Sirenlər adası – Kapri

Kapridəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Əziz dostlar, bu gün sizə Kapri adası haqqında danışmaq istəyirəm. Əvvəllər aranızda bu adada olanlar olub bilirəm. Mən olmayanlar üçün paylaşıram.😉

Budapeştdən WIZZAIR_lə İtaliyanın Neopol şəhərinə (34 avro), ordan da Molo Beverello limanından (26 avro) sürətli feribotla 40 dəqiqəyə Kapri adasına getdik. Qeyd edim ki, gün ərzində Kapriyə Neopoldan müxtəlif şirkətlərin müxtəlif qiymətə feribotları gedir. Bir saat limanda gözləsəydik 17 avroya da gedə bilərdik. Nisbətən ucuz səfərlər daha uzunmüddətli olur.

67875911_2568569393175205_5151183221324513280_n

Marina Grande limanına çatıb ordan da Funikulyorla 2,5 avroya Kaprinin mərkəzinə qalxdıq. Funikulyordan çıxanları dağlar arasından görünən Tirren dənizinin möhtəşəm mənzərəsi qarşılayır. Ən gözəl dondurmanı məhz burada yedik. 😊
Sonra 3 nömrəli avtobusla 2 avroya bilet alıb daha yuxarılara Anakapri istiqamətinə getdik. Avtobus sıldırım qayalığın kənarı ilə dar yollarla yuxarı qalxdıqca insanı vahimə bürüyür. Otellər, şəxsi evlər, kafelər yuxarı qalxdıqca daha da bahalaşır.

68237877_2568569609841850_8918524604033531904_n

Bütün bildiyimiz bahalı markalar Kapridə təxminən 3 dəfə daha baha idi. Məsələn İtaliyanın digər şəhərlərində 34 avroya gördüyüm ayaqqabı burda 99 avroya idi. Yəni alış-veriş üçün heç uyğun deyildi. 😊 Yeməklər də həmçinin. Deməli digər yerlərdə 12-15 avroya yeyəcəyin pizza burada 18-20 avroya olur. O da əgər yer tapa bilsən oturursan. Bilməyənlər üçün deyim ki, İtaliyada oturduğun kafelərdə, restoranlarda servis haqqı (2-3 avro) ilə yanaşı kaporta haqqı (3-4 avro) da hesabın üzərinə əlavə edilir.

İtaliyada otellərdə də qiymət çox bahadı. Booking.com-dan aldığın bütün otellərin əvvəlcədən ödədiyin qiymətindən başqa hər gecə üçün servis haqqı (4-5 avro) və şəhər vergisi (5-6 avro) də əlavə nəğd olaraq ödəməlisən.

67940680_2568569563175188_551153172907819008_n

2 pulsuz xalq plyajı var. Ümumiyyətlə Tirrendə çimib sahildə günəşlənmək üçün pul tələb edən yoxdur. Kapri ümumilikdə çox səs_küylü adadı. Turist təsəvvür etdiyimdən də çox idi. İnsan çoxluğundan dar küçələri az qala addım addım gəzirsən. Avtobus, funikulyor, feribot növbələrində itirdiyim vaxtları görəndən sonra düşündüm ki, bura istirahət üçün gəlmək istəyənlər ya mayda, ya da sentyabrda gəlməlidirlər. Qayıqlarla və ya gəmilərlə ada ətrafı gəzintilər var. Yarım saatı təxminən 25-30 avroya başa gəlir. Qiymət Grotto Azzuraya (mavi mağaraya) gedib getməyəcəyinə bağlı olaraq dəyişir. Ümumilikdə Kapridə keçirdiyim gün mənə maraqlı oldu.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aynur Abbaszade

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s