Auschwitz – Ölüm kampı

Auschwitz. Digər adıyla ölüm kampı.

1942-ci ildən etibarən Avropanın fərqli ölkələrindən Yəhudilər toplanaraq Auschwitz’ə və daha sonralar inşa edilən Birkenau (daha geniş əraziyə malik olan 2-ci kampa) göndərilirdi. Bu kamplara təxmini olaraq 1 milyon 300 min Yəhudi, 150 min Polyak, 23 min Roman, 15 min Sovet müharibəsində əsir götürülmüşlər gətirilmişdi. Öncələri kamplara daxil olanların qeydiyyatı üçün şəkilləri çəkilsə də bu metodun xərcli olması səbəbindən daha sonralar hər kəsin tattoo ilə qeydiyyata alınmasına qərar verildi.

68682895_10211616701133470_1627234757651726336_n

67925406_10211616700933465_8734004034379186176_n

Auschwitz’ə gətirilənləri öncəliklə SS həkimləri tərəfindən qruplara ayrılırdı:

Məcburi və ağır işlərdə çalışdırılmağa yararlı olan fizikən güclü olanlar (qidaların çatışmamazlığı səbəbindən onların gücləri tez tükənir, daha sonra da ya donaraq, ya iş qəzasında ölürdülər),

Üzərində vəhşicə tibbi sınaqlar keçirməyə yararlı olan qadınlar və uşaqlar (daha ağrılı ölümlərə tabe tutulanlar). ‘Auschwitz’in Əzraili‘ olaraq adlandırılan Josef Mengele SS həkimlərindən biri idi (daha sonra qaçaraq Braziliyada həyat qurur və əcəldirmi bilinməz dənizdə üzərkən ölür).

Heç bir məqsəd üçün yararlı olmayanlar isə öldürülmələri üçün qaz otaqlarında və ardından isə cəsədlərin yandırılması məqsədi ilə krematoryuma göndərilidirdi.

Saxlama kampının ilk və ən uzun müddət xidmət edən komendantı olan Rudolf Höss saxlanılanların öldürülməsi üçün zəhərli Zyklon B təmin edilməsini əmr edir. Əslində bir dezinfeksiya maddəsi olan Zyklon B, qapalı məkanda (qaz otaqlarında) yaydığı buxarla dəqiqələr içində ölümə səbəb verirdi.

68536351_10211616709213672_1094529246669307904_n

Sağ qurtulanların dediklərinə əsasən: SS zabitləri saxlanılanları ölümə göndərərkən “biz sizi digər və daha yaxşı şəraiti olan kampa göndəririk deyib ölüm yoluna yollayırdı və nəticədə qarşıdurma yaranmırdı.

68505372_10211616704893564_2995558583074029568_n

Bununla yanaşı qaçmağa cəhd edənlər və ya daha ağır cinayətlərdə təqsirli bilinənlər üçün Aushwitzh-də ölüm divarı (shooting wall) və kampın mərkəzində yerləşən dar ağacları var idi və bu qətillər kütləvi şəkildə hər kəsin gözü önündə icra edilirdi.

1944-cü ilin sonlarına yaxın kamplarda baş verən kütləvi qətliamların gizli çəkilmiş şəkilləri Londona göndərilmişdi və artıq kamplarda olan bitənlərdən digər ölkələrin də xəbəri var idi. Sovet qoşunları 1944-cu ildə Aushüitzhə hücumə keçərkən SS zabitləri kampta yerləşən qaz otaqlarını partladaraq öz cinayətlərini ört basdır etməyə çalışdılar.

68858001_10211616707573631_7813713330211651584_n

68517883_10211616710173696_5016682274591080448_n

Bizə bələdçilik edən xanım Polşa əsilli idi və hər gündə 2 tura rəhbərlik etməsinə baxmayaraq baş verənləri danışarkən səsi titrəyir, gözü dolurdu. (ərazidə 200-ə yaxın bələdçi var). Bələdçilərin tur iştirakçılarını partladılmış qaz otaqları tərəfə aparmalarına rəhbərləri tərəfindən izacə verilmir. Buna səbəb isə qaz otaqlarına yaxınlaşdıqda qoxunun hələ də insana zərər verəcək səviyyədə olmasıdır. Yəni gündə 2 dəfə tura rəhbərlik edən bələdçinin bir müddət sonra səhhətində çətinlik yaşaması ehtimalı mövcuddur. Biz özümüz getmək üçün izacə aldıq və həqiqətən də qoxudan qaz otaqlarının yanında çox dayana bilmədik.
Əldə etdiyim təcrübə və məlumatları aşağıda təqdim edirəm:
Gediş: Saat 06:55-də Krakow hava limanından Aushwitzh istiqamətinə Flix bus vasitəsi ilə gedə bilərsiniz.
Qiymət: 3 USD Çatma müddəti : 1 saat.
Saat 08:00-dan növbəyə durduğumuz halda belə kassaya çatdığımızda saat 09:45 idi. Bileti Online da əldə edə bilərsiniz lakin giriş saatından 20 dəqiqə öncədən orda olmalısınız.
Tur başlama saatı : 10:45-də ingilis dilli bələdçi ilə başlayan tur təxmini 15:00-a qədər davam edir.

Bilet qiyməti : 55 PLN (zloty)

Not: Saat 08:30 –a kimi kassaya yaxıınlaşa bilsəniz free ticket əldə etmiş olursunuz və istəsəniz bələdçi olmadan əraziyə daxil ola bilərsiniz. Çox mənbələrdə free ticket saat 10:00 a kimi göstərilib lakin bunun belə olmadığını kassada bildirdilər.
Ortalama günlük ziyarətçi sayı : 10 000 nəfər
Əraziyə daxil olarkən yalnız 30x20x10 ölçülərində çanta ilə daxil ola bilərsiniz. Və ya 4 PLN ödəyərək əşyalarınızı luggage storage a təhvil verə bilərsiniz.

#Auschwitz – Never again!”

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Farid Abilov

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s