6 şəhəri ilə Misir bələdçisi

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

🇪🇬 Bugün sizə söz verdiyim kimi Misirə səyahət öncəsində və sırasında işinizə yararlı ola biləcək bir neçə məlumat vermək istəyirəm.68595738_1580298775434044_6038766456747851776_o

Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq. Su marketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).
Turları yol kenarlarında olan acentalardan alın. Hır hansı bir turu 50$ dan 25$ a qədər endirtə bilərsiz.Əsasən rus və ingilis dillərində olur.
Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar.
Hotellər çox da bahalı deyil. Ulduzlarına aldanmayın, çoxvaxt pul qarşılığında alırlar. Qiymətləri booking.dən daha ucuz ola bilir.

Viza

Azərbaycan vətəndaşları üçün Misirə viza lazımdır. Təkcə Sinai yarımadasına viza gərəkmir ( yarımadada Şarm əl Şeyx ən çox tərcih edilən turizm şəhəridir)

1️. Vizanı səfirlikdən 2-3 gün içərisində əldə edə bilərsiz ( Ünvan: Həsən Əliyev, 7, Bakı, Nəsimi, AZ1078 ,Telefon: (+994 12) 498-79-06.

2️. Vizanı Şarm əl Şeyx aeroportunda əldə edə bilərsiz. Bunun üçün migrasiya blankını şəkildə göstərildiyi kimi doldurun. Blankı təyyarədə vəya hava limanından əldə edə bilərsiz. Mütləq özünüzlə qələm götürün. Daha sonra sol tərəfdə kiçik banka pəncərəsi görəcəksiz , ora 25$ rüsum ödəyərək vizanı alın( mütləq dollar vəya pound ayırın, dollar məsləhətlidi). Nakleyka kimi birşeydi, onu pasportunuzun bir səhifəsinə düzgün şəkildə yapışdırın. Migrasyon talonu ile bərabər kontrola gedin. Vəssalam, sizə Misirin hər yerinə yaşıl işıq bundan sonrası.

68782071_1580299545433967_6355335761557979136_o

3️. 24 saat sonra Qeydiyyat lazımdı deyəcəklər, yoxsa cəza ödəyəcəksiniz -inanmayın. Sadəcə 7 gündən çox qalsanız lazım olur.

Nəqliyyat vasitələri

1️. Təyyarə bileti

https://www.skyscanner.net/

https://www.google.com/flights/

Mütləq bu saytlara baxın , “online ala bilmərəm , anlamıram “deyə tərəddüd etməyin. Burdan alınan biletlər Çox sərfəlidir. Məsələn mən Şarmdan Qahirəyə uçuşa 3-4 saat qala bilet aldım cəmi 49 $ , amma kassada 100$ idi miminal qiymət.

Azərbaycandan səhv etmirəmsə charter reysi Kazaxıstanın SCAT airlines şirkəti tərəfindən həyata keçirilir.

2️. Avtobus

– Misirdə şəhəriçi avtobuslar , (dolmuşlar)mikroavtobuslar ortalama 2-7 pound arası dəyişir.Şarm əl Şeyxdə şəhər içi mikrobuslar hər 2-3 dəq var. Məsələn Qahirədəsizsə və Piramidalara özünüz getmək istəyirsizsə 2 axtarma ilə gedə bilərsiz. ( Qahirə- Giza 4 funt, Giza- Harem 3 funt)

69263718_1580299085434013_8224035289987809280_o

– Ölkədaxili bir neçə şirkət var; Elnagem Jet, Blue Bus, Go Bus, Super Jet və s. Mən Go Bus istifadə edirdim, həm mobil uygulaması var, biletinizi ofislərindən vəya online əldə edə bilərsiz .Çox rahat kondisionerli avtobuslardı. Məsləhətdir.
– İOS : https://appsto.re/eg/9Rpb2.i
– Android : https://play.google.com/store/apps/details…

3️. Metro

Metro paytaxt Qahirədə ən vacib nəqliyyat vasitələrindən biri sayılır. Toplamda 3 xətdən ibarətdir. Metroları mən deyərdim ki ən rahat nəqliyyat vasitəsidir həqiqətəndə, çünki kondisionerlidi , bu da Misir kimi isti ölkədə cənnət kimidi 🙂 Metro kartı almağınıza dəyməz əgər orda uzun müddət qalmayacaqsızsa, çünki bahalıdır. Onun yerinə tək gedişlik biletlər alın , qiyməti stansiya sayına görə 3-10 funt arası dəyişkənlik göstərə bilir.

4️. Taksi

Əgər turla getməmisizsə daha çox taksiyə ehtiyac duyacağınızı düşünürəm. Heç də sizi qorxutmasın 🙂 Çünki burada taksilər çox çox ucuzdu. Yaxın yerlərə 10-20 funt arası gedə bilirsiz. Əgər gedəcəyiniz yer biraz uzaq sayılarsa o zaman ən sərfəli bildiyim taksi şirkəti Careem-dir, ondan sonra Uber.
Careem taksi xidmətində mobil uygulamaya diqqət yetirsəniz görərsiniz ki kampaniyalar mövcüddur. Məsələn 49 funt hesabınıza yükləsəniz, sonrakı 2 gün ərzində istifadə edəcəyiniz 5 taksi xidmətinin hər birinə görə 30% endirim alacaqsınız kimi kimi.. Misir nömrəniz olmalıdı amma. Aşağıdakı linkdən endirmə eliyə bilərsiniz
https://www.careem.com/en-ae/

*** Şarm əl Şeyxdə işləmir

5️. Qatar

Misirdə qatar məsləhət görmürəm heç 🙂 Çünki turistlər üçün aşırı bahalıdı. Yatılı və oturaq , hətta onlar da klass’-larına görə qiymət dəyişkənliyi göstərə bilir. Əlavə məlumat və qatar reyslərinin saat, qiymətləri üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://enr.gov.eg/ticketing/public/login.jsf

6️⃣ Fayton & Dəvə & At ( Qahirə)

Əgər Gizada Piramidaları piyada yox məhz Faytonla gəzmək istəyirsizsə saatı (bax unutmayın ha Saat başı işləyirlər) 100 funtdan razılaşa bilərsiz. Əslində sizə qalıb bəlkə daha ucuza danışarsız 🙂
Dəvəyə də standart qiymət yoxdu , öncədən qiymət danışa bilsəz daha məsləhətdi.
Atlarla da yürüyüş vardı , amma qiymətini bilmirəm , dedikləri qiymətlə heçvaxt razılaşmayın. Əllərindən gəldiyi qədər çox istəməyə çalışacaqlar.

Mobil Operatorlar

Yeni sim kartınızı elə hava limanından ala bilərsiz. Çalışın tək internet paketi olan nömrə almayın, çünki taksi, avtobus , tur və s. Kimi bir çox servis xidmət və qeydiyyat zamanı Misir nömrəsi tələb oluna bilir. Mən bildiyim operatorlar isə aşağıdakı şəkildədir.

69327400_1580299338767321_1935056936361787392_o

1️⃣ Orange Egypt (Mobinil, ECMS)

2️⃣ Vodafone Egypt.
Deyəsən ən bahalısı vodafone’dur. Amma keyfiyyətiylə düz mütənasib olub olmamasını istifadə eliyənlər deyə bilər.

3️⃣ Etisalat Misr.
Mən rastgələ Etisalat simkartı aldım. 10$ a – 18 GB internet + 300 dəq. danışıq. 4G həryerdə tutmur. Ümumi götürəndə işimi gördü.

4️⃣ Telecom Egypt.
Ən ucuzu Telecom olmalıdı.

Pul vahidi – Exchange

1️⃣ Nəğd olaraq Amerikan Dolları götürün özünüzlə. Mümkünsə 100-lük əskinaslarda deyildə ; 5$, 10$ , 20$ əskinaslar şəklində.

2️⃣ Bank kartları da çox yerdə demək olar ki keçir. Taksi, avtobus, təyyarə biletləri booking eləmək üçün “confirmation sms” istəyə bilər. Ona görə ölkədən çıxmadan bankınızda qeydiyyatda olan nömrənin roamingini ölkədən çıxmadan öncə aktiv hala gətirməyi unutmayın.

3️⃣ Əsas məsələ , EXCHANGE məsələsi , nəbadə “sağda solda” change eləməyə çalışasız. Sizdən komisyon yox deyib komisyon da kəsərlər. Ən sərfəlisi bankamatikdən pulu dəyişməkdi. BANQUE MISR bankamatikləri şəhərin çox yerində var.

Market və Turlar :

Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq.

1️⃣ Marketlərin içərisində ən normal qiymət Carrefour’dadı. Məsələn : Ən çox ehtiyacınız olan Su merketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).

2️⃣ Turları yol kenarlarında olan acentalardan alın. Məsələn mən , Hurghada Luxor hərşey daxil turu 50$ dan 25$ a qədər endirtdim, həqiqətən də razı qaldım. (Viber: +201277288408)

3️⃣ Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar. Tur’la getdiyiniz suvenir və s dükanlar faiz aldıqları üçün bahalıdı, aldanmayın.

Şəhərlər

1️⃣ Şarm əl Şeyx
Misirin Sina Yarımadasında dünyaca çox məşhur turizm şəhəridi. Ən çox dənizaltısıyla, safari və çimərlikləriylə məşhurdu. Ailəvi istirahət üçüb ideal yerdi məncə. Passiv istirahət sevənlərin tam məkanıdı.

2️⃣ Qahirə
Misirin paytaxtı – Ərəb dünyasının və Afrikanın ən böyük şəhəridi. Əhalisinin sayı 10 milyona yaxındı. Qahirədə görüləcək yerlər çox olmasa da tam yanında- Giza şəhərini dünyaca Piramidalarıyla məşhurdur. Giriş ödənişlidi.

68502671_1580298748767380_6135979038583291904_o

3️⃣ İskəndəriyyə
Günümüzə qədər gəlib çıxmasa da, dünyanın ilk və ən hündür mayakı sayılan İskəndəriyə fənəri və Misirin ən Böyük tarixi kitabxanası kimi bir çox tarixi yerləri burada yerləşir.

4️⃣ Luksor
Mənim üçün 1 ci sırada olmalı bir şəhər , əslində sıralamanı rastgələ eləmişəm. Sadəcə azacıq bilgi xatirinə. Deməli Luksor da Tarixin ilk və Tək qadın Firavonu Hatşepsutun büstü, uca Memnon heykəlləri,Böyük Hipostil Salonu, Karnak və daha nələr nələr var. Sadəcə 4 göz lazımdı seyrinə. Piramidalardan sonra mı öncəmi görüləcək yer deyim bilmədim. Giriş biletlə ödənişlidi.

5️⃣ Hurghada
Misirin tətil cənnəti deyilə biləcəyimiz bir yer. Əsas da denizi , qumsalı. Ən az 4 gün burda qalıb dincəlməlisiniz .Misirin ən böyük 2. Şəhəridi səhv eləmirəmsə. 35 km ə yaxın sahili var, amma çoxu ödənişlidi 🙂

6️⃣ Asvan
Nubian kəndi çox maraqlı gələ bilər sizə. Rəngarəng evləri ilə çox fərqli bir yerdi, çizgi filmini xatırladır 🙂
Abu Simbel Məbədi 4 saat uzaqda olsa da vaxtiviz varsa ziyarətinə dəyər.

69028883_1580299608767294_1363196703917735936_o

Muzeylər və Giriş qiymətləri
-Tələbə kartınız varsa mütləq özünüzlə götürün. Bütün muzeylərdə 50% endirim olacaq.
***Aşağıdakı qiymətlər tələbələr üçündür.

1️⃣ Valley of the Queens | Luxor (50 EGP)

2️⃣ Al-Deir Al- Bahari Temple | Luxor (50 EGP)

3️⃣ Karnak Temple | Luxor (75 EGP)

4️⃣ Egyptian Museum & Mummy Room | Cairo (150 EGP)
*** Amma Axşam saatları üçün bilet qiyməti nədənsə daha bahalıydı

5️⃣ Giza Plateau | Giza (80 EGP)

*** Yerli əhali üçün giriş 20 EGP

Bunları etməyin:

📍 Misirə ilk dəfə gəldiyinizi heçyerdə deməyin.
📍 Getdiyiniz ilk gün alış-veriş etməyə çalışmayın.
📍 Sağlıq sığortası etdirməyin.
📍 7 günə kimi qeydiyat elətdirməyin.
📍 Hotel’dən tur götürməyin
📍Şəhər içi (əsas da Şarm əl Şeyxdə) pulsuz Tura qatılmayın, zaman itkisidi.
📍 Hava isti olduğu üçün çöllərdə içmək üçün soyuq su qutuları var- İçməyin!
📍İstiyə dözümünüz yoxda yay aylarında Misirə səyahət etməyin.
📍Evə dönərkən özünüzlə dənizdən balıqqulağı və s . heçnə götürməyin. Cəzası böyükdü və hava limanında qara siyahıya da düşə bilərsiz.
📍Kimsə desə hədiyyəm olsun,gəl qonağım ol ,çay içək və s. kimi sözlərə inanmayın. Sonra pul istəyəcəklər.
📍Gecə vaxtı çalışın dənizə girməyin, təhlükəli ola bilmə ehtimalı az da olsa var.

Əlavələriniz varsa buyurun …
Səhvlərim varsa gəncliyimə verin 🙂
Sonuna qədər səbrlə oxuyan bir neçə
Nəfərə kartpostal göndərəcəm❇️
Və sonunda mənim devizim :

🇦🇿 Travel. Your money will return. Your time won’t. 🇹🇷 🇬🇪 🇷🇺 🇧🇾 🇺🇦 🇦🇪 🇮🇳 🇩🇪 🇵🇱 🇳🇴 🇧🇬 🇰🇿 🇬🇷 🇲🇩🇫🇷🇳🇱🇱🇺🇧🇪🇨🇭🇧🇦🇷🇸🇲🇰🇦🇱🇲🇪 🇪🇬

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babək

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s