Vyana, Praqa turu

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.

Salam, əziz gəzəyənlər, bu mənim ilk postumdur, ümidvaram ki, şəkilləri bəyənərsiniz, mən universitetin təşkil etdiyi turla bir aylıq təmizliyin, gözəlliyin və tarixin mərkəzi

olan Avstriyanın Vyana şəhərinə gəlmişəm, visa işi çox rahat oldu, sənədləri düzgün təqdim etdim və 9 gün sonra visa’m hazır idi, gəldik yataqxanaya yerləşdik, yataqxana Praterin tam yanıdı vəə maalesef ki, gecələr uşaqların o attraksiyonlardan gələn qışqırıqlarından yatmaq olmur😆😆

Burda mağazalar, marketlər 6-dan sonra bağlanır, hətta Karlsplatzda metrodan çıxandan bir az sonra bir ayaqqabı mağazasına girmək istəyirdik bizi qovaladılar😀bazar gününü də sözün əsl mənasında istirahət veriblər özlərinə, hər tərəf bağlı olur, (bəzi yerlər istisna)

67484298_2513203978908344_2218564953021874176_n
67726521_2513203938908348_7616735341059244032_n

Pizza – L’osteria adlı italyan kafesindəndir, pizza dadlı idi, amma normal ölçü anlayışı bizdəki kimi deyil onlarda🤣 işçilər deyəsən ingilis dilində tam bilmirlər 😆
Metro bir aylıq 51 avrodur, alırsan, və sadəcə üstündə gəzdirirsən, ildə, ayda bir dəfə normal geyimli biri yaxınlaşır yoxlayır metro biletini, ümidvaram ki, nə vaxtsa yaxınlaşıb biletimin olub olmamasını soruşacaqlar 😆😆😆Baxmayaraq ki, 3gündür gəlmişik, amma demək olar ki çox yerlərə getmişəm, 3addımlığımda olan Praterdəki attraksiyonlara isə ürək edib minə bilmirəm 😞

Schoenbrunn sarayı- bir sözlə möhtəşəmdi, necə böyük həyəti var, hər yeri yaşıllıq 💚qrupdan ayrı düşüb biraz itmiş fason olduğuma görə saraya girə bilmədim, içində zoopark var, hər cür heyvan var, ancaq qrupla daha ucuzdu, tək idim deyə ona da girə bilmədim 😆

67638596_2513204015575007_934242742219833344_n.jpg
Bəzi şəkillər isə Çexiyanın paytaxtı Pragadandır, bir günlük dedik Pragaya səfər edək, ancaq çox az vaxtım oldu gəzməyə sadəcə 4-5 saat, havası çox qəribədi, körpünün bir tərəfi günəşli idi, bir tərəfi tutqun buludlu 🤤yağış da yağdı, tam oldu💧

Nisbətən Vyanaya görə ucuzdu (1avro-26.5kron), vaxtım az olduğuna görə heçnə ala bilmədim, sadəcə yemək və dondurma, inşAllah nə vaxtsa yenidən gedərəm ora, yuxardan mənzərə super görünür, şəhər sanki ayaqlarının altındaymış kimi..

67517610_2513204062241669_9020647574733848576_n

67770196_2513204188908323_1485065228415664128_n
Hələki ayın 30-na kimi Vyanadayam, amma bəzi günlərdə başqa Şengen ölkələrə səfər var, amma mənə Vyananın başqa haralarını gəzməyi və hansısa dadlı yeməyi, şirniyyatı olan cafeni məsləhət görə bilərsiniz? 🍩🍰🍧

(maps.me sağolsun, çox kömək olur istənilən yeri tapmağa, sadəcə xəritəsini köçürürsən həmin şəhərin və internetsiz də işləyir, hara desən də aparır😆)

P.S. Vyanada hər tərəfdə demək olar ki, free wifi var, çox əla bir şeydi😍

Ümidvaram ki, post yorucu olmadı, ilk postumdur deyə biraz uzun yazmış ola bilərəm 😁

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Mirvari Askerova

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s