Gəzəyən məsləhəti – Aviafobiya haqqında

Son zamanlar burada aviafobiyası olan insanlara rast gəlirəm. Ona görə məncə bu post onlar üçün yararlı olar.
Bu sahə üzrə çalışdığım üçün düşündüm ki, aviasiya təhlükəsizliyi baxımından hava nəqliyyatının nə qədər təhlükəsiz bir nəqliyyat növü olduğuna sizi az da olsa inandırım…

Psixoloji kriteriyalara əsasən, sərnişinlər özlərini daha çox dəmiryolu nəqliyyatında rahat hiss edirlər. Amma statistika bu rahatlığın nahaq yerə yarandığını göstərir. Dəmiryolunda baş vermiş qəzalar aviasiyadakılardan qat-qat çoxdur. Sadəcə qəzalar kütləvi hal almadığı üçün ciddi bir rezonans doğurmur.
Bir təyyarə qəzası bütün dünya KİV-ində əsas xəbərə çevrilir ama qatar qəzaları biraz fərqlidi.

Təyyarəyə minən sərnişinin aviaqəzada dünyasını dəyişmə ehtimalı təxminən 1/8 000 000-dir. Bu o deməkdir ki, əgər sərnişin hər gün təsadüfi reyslərlə hərəkət etmək istəsə, ölmək üçün 21 il gözləməlidir.

Pilotlar təyyarəni tək idarə edən insanlar deyil. Onlar qədər işin içində daha vacib insanlar var.
Hava Nəqliyyatına Nəzarət edən dispetçerlər.
Məhz təyyarənin uçduğu marşurutları onlar təyin edir. Pilotu uçduğu müddət ərzində təyyarənin uçacağı xətt üzrə bütün məlumatlarla dispetçerlər təchiz edir. Hər bir xırda detala pilot qədər onlar da cavabdehdir.
Pilotlar və dispetçerlər İATA-nın xüsusi treyninqlərində daim iştirak edərək, özünü təkmilləşdirmə kurslarından keçməklə İOSA sertifikatlarına yiyələnirlər. Bunun üçün yüksək bilik və bacarıqlar tələb olunur.
1500 uçuş saatı olmayan pilot təyyarə kapitanı kimi çalışa bilməz.

Təyyarə havaya qalxmamışdan öncə yerüstü xidmət üzrə işçilər təyyarənin hər bir detalını incəliklə nəzərdən keçirir. Əgər təyyarədə adi bir cızıq varsa pilota bu barədə məlumat verilir və onun ixtiyarı var ki, uçuşdan imtina etsin.

Bu o deməkdir ki, bir təyyarənin havaya qalxması böyük bir komanda işidi. Əgər bir şey bir mütəxəssisin gözündən qaçırsa digəri mütləq o problemi görür və problem aradan qaldırılmamış təyyarə havaya qalxmır.

2013-ci ildə 215 nəfər, 2014-ci ildə 864, 2015-ci ildə 471 nəfər təyyarə qəzası nəticəsində həyatını itirib, halbuki bu 3 ildə avtoqəzalarda ölənlərin sayı 100000-dən çoxdu.

Təyyarənin havaya qalxması zamanı salondakı səs 105 desibelə çatır, amma təyyarə yüksəkliyə qalxandan sonra bu göstərici 85 desibelə düşür. Bəzən insanlar məhz bu səsdən vahiməyə düşürlər. Əgər sizi bu səs narahat edirsə hava yuxarı qalxana kimi sevdiyiniz musiqiyə qulaqcıqla qulaq asın. Təyyarə müəyyən hündürlüyə qalxandan sonra o səsi elə də ciddi hiss etməyəcəksiz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Zade

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s