Şəhər bələdçisi – İzmir

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

9 günlük İzmir səyahətim artıq yekunlaşdı. Düşünürəmki burda olanlar çox olub amma yenədə fikirlərimi uzun-uzun bölüşmək istədim 


Şəhər:
İzmir şəhəri Bakıyla qardaş şəhərdir  Elə məhz İzmirdə də Bakı parkı yerləşir. Şəhərin özündə gəziləcək, görüləcək yerlər kifayət qədərdir. Mən müəyyən yerlərini gəzdim və bəyəndiyim eyni zamanda bəyənmədiyim tərəflər oldu. Ən bəyəndiyim şey şəhərdə hər yerdə küçədə yaşayan heyvanlar üçün yemək və su var. Mağaza sahibləri, adi şəhərin sakinləri evlərinin, dükanlarının girişində xüsusi qablarda sular və yeməklər yerləşdiriblər. Bunlara baxmayaraq şəhərin “Alsancak” tərəfi biraz çirklidir. Düzdür, bura İzmirin əsas yerlərindən sayılır, bahalı otellər, fərqli-fərqli restoranlar, kafelər (hər cibə uyğun mövcuddur), İzmir deyəndə ağla ilk gələn yerlər (Asansör, kordon, pier, Saat kulesi) və s. burda yerləşir amma zibil qablari həddən artıq azdır. Burda ən məhşur şey “çiğdem” dedikləri ağ tumu bir çox insan istifadə edir və elə qabığlarını da hər yerdə görə bilirsiniz, bununla paralel siqaret kötükləri və s.

2305912_orig
Bu tərəflərdə “çingene”ler çoxluq təşkil edir fal baxmaq, dilənçilik və gül satmaqla məşğuldurlar. Kordonda gəzdiyiniz an heç gözləmədiyiniz anda qarşınıza çıxa bilərlər  Eyni zamanda gəzərkən bəzi yardım toplayan gənclərə də rast gəlirsiz. Onlar Sizə bir sıra sənədlər göstərir və sizdən müyyən miqdarda ianə etməyinizi xahiş edirlər. Məbləği də təyin etməyi Sizin öhdənizə verir hətta qarşılığında Sizə çek verəcəklərini də bildirirlər  Bu isə İzmirdə fırıldaqçılığın fərqli metodudu (mən 10tl verdim  ). Bu işlə legal məşğul olan könüllülər də var, görən kimi onsuzda bilinir. Xusüsi geyimdə, boyunlarından asılı vəsiqələri və əllərində ödəniş terminalları (nağd qəbul etmirlər). İstəsəniz onlar vasitəsi ilə ianə edə bilərsiniz.
Karşıyaka isə deyərdimki hər şeyi ilə fərqlidir. Təmizliyi, küçələrin səliqəsi və s.
KORDON – Loru dildə desək İzmirin bulvarı. Bir neçə kilometrə qədər uzanan gəzmək üçün xüsusi yumuşaq örtüyü olan. Kənar velosiped yolugedən, cürbəcür balıq restoranlarının sırası ilə düzüldüyü bir məkandır  Siz burda bir çox insanların işdən sonra, həftə sonu vəbya yaşlıların balıq tutmaqlarının da şahidi olacaqsınız Restoranlardan isə ehtiyatlı olmaq lazımdır həqiqətən bəziləri çox abartılmış qiymətləri ilə sonda Sizi şoka salır (qızartma pulu, duz-istiot pulu, sous pulu hansıkı onlar onsuzda süfrədə olmalıdır və s.). Məhşur cofeeshopları, mağazaları, ayaqüstü yeməkləri isə Kordonun paralelindəki küçədə tapa bilərsiz 
*Kordon ərazisində yol boyu belə fərqli adda yerlər mövcuddur, Pier (AVM), Pasaport sahil, İskele limanlar (Konak, Pasaport, Alsancak)
ASANSÖR – Tam adı ilə “Tarihi Asansör”. Dario Moreno küçəsində yerləşir. Küçənin özü girişindən etibarən balaca olsa da çox maraqlı küçədir. Bu insan haqqında məlumatı isə vebdən rahat şəkildə tapa bilərsiniz. Qısa deyimki İzmiri və izmirliləri sevən dünyaca məhşur müğənni olub və İzmirlidr. İzmirdə istanbul kimi təpələrdən ibarət olduğu üçün pilləkənlər bu hissədə dəhşət çoxdur. 1907-ci ildə inşa edilən Asansör “aşağıdan” “yuxarı” qalxan insanların hərəkətini asanlaşdırır və bugün pulsuz olaraq fəaliyyət göstərir. Alsancakda yerləşən bu tarixi yerə gəlmək üçün metro (konak stansiyasi) və ya tramvay (karataş stansiyası) ən optimal seçimdir.
EFES (Ephesus) – Qədim Yunan mədəniyyətini o zamanki yerləşmə və şəhər formatını özündə əks etdirən tarixi şəhərdir. Ora getmək üçün bir neçə seçim mövcuddur. Ən rahatını araşdıraraq tapdım. Şəhər ərazisində yerləşən istənilən İZBAN stansiyasından daxil olaraq Tepeköy istiqamətində gedənə minirsiz. Bu stansiya xəttin sonudur. Daha sonra isə “peresadka” edərək Selçuk istiqamətinə gedən İzbana minərək ordada düşürsünüz (5,75tl və ya daha az). Selçuk garindan (vağzal) hər 15 dəqiqədə bir efesə mikroavtobuslar hərəkət edir (3,50tl). Efesə giriş isə 74 tl-dir. Yola sərf olunan vaxt 1 saat civarıdır.

Çeşme, Alaçatı – Məlum və məhşur yerlərdir. Qısa demək olarsa Alaçatı daha maraqlıdır. Gözəl fotolar çəkə bilərsiz )

DSC_9267
Ilıca – Çeşme və Alaçatının arasında yerləşən ərazidir. Hər birinə yaxınlığı təxmini 2-5 km arasıdır. Bu 3 yer arasında mikroavtobuslar (3tl) belə işləyir. Mən bura iki günümü ayırdım. Ilıca adətən xalq çimərliyidir. Sadədir, bahalı deyil hətta pulsuz belə istirahət edə bilərsiz çimərliklərə giriş pulsuzdur və əgər çətir və “şelzong” istəsəz muəyyən bir odənis edirsiz (20-40 tl arasi)
*Mən bu əraziyə 2 gün ayırdım. Bir gün çimərlik, növbəti gün isə günortadan sonra gəzinti.
Hər üç əraziyə gedişin ən rahat yolu “üç kuyular” adlanan ərazidən “Çeşme seyahat” avtobusları vasitəsi ilədir. Gediş haqqı standart 20 tl-dir. Üç kuyulara metro (Fahrettin Altay st.) Tramvay (Fahrettin altay – Alsancak tərəfdən) gələ bilərsiz. Yola sərf olunan vaxt ( 50 dəqiqə)

SAAT KULESİ – İzmirin tarixi yerlərindən biridir. Həyəti göyərçinlərlə dolu bir meydandır. Təmirə bağlı olduğü üçün tam yaxınlaşa bilmədim. Alsancakda yerləşir gəliş üçün Tramvay (Konak İskele st.) İzdeniz – Vapur (Konak İskelesi)
Kemeraltı Çarşısı – Tarixi bir çarşı olsada mənə o qədər də maraqlı gəlmədi ) Çünki çox da tarixilik bir şey tapa bilmədim düzü amma gəzmək adına Saat kulesinə getdiyiniz mütləq orada baxın tam saat kulesinin arxasi çarşıdır.

0db43fb14b65476fa16d51f9279781cb

Alış – veriş: Seçimlər müxtəlifdir. Onu deye bilərəm qiymətdədə bir-birindən fərqlidir. Bunların arasında ən uyğunu Optimum AVMdir. Gediş üçün İzban istifadə edərək Esbaş st. da düşmək kifayətdir.

Nəqliyyat: İzmirin ən müsbət tərəfi nəqliyyatdır. İzban (qatar), metro, tramvay, vapur. Bu nəqliyyat Sizə hər istiqamətdə çox rahat getməyinizə imkan yaradacaqdır. Qiymətləri olduqca münasibdir. 90 dəqiqə içərisində gediş istiqamətiniz üzrə “peresadka” etmək üçün əlavə ödəniş etmirsiz. Bütün bu nəqliyyatlardan istifadə edə bilmək üçün İzmirə gələn kimi mütləq “İzmirim kartı” alın qiyməti 8 tldir.
Əlavə olaraq “Bisim” adlanan velosiped parklarından velosiped götürərək kiçik gəzintilər edə bilərsiniz. Velosipedləri xüsusi kart (Bisim kart) və ya bank kartı ilə götürmək mümkündür.

Gəziləcək yerlərinizin arasında Karşıyaka-yı mütləq salın. Alsancak tərəfdən çox fərqli abu havasi var ) Daha mədəni və avropasayağıdır.

Və son olaraq mən gedə bilməsəm də Foça adlanan ərazini də gəzməyə və dənizə girməyə məsləhət gördülər. Hər gün vapur vəsitəsi ilə xüsusi reyslər mövcuddur.

Qeyd: Nəqliyyatlar fərqli saatlara kimi işləyirlər. Adətən gecəyə kimi və bəzilər 02:00 və s. Telefonunuza İzmir bələdiyyəsinin xususi proqramını yazsanız vaxtları çox rahat izləyə bilərsiniz.

Gəzdiyim yerlər çox olsa da xüsusilərini bura qeyd etdim, ümid edirəm səyahət edəcək şəxslərin işinə yarayar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ibrahim Khalil

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s