Gəzəyən məsləhəti – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası

Son zamanlar ən çox imtina alınan və şikayət edilən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vizasını alınması proseduru və diqqət ediləcək məqamlar.
🇬🇧🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿

Əvvəlcə qeyd edim ki, Azərbaycanda Birləşmiş Krallığın səfirliyi olsa da viza məsələlərinə baxmır. Viza müraciətlərinə TLS Contact şirkəti vasitəsilə krallığın Türkiyədəki səfirliyində baxılır.

68272638_10216696785386874_2358973949393502208_n

Əslində deyildiyi qədər çətin olmasa da müraciət formasını doldurduqda diqqətli olmaq lazımdır.

Əsas məsələ “EMPLOYMENT AND INCOME” və “INCOME AND EXPENDITURE” hissələri arasındakı balanslaşdırmanın düzgün aparılmasıdır.

Misal üçün sizin əməkhaqqınız 2500 manatdır, evlisiniz, bir uşağınız var və hesabınızda 6000 funt-sterlinq varsa bu pulun mənbəyi şübhəlidir.

İkinci, sizin əməkhaqqınız 2500 manatdır, iki uşağınız var və bir həftəlik səyahət üçün (tək səyahət etdiyiniz halda) 4000 manat ayırmısınız. Birbaşa imtina səbəbidir.

Üçüncü, sizin əməkhaqqınız 1500 manatdır, ancaq bir gecəsi 80-100 funt-sterlinq qiyməti olan otel bron edirsiniz. Ucuz otel ya da hostel bron etmək daha məqsədəuyğundur.

Dördüncü, siz nazirlikdə yaxşı vəzifədə işləyirsiniz, əməkhaqqınız 3000 manatdır, ancaq maliyyə mənbəyi olaraq əmək haqqı kartından son 6 aylıq çıxarışı göstərmək yerinə hansısa bankda hesab açıb, sonra oradan arayış alırsınız.

Aşağıda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası üçün vacib sənədlər və müracət formasını doldurmaq qaydası göstərilib.
Vacib sənədlər aşağıdakılardır.
1. UK vizası üçün online doldurulmuş müraciətin çap versiyası.
2. Xarici pasportun əsli və şəkil olan hissəsinin surəti.
3. Şəxsiyyət vəsiqəsinin surəti.
4. Aviabiletin bronu.
5. Köhnə pasportun və vizaların surəti.
6. İş yerindən arayış, (əmək haqqı göstərilməklə)
7. Əmək haqqı kartından son 6 aylıq çıxarış.
11. Qalınacaq yerin bronu .
12. Nigah haqqında şəhadətnamənin ingilis dilində tərcüməsi və notarial təsdiqi.
13. Uşaqların doğum haqqında şəhadətnaməsinin ingilis dilində tərcüməsi və notarial təsdiqi.
14. 127 USD viza rüsumunun ödənilməsini təsdiq edən sənəd (GWF.).

Böyük Britaniya vizasına müracət etmək üçün əvvəlcə :

1. visa4uk (https://www.gov.uk/apply-to-come-to-the-uk) səhifəsinə girmək lazımdır.
Start now-a basın və başlayın. Register an Account yəni yeni hesab yaradın və qeydiyyatdan keçin. Hesabınızın aktiv olması üçün sizə email gələcək.

2. Hesabınız aktivləşdikdən sonra create sözünü seçərək vizanızın növünü (turistik, təhsil vəs.) təyin edin. Buradakı suallara cavab verdikdən sonra Go to Application vasitəsilə müraciətə başlayın.

3. Səhifənin sol hissəsi siz suallara cavab yazdıqca yaşıl rəngdə olacaq. Cavab vermədiyiniz suallar narıncı rəngdə qalacaq.

4. Sonda Confirm Application vasitəsilə müraciətiniz təsdiq edə bilərsiniz.

5. Dəyişiklik etmək istəsəniz Return to Application vasitəsilə edə bilərsiniz.

6. Əgər hər şeyin düzgün olduğuna əminsinizsə Submit Application ilə müraciətinizi göndərə bilərsiniz.

7. Sign Declaration vasitəsilə müraciəti oxuduğunuzu təsdiqləyin və imza yerinə ad, soyadınızı yazın.

8. Görüş təyin etmək üçün Book Appoitment-i seçin, Appotment Location (görüş yeri) və Visa Appointment Type (görüş növü) seçin. Daha sonra next düyməsini seçin.

9. Condition of Payment. Burada viza rüsumunu ödəyirsiniz. Ödənişdən sonra sizə ödəniş və görüş haqqında təsdiq emaili gəlir.

10. Müraciətinizi başa vurduqdan sonra TLS (Teleperformance) səhifəsində hesab yaratmalısınız. Bu hesab vasitəsilə müraciətinizi online izləyə bilərsiniz.
Bunun üçün əvvəlcə Country of Residence (vətəndaşı olduğunuz ölkə) seçin, Submit düyməsi ilə göndərin və Create an account-hesabınızı yaradın.

Müraciət formasını doldurarkən standart suallardan başqa qarşınıza bir çox qəribə suallar çıxacaq.

1. PERSONAL DETAILS. Hansı ünvanda yaşayırsınız və neçə vaxtdır ki, bu ünvandasınız?

2. TRAVEL AND CRIMINAL HISTORY. Son 10 il ərzində hansısa ölkədən viza müraciəti ilə bağlı rədd cavabı almısınızmı ?
1. Son 10 il ərzində hansısa ölkədən deportasiya olunmusunuzmu ?
2. Son 10 ildə getdiyiniz ölkələr, məqsədiniz və giriş tarixi.
3. B.Britaniyada və ya başqa yerdə kriminal cinayətlə bağlı tutulmusunuzmu?
4. B.Britaniyada və ya başqa yerdə davam edən məhkəməniz varmı?
5. B.Britaniyada və ya başqa yerdə terrorist qruplaşmalara cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?
6. B.Britaniyada və ya başqa yerdə insan haqlarının pozulması və ya soyqırım kimi işlərə cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?

3. FAMILY DETAILS.
1. Əriniz/arvadınız sizinlə səyahət edəcəkmi ?
2. Uşaqlarınız sizinlə səyahət edəcəkmi ?

4. INCOME AND EXPENDITURE.
1. Aylıq yaşam xərciniz nə qədərdir ?
2. Ailəniz üçün ayırdığınız aylıq xərciniz nə qədərdir ?
3. Səyahətiniz üçün vacib olan maliyyənin məbləği (mütləq funt-sterlinqlə göstərilməlidir).
4. Səyahətiniz üçün ayırdığınız məbləğ.
5. Nəqliyyat xərcləriniz.
6. Qalacağınız yerlərin xərci.
7. Səyahətiniz zamanı yemək və s. (living expences) xərcləri.
8. Bütün vergilər çıxıldıqdan sonrakı aylıq qazancınız.

5. VISA CONFIRMATION QUESTIONS.
1. B.Britaniyada işləmək istəyərdinizmi ?
2. B.Britaniyada təhsil almaq istəyərdinizmi ?

Sonda onu da deyim ki, özüm alanda üç yerdə kritik səhvlər etsəm də viza aldım. Hamınıza uğurlar!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elshan Ismayilov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s