Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

İzmir səyahəti…

Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?

Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.

Nömrə əldə etmək.

Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.

Otel

Oteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.

69034217_1636657409800938_7738092287707578368_n

Mağazalar

Böyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.

Restoranlar və yeməklər

Restoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.

fastfoodkumru

Alış-veriş

Alış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.

Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada “Mavişehir” deyilən yerə gedə bilərsiniz.

İzmir

İzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.

Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.

tarihi asansr

Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.

İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.

Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.

Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.

Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.

arsancak vapur iskelesi
Avtovağzal

Çankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.

Çeşme-Alaçatı-Ilıca

İzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.

Efes – Selçuk

Avtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.

efes

Kuşadası – Aydın

Kuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.

kusadasi

Ümumi

İzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.

İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.

İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.

Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.

Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Asaf Salahow

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s