra bananın arasına qoyub birbaşa udmalıdırlar, əks təqdirdə icazə yoxdur. Və mənim üçün ən gülməlisi və maraqlısı bilirsiz nədir? Noyabr ayında bu reyhanlar üçün toy edirlər, elə belə toy yox həm də, festival şəklində həyata keçirirlər, insanlar bu günləri bayram edir…

İbadət olunan reyhan

Katmanduda ən məşhur Məbədlərdən biri Swayambhunath – Meymun Məbədidir, adından da göründüyü kimi ərazinin 4 bir yanı meymunlarla əhatə olunub, rahat şəkildə gəzirlər, el dilində desək “at oynadırlar” . Açıq ərazidir, çox böyük və çox genişdir, ancaq açıq ərazi olmasına baxmayaraq meymunlar çoxdu deyə ərazidən qəribə qoxu gəlir və bu qoxu sizi narahat edə bilər. Yuxarılara qalxdıqca fərqli məbədlərlə rastlaşacaqsız. Qəribədir ki, burada itlər də meymunlar qədərdir, hətta bələdçidən itlərə də ibadət olunub olunmadığını soruşdum, bu ərazidə ibadət etmirlər, ancaq itlərə toxunmurlar. İndi təsəvvür edin qoxunu : Meymunlar + İtlər + zibillənmiş ərazi və yemək qalıqları. Sadəcə bu qoxunu yaxından hiss etməyinizi sizə arzulayıram  Əlavə olaraq, bu məbədlərdən heçnə almayın, çox çox çox baha satırlar, şəhər mərkəzində 1000 rupiyə ala biləcəyiniz suvinerləri burda sizə 12000 rupiyə sata bilərlər, biz almaq istəyirdik, bələdçimiz sağolsun,icazə vermədi alaq, dedi daha ucuz tapa bilərsiz.

69265670_2357395227911910_7670915065008095232_o

Katmandunun digər mərkəzi Baktapur – şəhər mərkəzindən 40-50 dəqiqə aralıda yerləşir, ancaq nəzərə alın ki, şəhərdə işıqforlara fikir verən yoxdur, insanlar necə gəldi maşın sürür və biri digərini gözləmir, bu səbəbdən 1 saat ərzində fərqli, adrenalin dolu anlar yaşadıq, ancaq gedib o əraziləri gördükdən sonra düşünürəm ki, buna dəyərdi. Baktapura giriş bileti turistlər üçün 15000 rupi (15$) təşkil edir.

Baktapur fərqli məbədləri özündə birləşdirir, gəzdikcə tarixi məkanlardan, fərqli məbədlərdən zövq alacaqsız, ancaq təəssüf ki, zəlzələlər vaxtı mərkəzdə bir çox məbədlər və fərqli tarixi məkanlar dağılıb, bəzi yerləri hazırda təmirə bağlıdır, çalışırlar ki, həmin yerləri təkrar bərpa etsinlər. Tibetin ənənəvi boyama sənəti olan thanka burada hələdə yaşadılır, əlavə olaraq dulusçuluq sənəti də thanka qədər məşhurdur.

55 Pəncərəli Saray

Məşhur 55 pəncərəli kral sarayı burada yerləşir, turistlərə açıqdır, ancaq bəzi hissələri var ki, ora giriş edə bilməyiniz üçün əlavə ödəniş – təxminən 500 rupi tələb olunur. Sarayın içində şəkil çəkməyə icazə verilmir, kralın ibadət etdiyi məbədə baxmaq üçün ayaqqabılarınızı çıxarmalı, üzərinizdə fotoaparat, telefon və su varsa onları girişdə əmanət etməlisiz, əks təqdirdə içəri daxil olmağa icazə verilmir.

Kral sarayından sonra Durbar meydanında fərqli məbədlərlə rastlaşacaqsız, olduqca cəlbedici fiqurlar, fərqli heykəllər zövqünüzü oxşayacaq. Hər biri ilə mütləq şəkil çəkdirməlisiz

Vəəə… sizə danışım məşhur Baktapur Yoqurtundan… Bələdçi turun əvvəlindən sonuna kimi dirəşdi ki, burda yoqurt başqadır, çox məşhurdur, olduqca dadlıdır, təriflədi, təriflədi və sonda razılaşıb hərəmizə bir ədəd aldıq. Bildiyimiz qatıq + şəkər= Məşhur Baktapur Yoqurtu… Buna görə 12 dollar ödədik  Dəyərdimi? Yox əlbəttə

Uzun oldu deyə üzrlü sayın

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mahbuba Musayeva

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s