Əndəlüsün qədim şəhəri – Malaqa

Malaqadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Sizə yeni gəldiyim İspaniyanın Malaga şəhəri haqqında yazmaq istəyirəm. Bəlkə də uzun olacaq və oxumaq istəməyəcəksiniz.68438572_2659703074062794_6375959859505922048_o
Təyyarədə gələndə yuxarıdan aşağı baxanda dedim ki, ilahi bura lap Salyanın şoran yerlərinə oxşayır ki, bura haradı belə. Ancaq təyyarə eniş edəndən sonra Malaganın aeroportundan düz mərkəzə cəmi 12 dəqiqəyə 1.80 eur dəyərində qatar bileti alıb gəldim. Səssiz və inanılmaz rahatlıqda. Ona görə ki, biz ölkəmizdə belə xidmətlərə möhtacıq. Şəhərdə tıxac adlı bir şeydən söhbət getmir.

67947374_2659702080729560_6425932834787033088_o

Şəhərin binaları bahalı, daş qaşlı, mərmərlərdən örtülməyib. Rəngarəngliklə bəzədilib. İnanılmaz ahəng yaradıb. Rahat şəkildə deyə bilərəm ki, Malaga dizaynerlərin şəhərciyidi. Şəhərdə hər yerdə dizaynerlərin əl işləri öz əksini tapır. Zövq anlayışı insanların qanına oturub. Hər yerdə mədəniyyət, gülərüz personal, möhtəşəm idarəetməni görürsən. Bizim restoranlara girəndə administrator min hoqqadan çıxıb ofisiantı əzir insanın gözü qabağında. Burda elə şeylər qətiyyən görmərsən, ən adi ofisiantı belə inanılmaz pozitivdir. Çox gözəl aura var şəhərdə. Həm şərq üslübü həm də müasir üslublar hər yerdə öz əksini tapır. Yol mədəniyyəti, tarixi muzeylər, ən əsası Pikassonun muzeyi (şəkil çəkilməsi icazə verilmir) və daha iri həcmli tarixi muzeylər. Bir sözlə şəhərin qədimliyini addım başı gördüyünüz muzeylər hər yerdə xatırladacaq.

68494023_2659703334062768_5109732852728070144_o

Şəhərin ən məşhur içkilərindən biri Sangria adlı çox dadlı bir içkidir. Heç bir sözlə əvəz edib izah edə bilmirəm, amma inanılmaz dadı var. Eliksir kimi 😂

Şəhər ümumən hədsiz ucuzluqdu, günü 20-30 eur ilə ürəyin istəyən nahar, səhər və axşam yeməyini yeyirsən, yanında içkisi ilə birlikdə. Ancaq marketlər Bakı qiyməti ilə, hətta deyərdim daha ucuzluqdu. Tövsiyyəm odur ki, gedib Barcelonanı və digər yerləri görməkdənsə belə yerlərin aurası adama daha xoş təsir bağışlayır. Özlərinə xas bir çox xüsusi dadda yeməkləri var və çox ləzzətlidi, soğan, pomidoru bizim kimi yaman çox sevəndilər. Amma dadlı yeməkləri var. Mən iş səyahəti üçün gəlmişəm, növbəti səfərlərim Granada və Sevilyadır. Hər birinizə xoş istirahətlər 😊
*Ps. Mən Freepik şirkətinin rəsmi ölkə üzrə təyin edilmiş səfiriyəm. Sonuncu şəkildəkilər isə Freepikin təsisçiləri Alejandro və Pablo Blanes qardaşlarıdır. Freepik dizayner və fotoqraflar üçün əvəzedilməz bir veb saytdır. Belə ümid edirəm yormadım sizləri.

68634550_2659718784061223_5798468207677276160_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Balash Mirzabey

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s