Ev heyvanları ilə səyahət

Salam, əziz Gəzəyənlər!

Qrupda bir neçə dəfə pişiklə səyahət etməklə əlaqəli sual gördüyüm üçün istəyirəm əliuşaqlılar üçün bir post paylaşım. Qeyd edim ki, biz AZAL istifadə etməli olduq, ancaq tələblər THY-də də eynidir. Fərqləri budur ki, AZAL-ın ödəniş əsaslı çəki və ölçü alternativi daha çoxdur. Başladıq!

69295326_2381342052131671_6472008114362122240_o

🐾 Azərbaycana pişiyinizi gətirmək istəyirsinizsə, məsləhət görərdim ki, iki ay əvvəldən yavaş-yavaş hazırlıqlara başlayasınız ki, son günlərdə nə özünüzü, nə də uşağı stressə salmayasınız. Həmin iki ay sizə çox rahat şəkildə uşağın lazımlı bütün peyvəndlərini tamamlamağa çatacaq – hətta nəzərə alsaq ki, elə peyvəndlər var ki, onların arasında bir həftə vaxt olmalıdır.
🐾 Azərbaycan Avropadan fərqli olaraq titration nəticəsi istəmir, ancaq quduz nəticəsi istəyir. Titrationun nəticəsi 3 aya gəlir, quduz isə 5 dəqiqəyə vurulur.
🐾 Veterinara ölkə dəyişəcəyinizi deyin ki, o, sizi uşağın ümumi sağlamlıq vəziyətinə görə yönləndirsin. Həm də axırda sizə ölkədən çıxış üçün, “səyahət üçün uyğundur” təsdiqi verməlidir.
🐾 Totalda lazım olan sənədlər
° Uşağın passportu – içində bütün sağlamlıq keçmişi olur – peyvəndlər. Bütün medikal arxivi.
° Sağlamlıq sertifikatı
° Ölkədən çıxışı üçün təsdiqlənmiş və veterinar tərəfindən verilən sənəd

🐾 Bileti almadan əvvəl səyahət etmək istədiyiniz reys haqqında zəng edib havayolu şirkətindən soruşun ki, həmin reys pişiklər üçün uyğundur ya necə. Kabində ancaq eyni növdən iki heyvan gedə bilər. Ola bilər həmin reysdə sizdən əvvəl kimsə qeydiyyat aparıb uşağı üçün. Bu kimi riskə görə zəng edərək əvvəldən öyrənin. Sonra bileti alın. Bileti aldıqdan sonra təkrar zəng edib pişiyinizi qeydiyyatdan mütləq keçirin.
🐾 AZAL box/qəfəslə birlikdə 8 kq-a qədər olan bir pişiyin kabinə keçməyinə icazə verir. 8 kq-dan artıq olan pişikləri isə heyvanlar üçün xüsusi bölməyə göndərir. Əgər pişiyiniz xüsusi bölməyə getsə, onun vəziyəti haqqında soruşub maraqlanmaq haqqınız var və bunu edin.
🐾 Boxla birlikdə 8 kq-a qədər olan pişik üçün havalimanında, check in zamanı 60$ ödəməlisiniz. Check in zamanı özləri sizi ödəməni etməli olduğunuz yerə, AZAL-ın ofisinə yönləndirir. Oradan aldığınız qəbzi yenidən check in-dəki işçilərə verib, qeydiyyatı tamamlayırsınız.
🐾 Pişiyin cinsinin ölkədən çıxmağa uyğun olub olmadığını əvvəlcədən kontrol edin.
🐾 Quduz ( şərtdir), daxili və xarici parazit, karma ( Azərbaycan dilində qarşılığını bilmirəm, Türkiyədə karma desəniz onsuz da veterinarınız onu edəcək) və lösemi etdirməyiniz məsləhətdir. Parazit peyvəndlərinin arasında 3-4 gün olur. Bir həftə sonra karma, bir həftə sonra isə lösemi etdirə bilərsiniz.
🐾 Uşağa bitki tərkibli sakitləşdirici verə bilərsiniz ki, yolda çox qorxmasın. Veterinarınızla birlikdə dozasını müəyənləşdirə bilərsiniz. Biz 2 saat əvvəldən verdik, ancaq kaş 3-4 saat əvvəldən verərdik. Yola çıxmadan 6-7 saat əvvəl yemək verməyi dayandırın ki, yolda qusma riski azalsın.
🐾 Əgər boxdan nifrət edən pişiyiniz varsa yola çıxmadan bir-iki ay əvvəl səyahət edəcəyi qəfəsi açın evə qoyun ki, içinə girib çıxmaqla ona öyrəşsin.
🐾 Veterinardan səyahətə çıxacağınız gün qəfəsin içinə sərməyə bez götürün.
🐾 Yanınıza ödül çubuğu deyilən o dadlı, yeməli çubuqdan götürün ki, arada pişiyinizə verəsiniz ( çox olmamaq şərtiylə).
🐾 Havalimanında check in-i nə qədər tez etsəniz o qədər xeyrinizədir. Hətta yerinizi ən öndən və ya dəhliz tərəfdən seçin ki, səyahətiniz rahat keçsin. Biz check-ini çox gec etmişdik deyə ən arxa və orta sırada oturmalı olmuşduq. Pişiklə orta və pəncərə tərəf qəti rahat deyil. Çünki qəfəsi qucağınıza almalı olsanız, bu yerlərdə ala bilməyəcəksiz, daha geniş yer lazımdır. Xahiş edərək dəhliz tərəfdə oturan şəxslə yerimi dəyişmişdim və qəfəsi qucağıma alıb yol boyu uşaqla kontakt halında qaldım ki, stressi azalsın.
🐾 Qəfəsiniz plastik olsa mütləq qəfəsin qapısının açılıb açılmadığını kontrol edin. Bizdə qəfəslərdən biri təzyiqdən açılmışdı, qəfəs qucağımda olmasa və xəbərim olmasa uşaq rahatlıqla çölə çıxa bilərdi. Təyyarə endikdən sonra qəfəs normal ölçülərinə qayıtdı. Ümumiyətlə, məsləhət görərdim ki, uçuş zamanı uşaqla max. kontaktda qalın. Bu, ona yaxşı təsir edir.
🐾 Bakıda heç kim pişiklərlə bağlı nəsə tələb etmədi.
🐾 Bizim box təyyarədə oturacağın altına sığmadı, baxmayaraq ki, ölçülər eyni idi. Amma sığsa da rahat olmazdım uşağı yerdə aparmağa:))
🐾 Havalimanında X Raydə deyirlər ki, pişikləri çıxarın. Ancaq siz desəniz ki, çıxartmaq olmaz, qaçar, qorxur və s. Polisi çağırırlar, ona vəziyəti izah etsəniz insiyatif alıb qəfəsdən çıxartmadan normal keçirirlər. Şansınızı sınayın. 
🐾 Bir də gözəl dostluqlar qurun və onların dəyərini bilin. Könül Məmmədova olmasaydı nə iki balamı özümlə bu qədər rahat gətirə bilərdim, nə də bu səyahət bu qədər rahat keçərdi. Yolda əlindən gələn bütün dəstəyi verdi ki, səyahət həm yavrularım, həm mənim üçün rahat keçsin. Gözəl Könül, bir daha çox sağ ol! Allah uşağının quru, yaş mamasını, oyuncaqlarını, ödül manalarını heç vaxt əksik etməsin! ❤️

🐾 Bu qrupdan da mənə kömək təklif edən dostlar, hətta bir neçə prosedura haqqında kömək edən dostlar oldu. Hamınız çox sağolun! ❤️
#pişikləsəyahət

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Leyla Hasanova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s